"Dövlətə hörmətsizlik etdiklərini bilirdilər"
Elşad Musayev: "Adam açıq-aşkar özünü Azərbaycanın Fetosu və "5-ci kolon"un rəisi timsalında təqdim edir"
"Ölkədə çox maraqlı və diqqət çəkən hadisələr baş verir. Nazirlər Kabineti yanında Operativ Qərərgahın təntənəli surətdə toy-nişan mərasimlərini qadağan etməsinə baxmayaraq, Prezident Adminstrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyev öz nəvəsinə təntənəli toy məclisi təşkil etdirir və bir sıra yüksək vəzifəli şəxslər bu məclisdə iştirak edirlər".
Versus.Az xəbər verir ki, bunu ictimaiətin müzakirəsində olan məlum toy olayı ilə bağlı açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib:
"Ramiz Mehdiyev və yaxınları, toyda qonaq qismində iştirak edən vəzifəli şəxslər mövcud karantin dövründə toy məclisi keçirməyə yasaq qoyulduğunu bilirdilər? - bilirdilər. Toyu 1-2 ay sonra keçirə bilərdilər? - bilərdilər. Toyu keçirmək və iştirak etməklə qanunları pozduqlarını, cəmiyyətə, dövlətə hörmətsizlik etdiklərini və hamıya meydan oxuduqlarını bilirdilər? - bilirdilər. Bəs bu sabotajın, arxayınçılığın, toxunulmazlığa əminliyin, heç kəsi saymamazlığın səbəbi nədir? Yoxsa Ramiz Mehdiyev və ətrafı dövlət içində dövlətdir?"
Elşad Musayev qeyd edib ki, Ramiz Mehdiyev çox yaxşı bilir ki, bu sadə xalq içində ciddi qıcıq və narazılıq, narahatçılıq yarada bilər, kütləvi etiraza, qarşıdurmaya şərait yarada bilər. BAB sədrinin fikrincə, kifayət qədər ehtiyatlı və qorxaq adam olan Ramiz Mehdiyevin qoca vaxtında bu cür nümayişkaranə surətdə güc göstərməyə çalışmasının arxasında çox gizli mətləblər durur:
"Adam açıq-qşkar özünü Azərbaycanın Fetosu və "5-ci kolon"un rəisi timsalında təqdim edir və buynuz göstərir. Hamının həssaslıqla hadisələrin gedişini gözlədiyi bir məqamda Ramiz Mehdiyevin "buynuz"u qırıldı, kürəkəni və kürəkənin qudası qandallanaraq məhkəməyə gətirildilər, 15 sutkalıq inzibati həbsə məhkum edildilər. YAP Siyavuş Novruzova töhmət verdi. Abel Məhərrəmovun, Ombusmanın, toy mərasimində iştirak edən digər vəzifəlilərin də cazalandırılacaqları gözlənilir.
Ramiz Mehdiyev ətrafında yaradılmış "boz kardinal" mifi bircə anda darmadağın oldu. Açıq-aşkar hakimiyyətə qarşı çıxdığı duelin elə birinci raundunda ciddi zərbə aldı və ona olan güvəncin sabun köpüyü kimi dağıldığını göstərdi. Məlum oldu ki, onu "iri" göstərən sadəcə daşıdığı Adminstrasiya rəhbərliyi görəvi imiş.
Prosesin davamı gəlməli, illərlə millətə, dövlətə, demokratik düşüncəyə, aydın insanlara düşmən kəsilən, şər qüvvələrin təçmsilçisi kimi pozitiv hər şeyə mane olan bu adam AMEA kimi bir qurumun başında saxlana bilməz. Bu boyda hoqqadan sonra özünə hörmət edən adam tutduğu vəzifədən istefa verməlidir. Əks halda təcili görəvdən alınmalıdır.
Nəhayət, alimlərimiz, ziyalılarımız səslərini çıxartmalı, illərlə ölkənin siyasi sistemini intriqa yuvasına çevirmiş bir adamın indidə AMEA-da şər yuvası qurmalarına etiraz etməlidirlər.
Ölkənin demokratik qüvvələri də illərlə demokratikləşməyə, inkişafa, barışa, milli düşüncəyə mane olan, düşmənçilik edən Ramiz Mehdiyevin görəvdən alınması və indiyədək törətdiyi əməllər barədə hüquqi prosedurların görülməsi üçün təşəbbüsdə bulunmalı, hüquq mühafizə orqanları deyilənlərdən nəticə çıxarıb əməli tədbir görməlidir. Bu həm də xərçəng kimi hər yana yayılmış 5-ci kalon təmsilçilərini də əhatə etməli və onlara dərs olmalıdır".
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”