"Ramiz Mehdiyev “Şah qanundur” deyir"
Lalə Quliyeva: "Cəzalandırılması, adi vətəndaşlara sevinc, bir gözaydınlıq oldu"
"Dünən, avqustun 23-ü Ağdam, Füzuli və Cəbrayıl rayonlarının işğal günü idi. Bu toy məsələsi gündəmi “işğal” etdi və biz cəmiyyət olaraq, işğalda olan üç rayonu bir daha anmağı unutduq".
Bunu Versus.Az-a açıqlamasında ALDP Qadınlar Şurasının sədri Lalə Quliyeva bildirib.
Lalə Quliyeva vurğulayıb ki, əslində bu toy, illər boyu dövlətin ikinci, amma faktiki olaraq özünü birinci şəxs kimi aparan Ramiz Mehdiyevin yaxın adamlarının cəzalandırılması, adi vətəndaşlara sevinc, bir gözaydınlıq oldu:
"Sadəcə, bir sual vermək lazımdır – dövlətçilik təcrübəsi olan, qanundan danışan Ramiz Mehdiyev niyə bu “toplantını” keçirməyə razılıq verdi? Bunun cavabını bir deyimdə tapmaq olar. “Şah qanundur, yoxsa qanun şahdır” bu ritorik suala, Ramiz Mehdiyev “Şah qanundur” deyir. Baxmayaraq ki, prezident onu Elmlər Akademiyasının prezident vəzifəsinə təyin edəndən sonra, o, yenə də özünü ölkənin “sahibi” kimi aparırdı. Hətta Akademiyada keçirilən bir toplantıda nazirlər, Prezident Administrasiyasının nümayəndələri də iştrak edirdilər. Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost”unda ölkənin “sahibi” kim olduğunu açıq aydın bildirir: “Ramiz müəllim, biz sizin xidmətlərinizi çox böyük qiymətləndiririk. Çox böyük! Nəinki biz. Biz kimik ki? Xırda adamlarıq. Xalqımız çox böyük qiymətləndirir. Bu uğurlarımızın həyata keçirilməsində taktiki addımlara siz rəhbərlik etmisiniz”."
Lalə xanım qeyd edib ki, Ramiz Mehdiyevin kürəkəninin təzəliycə qudası olan Rövşən Mustafayev məhkəməyə gətiriləndə özünü arxayın aparmağı da dolayısı ilə sübutudur:
"Məhkəmə zalına gedəndə, prosesi lentə alan jurnalistə “bu klipi harda göstərəcəksiz” sualı, onun kiməsə, nəyəsə arxayın olduğunu göstəricisidir. Təzəlikçə bu ailəyə quda olan bu şəxs bu arxayınlıq gücünü hardan alır? Bəlkə Ramiz Mehdiyevin “Şah” olduğundan? Toy sahibləri və iştrakçıları cərimələndilər. O ritorik suala “Qanun şahdır” cavabını aldılar".
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”