“Bu ölkədə illərdir problemlərin kökündə Ramiz Mehdiyev amili dayanıb” - MÜSAHİBƏ

15:43 24-08-2020 | icon 2056 | Siyasət
“Bu ölkədə illərdir problemlərin kökündə Ramiz Mehdiyev amili dayanıb” - MÜSAHİBƏ

Bəhruz Məhərrəmov: “Qonaq siyahısı əslində akademikin komandasının kimlərdən ibarət olduğunu göstərir”

 

Dünyanı əhatə edən pandemiya dalğası Azərbaycanı özünün cənginə almaqla neqativləri meydana çıxarmaqdadır. Güclər regionda öz siyasətini davam edir. İllərdir Azərbaycan torpaqlarının işğal altında qalan vəziyyət Ermənistan maşası ilə qarışdırılır və təxribatçı hallar ölkə daxilinə də nüfuz edilir. Son “toy olayı”nda da qanun yazanların qanunu pozması halları xüsusi səs-küy yaratmaqla birmənalı qarşılanmr. Göründüyü kimi vəziyyət gərginliyi ilə davam edir və nə baş verir?

 

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən millət vəkili Bəhruz Məhərəmov bu və ya digər məsələlərlə bağlı bir çox nüanslara diqqət çəkib.

 

- Bəhruz müəllim, bu gün ölkənin sosial, ictimai-siyasi durumu hansı səviyyədədir. Pandemiya dalğası ictimai, siyasi, sosial mənzərənin kölgəsində gizlənən hansı maraqları, hansı neqativləri meydana çıxarır?

 

- Pandemiya bizi bir çox mənada geri saldı. İqtisadi inkşafı ləngitdi, büdcə üçün izafi xərclər meydana çıxardı, əlavə siyasi və maliyyə yüklənmələrinə səbəb oldu və ən nəhayət, məhdudiyyət tədbirlərinin səbəb olduğu diskomfort bütüb dünyda olduğu kimi təbii sosial gərginlik ab-havası formalaşdırdı. Əlbəttə sağlam qüvvə, sağlam düşüncə bu prosesdə dövlətinin yanında oldu. İxtiyarı öz əlində olmayanlar, şəxsi mənafeyi naminə, yaxud kənardan verilən əmrlə dövlətə, xalqa qənim kəsilənlər isə mövcud problemlərdən, müşahiə olunan böhrandan çirkin məqsədlər üçün istifadə etməyə cəhd etdilər. Pandemiya dövrü həm də bir sınaq, bir indikator oldu. Əhalinin mövcud idarəçiliyə münasibətini göstərdi. Açıq deyək, əgər narazı kütlə əhalinin ən azı 20 faizini təşkil etsəydi, belə gərgin bir dövrdə heç bir qüvvə insanların qarşısını ala bilməzdi. Amma əksinə xalq yekdilliklə mövcud siyasi sistemə dəstək verdi, pandemiya dövründə səbr və müdrik yanaşma göstərdi.   

 

- Bu gün Gündəmin impulsunu vəzifə adamlarının, xüsusilə Ramiz Mehdiyevin nəvəsinə etdiyi toy mərəkəsi və onun səs-küyü zəbt edib. Qanunları çeynəyən qanun yazanlar və hökumət nümayəndələrinin özbaşına, məsuliyyətsiz hərəkətləri nədən xəbər verir? Bu hökumət orqanlaında İdarəsizliyə işarədir, yoxsa qanunlara itaətsizliyi ifadə edir?

 

- Artıq biz 3 ilə yaxındır ki, islahatlardan, islahatlara mane olan qüvvələrdən danışırıq, hətta dövlət başçısı səviyyəsində bu məsələlərə münasibət bildirilib, zaman-zaman yerlərdə mərkəzdən idarə olunan korrupsiya faktlarının gizlədilməsi məqsədi ilə xalqdan gələn məktub və müraciətlərin gizlədilməsindən danışmışıq. Bu proseslərə kim rəhbərlik edib, adminstrasiyada məktubları kim gizlədə bilərdi, yerlərdə icra strukturlarına bir başa rəhbərliyi kim edirdir? Sualı bir az daha başqa cür qoyaq, kimin yüksək postdan uzaqlaşdırılmasından sonra islahatlar səmərəli və effektiv olmağa başladı? Gizlətməyək, bu ölkədə illərdir problemlərin kökündə Ramiz Mehdiyev amili dayanıb. İnsan o zaman tabesizlik göstərir ki, özünün aşkar üstünlüyü qənaətində olur, yaxud bu cür hiss edir. Akademik də hakimiyyət daxilinə, parlamentə yerləşdirdiyi kadrlara və maliyyə imkanların güvənib keçmiş eyforiya ilə hələ də daxili siyasətdə, idarəçilik sistemində söz nüfuz sahibi olmasını, kiminsə ona nəyisə qadağa edə bilməyəcəyini nümayiş etdirməyə cəhd etdi. Açığı az qala bunu bacarmışdı da. Çünki, bir sıra aidiyyatı qurumlar ilk günlər prosesə səssiz qaldılar. Məsələn, belə bir sual qoyaq, əgər o məlum video yayılmasaydı ərazi polis orqanı bu adamlarla bağlı tədbir görəcəkdimi? Axı o toyun səsi Novxanıdan Goradilə, Fatmayiyə qədər gedirdi, atılan fişənglər gecəni gündüzə çevirmişdi, rayon polis idarəsi harda idi, niyə dayandırmırdı prosesi? Mən bununla polisi hədəfə çevirmək istəmirəm, polisin karantin dövründə göstərdiyi rəşadət təqdirəlayiqdir, sadəcə demək istədiyim odur ki, polis də daxil, hələ də 10-larla qurumda akademikə sadiq, hər an dövlətə xəyanət etməyə hazır olan qüvvələr var. Amma ilk sualınızın cavabında dediyim kimi bunlar ölkədə taleyüklü heç bir qərar vermək imkanına və sosial bazaya malik deyillər, heç olma potensialı və prespektivi də yoxdur. Şəxsən akademikin və onun bu sahəyə nəzarət edən keçmiş şöbə müdirinin rəhbərliyi ilə illərdir ki, ideologiyamız, milli kimliyimiz, media siyasətimiz, təbliğat siyasətimiz nə qədər bərbad vəziyyətə salınsa da, insanlar məqsədli formada deqradasiya tədbirlərinə məruz qalsa da xalq ağı qaradan seçir.

 

- Azərbaycan dövlətinin təhlükəsizliyinə qarşı daxildə hökumətdən narazı qalan məmurların, eləcə də regionda möhkəmlənmək üçün Qarabağ məsələsindən istifadə edən güclərin təxribatçı niyyətlərinin aktivləşdiyini söyləmək olarmı. Bu istiqamətdə nələr baş verir?

 

- Hökumətdən narazı ifadəsinə diqqət çəkmək istəyirəm. Əslində müasir təcrübədə hökumətin fəaliyyətindən narazılıq dövlətlərin inkişaf tendensiyasının əsaslarından biridir. İnsanlar, müxalifət iqtidarın səhv addımları, yaxud hökumətin hərəkətsizliyini tənqid etməklə hakimiyyətləri işləməyə sövq edir. Azərbaycanda isə bu ənənə yoxdur. Sovet dövrü aydındır, müxalifət anlayışından söhbət gedə bilməzdi. Müstəqillik dönəmində isə məhz əl və cib müxalifəti yetişdirilmiş, bu günün radikalları məhz qruplaşmış məmur bandası tərəfindən idarə olunmuşdur. Ona görə də müxalifət xalqın problmi, hökumətin fəaliyyətsizliyi yox həmişə həmin məmurların vacibliyini nümayiş etdirmək üçün mövcud olub. Hökumətdən narazı ifadəsi Azərbaycan təcrübəsində yalnız vəzifəsindən azad olunan yenidən hakimiyyətə can atan şəxslərin hər bir satqınlığa, hər bir qüvvə ilə əməkdaşlığa, hətta dövlətini belə satmağa, vassala çevirməyə hazır olması fonunda gizli mübarizəsi kimi başa düşülür. Bəli Azərbaycanda kifayət qədər sabiq var, bu sabiqlər yaşlarına başlarına baxmayaraq bu gün də hakimiyyət arzusundadırlar. Pandemiyanı, yaşanan iqtisadi təlatümü fürsət bilib fəallaşmaq arzusunda və əzmindədirlər. Lakin Azərbaycan artıq o Azərbaycan deyil, dövlət aparatında ciddi təmizlənmə aparılıb, bu proses hazırda da davam edir, idarəçilikdə İlham Əliyevin tam mənasında güvənə biləcəyi, xalq arasında mübahisəsiz ciddi nüfuza sahib Mehriban Əliyeva və müasir düşüncədə olan, ləkələnməmiş, korrupsiya meyllərindən uzaq kadrlar var. Bu öz yerində, lakin, unutmayaq ki, xalqdan dəstək ala bilməyənlər xaricdən havadar axtarır və tapır da. Düzdür Mehdiyevin xaricdən havadar axtarmasına ehtiyac yoxdur, onun Rusiya ilə kifayət qədər ciddi əlaqə və bağlantıları var. Lakin  bir daha deyirəm, indi dövr o dövr deyil, Azərbaycan güclüdür, bunu xaricdən də daxildən də başa düşməsi lazım olanlar anlayır. Aydın formada hər kəsə bəllidir ki, bu dövlətə qarşı gəlmək özünə qəbir qazmaq deməkdir, proseslər də göstərir ki, heç kimə aman verilməyəcək.

 

- Ölkədə yuxarıdan idarə olunan çevrilişdən söz gedə bilərmi və yenə də "Rusiyanın yaxasından" yapışmalar nəyi diqtə edir?

 

- 2005-ci il çevriliş cəhdi və planlarını yəqinki xatırlayırsız. O dövrdə ölkə bu günkü kimi güclü deyildi, xarici xüsusi xidmət orqanları fondlar, QHTlər adı altında ölkəni sarmışdı, hakimiyyət yeni dəyişmişdi və bəziləri İlham Əliyevin təcrübəsiz olması eyforiyasında idi. Bu sadaladığım amillərə güvənib separat görüşlərdə çevriliş planları hazırlamağa cəhd etdilər, “təcrübəsiz” hesab etdikləri İlham Əliyev 10 illərlə dövlət idarəçiliyində yer tutmuş o “təcrübəlilərə” yaxşıca dərs verdi, onların planlarını suya saldı, özlərini də ədalət mühakiməsinə təslim etdi. Çox adam o zaman əsl həiqəti dərk edə bildi. Lakin qəbul edək ki, o dövrdən fərqli olaraq bu gün kiminsə çevriliş etməyə nə gücü nə də sosial bazası var. Bu mənada çevriliş ideyası mənim üçün inandırıcı deyil. Lakin, maliyyə imkanları, dövlət aparatına yerləşdirilmiş agentləri, habelə xaricdəki himayədarları hesabına, mövcud sosial problemlərdən yararlanaraq gərginlik yaratmaq, təxribat törətmək ehtimalını mümkün sayıram, amma tam mənada əminəm ki, bu sadəcə uğursuz cəhd ola bilər.

 

- Son həbslər nəyə işarədir və bu məlum toyun səsinin hələ çox eşidiləcəyini idda edənlər də var. Bir çoxları "işarənin dənizdən" gələcəiyini deyir. Proseslər hara aparır, vəziyyət nə dərəcədə kritikdir?

 

- Mehdiyev yarım əsrlik karyersı ərzində yüzlərlə nazir, nazir müavini, rektor, digər yüksək vəzifəli şəxslə işləyib, onlara hökm edib, lakin bu məclisdə o yalnız yaxın komandasını yanına yığmışdı, bu o deməkdir ki, onun addımladığı yolda yol yoldaşları bəllidir. İndi kim etiraf edir, kim etmir bu başqa məsələ. Amma reallıq budur. Məsələn, Ramiz Mehdiyev Artur Rasizadə ilə hamıdan çox işləyib bəs o niyə yox idi toyda? Demək ki, qonaq siyahısı əslində akademikin komandasının kimlərdən ibarət olduğu, harada güc sahibi olduqlarını göstərir. Bu güc nümayişi idi və təəssüf ki, hakim partiyanın bəzi nümayəndələri bu məsələdə Mehdiyev düşərgəsində yer aldılar. Sizə bir başqa məqamı da deyim, bilirsiz ki, bu proses barədə ilk yazan Fəzail Ağamalı, ikinci isə mən olmuşam. Həm də kifayət qədər sərt formada. Bu yazılardan sonra elə təmsil olunduğum Biləsuvarda hakim partiyanı içdən gəmirən adamların maliyyələşdirdiyi muzdlu donosbazların hücumlarına məruz qalmaqdayam. Hücum bir az böyük səslənir, düzdür, yel olub yanımızdan ötə də bilməzlər, sadəcə 15-20 adamdır. Çoxunun cavabın elə rayon adamları verir, xüsusən Qarabağ qaziləri bu məsələdə əsl dövlətçilik mövqeyi nümayiş etdirməkdədir. O dediyim muzdlulara hər yazıya görə də 50-300 manat pulu da rayonda məsuliyyətə cəlb olunması üçün bütün əsaslar olan, əxlaqsız və mənəviyyətsız davranışı ilə hamının tanıdığı şəxs verir. Yazanların çoxu heç məsələnin ucunun hara gedib çıxdığından xəbərsizdir, pulunu alır yazır. Yəni görün bu adamlar, ucqar rayonlara qədər kök salıb belə müdafiə mexanizmləri formalaşdırıblar. Bu baxımdan hesab edirəm ki, diqqətli olmalıyıq. Düzdür onların əvvəldə dediyim kimi sosial bazaları yoxdur, lakin dövlətin, xalqın imicini ləkələyə, mövqelərimizə kölgə salmağa cəhd edəcəklərini unutmamalıyıq. İndiki məqamda hesab edirəm ki, təxirəsalınmaz addım kimi, başda akademik Mehdiyev olmaqla, onun dövlət aparatına və YAP-a yerləşdirdiyi, habelə rayonlara qədər uzanan qanadlarında aparıcı mövqe tutan şəxslər işdən azad olunmalı, fəaliyyətində pozuntu olanlar isə ədalət mühakiməsi qarşısında cavab verməlidir.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr