YAP-da növbədənkənar qurultay gözlənir

15:03 25-08-2020 | icon 322 | Siyasət
YAP-da növbədənkənar qurultay gözlənir
 

Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin qız nəvəsinin qalmaqallı toy mərasimi hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəziyyəti gərginləşdirib.

R.Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin toy sahibi kimi karantin rejiminin pozulmasına görə təqsirləndirilərək 15 sutka həbs edilməsi, mərasimə qonaq qismində qatılan YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzova töhmət verilməsi, ardınca onun partiyadakı vəzifəsindən istefa verməsi, YAP-ın rəhbər strukturunda təmsil olunan BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun, eks-Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun cərimələnməsi bu gərginliyi artıran səbəblərdir.  

Üstəlik Ramiz Mehdiyevin də olaylara səssiz qalmaması, dünən qəzəbli açıqlama və bəzi mesajlar verməsi, üstüörtülü hədələməsi, eyni zamanda YAP rəhbərliyində təmsil olunan şəxslərin, o cümlədən bəzi deputatların qarşılıqlı ittihamlarla çıxış etməsi partiyada ciddi dəyişikliklər olacağı ehtimalını qüvvətləndirib.

Bu məsələni gündəmə gətirən digər səbəbləri də unutmaq olmaz: partiyanın üzvü olan bəzi icra başçıları, onların müavinləri olan YAP-ın rayon təşkilatının sədrləri, digər vəzifəli şəxslər həbs ediliblər, barələrində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və digər maddələrlə cinayət işi açılıb.

Bütün bunlar YAP-ın imicinə ciddi zəbə vurub.

Versus.az-ın Modern-ə istinadla verdiyi məlumata görə, proseslərin gedişi və baş verənlərin təhlili də göstərir ki, Yeni Azərbaycan Partiyası növbədənkənar qurultaya gedə bilər. YAP sədri, Prezident İlham Əliyev də bundan öncələr hakim partiyada struktur islahatlarının vacibliyini vurğulamışdı.

YAP-ın İcra katibi, Baş nazirin müavini Əli Əhmədovun açıqlamasını da yaddan çıxarmayaq: “Həbs olunan icra başçılarının hakim Yeni Azərbaycan Partiyasının üzvü ölması bizi məyus edir. YAP çalışır ki, bu cür xasiyyətləri xoş olmayan insanlardan xilas olsun".

Deyəsən YAP-da gözlənilən ciddi  islahatların vaxtı-vədəsi artıq yetişib, hətta bu, labüdləşib.



Son hadisələr YAP-da dəyişikliklər məsələsini yenidən gündəmə gətirməklə yanaşı, partiya üzvləri arasında əsəbləri də tarıma çəkib, ikitirəlik yaradıb.

Söhbət təbii ki, YAP-ın rəhbər strukturlarında ehtimal olunan dəyişikliklərdən gedir. Məlum toy qalmaqalından sonra yaranmış gərginlik bəzi köhnə YAP-çıların rəhbər strukturlarda təmsilçiliyini sual altına düşürüb.

Bu aralar partiyada islahatlar aparılmalısının vacibliyi ayrı-ayrı YAP-çılar tərəfindən də tez-tez səsləndirilir. Məsələn, YAP Siyasi Şurasının üzvü, sabiq deputat, eks-icra başçısı Musa Musayev vaxtaşırı bu tələblə çıxış edənlərdəndir. Onun iki gün öncəki açıqlamasında bu tələb  bir daha gündəmə gətirilib.

“Partiyamıza qara niyyətlə gələnlər, öz şəxsi mənafeyini YAP-ın mənafeyindən üstün tutanlar, mənəm-mənəmlik iddiası ilə yaşayanlar ciddi cəzalanmalı və YAP-ın sıralarından uzaqlaşdırılmalıdırlar! YAP-da satqınlara, xəyanətkarlara, əqidəsizlərə, yaltaqlara, mövqesizlərə yer olmamalıdır! Cinayət və xəyanət olan yerdə cəza tədbiri görülməzsə, onda vətəndaşlarda partiyamıza qarşı inamsızlıq yarana bilər .
Bir daha deyirəm, yaxın günlərdə YAP-ın bütün rəhbər qurumlarında islahatlar aparılmalıdır, buna ciddi ehtiyac var”, - Musa Musa Musayev bildirib.

İslahat tərəfdarları olan YAP-çılar bildirirlər ki, əgər partiya növbədənkənar qurultaya getsə, bəzi yaşlı simaların, korrupsiya və rüşvətə görə həbsə düşənlərin, nöqsanlara görə vəzifədən kənarlaşdırılanların partiyanın rəhbər strukturlarından çıxarılacağı istisna deyil.


Məlumdur ki, YAP-ın rəhbər strukturları - İdarə Heyəti, Siyasi Şura, İcra katibliyi hakim partiyanın qurultaylarında formalaşdırılır. Onda dəyişikliyə gediləcəksə, növbədənkənar qurultay çağırıla bilər. Xatırladaq ki, YAP-ın sonuncu – VI qurultayı 2018-ci il fevralın 8-də keçirilmişdi.

Qeyd edək ki, YAP-ın Siyasi Şurası 84 nəfərdən ibarətdir. Siyasi Şura üzvlərinin 20-si həm də İdarə Heyətinin üzvləridir.

Bəs YAP növbədənkənar qurultaya getsə, kimlər rəhbər strukturlardan çıxdaş edilə bilər?

YAP İdarə Heyəti və Siyasi Şura üzvlərinin siyahısını təqdim edirik. Siyahılara nəzər yetirməklə bu şəxslərdən kimlərin partiyanın rəhbər strukturlarından kənarlaşdırla biləcəyini təxmin etmək olar. Son hadisələr suları bir qədər durultdu...

İdarə Heyəti:


İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri

Hacıbala Abutalıbov - müvəqqəti işləmir

Əli Əhmədov - Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi

Vaqif Əliyev - Mədəniyyət və Turizm nazirinin I müavini

Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini

Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri

Akif Əlizadə -Yeni Azərbaycan Partiyasının Sədr müavini

Əli Həsənov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor

Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini

Yusif Hümbətov - «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri

Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri

Eldar İbrahimov - Milli Məclisin deputatı

Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı

Mübariz Qurbanlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini

Abel Məhərrəmov - akademik

Bahar Muradova - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Siyavuş Novruzov - Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İcra katibinin müavini

Arif Rəhimzadə - müvəqqəti işləmir

Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri

Mixail Zabelin - Milli Məclisin deputatı.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr