"Dövlət rəsmiləri qaydaları pozdular, bəziləri də onlara haqq qazandırdılar"

11:52 23-08-2020 | icon 740 | Siyasət
"Dövlət rəsmiləri qaydaları pozdular, bəziləri də onlara haqq qazandırdılar"

Ehtiram Mehdiyev: "Onların dərhal cəzalandırılması dövlətə olan inam və etimadı daha da artırdı"

 

Xəbər verdiyim kimi, ölkədə tətbiq edilən karantin rejimində olduğumuz bir vaxtda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin qızına toy mərasimi düzənlədi. Bu toy ölkə ictimaiyyətinin hiddətinə səbəb oldu və xeyli vaxtdır ki, müzakirə edilir.

 

Sözügedən məsələ ilə bağlı Versus.Az-a açıqlama verən Milli Cəbhə Partiyasının sədr müavini, deputat köməkçisi Ehtiram Mehdiyev bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin karantin rejiminin tələblərini və qadağalarını kobud şəkildə pozaraq qızına toy etməsi cəmiyyəti narahat etməyə bilməzdi.

 

E.Mehdiyev vurğulayıb ki, məhz həssas bir dönəmdə, "İyul Şəhidləri"mizin dəfninin 40-cı günündə, cəbhə xəttində gərginlik gedən ərəfədə qanunları tapdalayıb toy-bayram etmək yolverilməzdir:

 

"Amma buna baxmayaraq dövlət rəsmiləri qaydaları pozdular. Hətta bəziləri buna həm də haqq qazandırdılar. O adamlar ki, özlərinin hərəkət və davranışları ilə cəmiyyətə nümunə olmağa borclu idilər".

 

E.Mehdiyev bildirib ki, Qanunu pozanların dərhal cəzalandırılması sıravi vətəndaşlarda dövlətə olan inam və etimadı daha da artırmış oldu:

 

"Buna görə dövlət başçısına təşəkkür edirik. Bəli, biz həmişə qanunun şah olduğu dövlət, qanunun aliliyini və ədalətin bərqərar olmasını istəmişik. Qanun hər kəs üçün eyni olmalıdır.

Bu gün cəmiyyət bir daha əmin oldu ki, dövlətin qanunlarına qarşı çıxanlar kimliyindən asılı olmayaraq sərt şəkildə cəzalanacaqlar".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr