"YAP onu deputat mandatından məhrum etməlidir"
Fuad Əliyev: "Deputat qanunu pozursa, vətəndaş da bu qanunlara hörmətsizlik edəcək"
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a müsahibə verib.
Versus.Az həmin müsahibəni təqdim edir:
- Fuad müəllim, hakimiyyət daxilində kadr islahatları davam edir. İki İcra başçısı vəzifəsinə yeni təyinat olub. Bu yeni təyinatları necə qiymətləndirirsiz?
- Uzun illərdi ki, İcra başçısını bir rayondan başqa rayona təyin edəndə, buna islahat deyirdilər. Nəticədə heç nə deyişmirdi. Son iki il ərzində isə vəzifələrə yeni simalar gətirilir. Bu təyinatları müsbət qiymətləndirirəm. Amma burda başqa bir məsələ var. Əgər yeni təyin olunanlar keçmiş İcra başçılarının yollarını gedəcəklərsə, onda bu təyinatların dövlətə və ən əsası xalqa heç bir xeyri olmayacaq.
- Yeni təyin olunanların fəaliyyətlərini necə qiymətləndirirsiz?
- İndi heç nə demək olmur, hələ ki, onların fəaliyyətlərini müşahidə edirəm.
- Fuad müəllim, president İlham Əliyev bu yaxınlarda keçirilən onlayn iclasda SOCAR, AZAL, Dəmir yolları, Azərişıq, Azərsu rəhbərlərinin fəaliyyətlərini tənqid etdi. Bir aya yaxın bir vaxt keçib. Bu strukturların fəaliyyətində deyişiklik görürsüz?
- Normal, demokratik ölkələrdə istənilən məmurun fəaliyyəti tənqid olunursa, adı korrupsiya əməliyyatlarında hallanırsa o, öz ərizəsi ilə istefaya gedir. Bizdə isə yüzlərlə faktlar olub, heç kim istefaya getmir. Ən azından çıxıb deməlidirlər ki, biz bu iradları qəbul edirik və çalışıb düzəldəcəyik. Bunu da etmirlər. Səhf etmirəmsə bir Cavid Qurbanov onlayn iclasdan sonra bunu etdi. İclas keçirərək Dövlət başçısının iradlarını qəbul etdi və bu iradları aradan qaldıracağını dedi. Başqaları niyə etməyiblər? Bununla nə demək istəyirlər? Bu nazirlər, deputatlar, məmurlar özlərini belə aparırlar ki, sanki bu kreslolar bunlar üçün ömürlükdir - "kim nə deyir desin, mən bu kreslonu tərk edən deyiləm" prinsipi. Bundan sonra nə baş verir? Korrupsiya, rüşvətxorluq baş alıb gedir. Adi bir vətəndaş bu haqsızlıqları görərək narazı olduğu üçün haqlıdır.
- Onda belə çıxır ki, Siyavuş Novruzovun YAP-dan istefası yaxşı bir nümünədir?
- Siyavuş Novruzovun əksər fikirləri, addımları yaxşı nümünə olmasa da, bu istefasını təqdirəlayiq hesab edirəm. Məncə, bunun məntiqi davamı olaraq ya özü, ya da YAP onu deputat mandatından məhrum etməlidir. Deputat qanunvericilik orqanının üzvüdür, özü qəbul olunan qanunları pozursa, vətəndaşlar da bu qanunlara hörmətsizlik göstərəcək. Bu təkcə Siyavuş Novruzova aid deyil, hamıya aiddir.
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”