"Heç kim toxunulmaz və müstəsna hüquqlara malik deyil"

22:11 22-08-2020 | icon 688 | Siyasət
"Heç kim toxunulmaz və müstəsna hüquqlara malik deyil"

Elman Nəsirov: "Qanun qarşısında hamı bərabərdir"

 

"Bəzi vəzifəli şəxslərin, məmurların pandemiya dövründə sərt karantin rejimi qaydalarını pozaraq toy mərasimləri təşkil etməsi təəccüb və təəssüf hissi doğurur. Toy mərasimlərində xeyli sayda insanın iştirak etməsi və sosial məsafənin gözlənilməməsi karantin qaydalarının aşkar şəkildə pozulmasıdır".

 

Versus.Az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov söyləyib.

 

Deputat deyib ki, dünyanı iflic vəziyyətinə salmış COVID-19 pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə son dərəcə səmərəli tədbirlər həyata keçirilir. Bu tədbirlər xarakteri etibarilə həm qabaqlayıcı, həm sistemli, həm də önəmlidir, eyni zamanda milli, regional mahiyyəti qlobal məzmun kəsb edir. Dövlətimizin başçısının rəhbərliyi ilə görülən bu tədbirlərdə əsas məqsəd, ilk növbədə, Azərbaycan vətəndaşının sağlamlığını qorumaq, onun qayğısına qalmaqdır. Dövlətimiz vətəndaşların sosial müdafiəsi, eləcə də ölkə iqtisadiyyatının dayanıqlılığının qorunması istiqamətində Dəstək proqramlarını uğurla həyata keçirir. Dövlətimizin başçısının bütün bu mürəkkəb məsələlərin həlli istiqamətində siyasi iradə nümayiş etdirməsi göz qabağındadır. Belə çətin və mürəkkəb şəraitdə ölkəmizdə vətəndaş həmrəyliyi var, xalq-dövlət birliyi mövcuddur.

 

“Koronavirus pandemiyası ilə mübarizə şəraitində xüsusi nizam-intizam, məsuliyyət tələb olunur. Təəssüflə qeyd etməliyəm ki, bəzi şəxslər özlərini qanundan üstün tutur, imtiyazlı təbəqə olduqlarını düşünürlər. Bu isə cəmiyyətdə haqlı narazılığa səbəb olur. Hər kəs bilməlidir ki, qanun qarşısında hamı bərabərdir. Heç kimin əlahiddə səlahiyyəti yoxdur. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, heç kim toxunulmaz və müstəsna hüquqlara malik deyil. Qanun qarşısında da hamı bərabərdir".

Azərbaycan hüquqi dövlətdir və kimliyindən, vəzifəsindən asılı olmayaraq, qanunu pozanlar ciddi surətdə cəzalanır və bundan sonra da cəzalanacaqlar”, - deyə o bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr