DADP adını niyə dəyişdi?

17:17 25-08-2020 | icon 559 | Siyasət
DADP adını niyə dəyişdi?

Əlisahib Hüseynov: ““Demokratik Azərbaycan Dünyası” sözü öz-özlüyündə heç bir məna ifadə etmirdi”

 

Xəbər verdiyimiz kimi , Demokratik Azərbaycan Dünyası Partiyası adını dəyişib. Artıq Partiya bundan sonrakı fəaliyyətini Milli Həmrəylik Partiyası kimi davam etdirəcək.

 

Bəs, səbəb nə idi, Partiyanın adının dəyişdirilməsi hansı zərurətdən yarandı?

 

Bu barədə Versus.az-a  açıqlama verən Partiya səri Əlisahib Hüseynov dəyişikliyi zəruri edən bir sıra amillərin olduğunu deyib.

 

“Demokratik Azərbaycan Dünyası Partiyası artıq öz aktuallığını və cəlbediciliyini itirmişdi. Bu ad müasir dövrün, zamanın tələblərinə cavab vermirdi. Həm də açıq etiraf edək ki, partiyamızın adında bir qeyri-müəyyənlik vardı, mücərrətlik hiss olunurdu. Məsələn, “Demokratik Azərbaycan Dünyası” sözü öz-özlüyündə heç bir məna ifadə etmirdi, anlam daşımırdı. Bu ad sadəcə söz yığınından ibarət idi. Və biz bu adı əcnəbi dillərə tərcümə etməkdə də çətinlik çəkirdik. “Demokratik Azərbaycan Dünyası Partiyası” adını nə rus, nə ingilis dilinə, nədəki digər dillərə doğru-düzgün tərcümə etmək mümkün deyildi. Hətta öz soydaşlarımız, vətəndaşlarımız da bu adın mənasını dəqiq təsəvvür etməkdə, başa düşməkdə çətinlik çəkirdilər. Ona görə də biz hiss edirdik ki, bu adı dəyişməyimiz üçün ciddi zərurət yaranıb. Əməkdaşlarımız, dostlarımız bir çox alternativ adlar təklif etmişdilər. Biz bu təkliflərlə bağlı geniş müzakirələr apardıq. Və bu müzakirələrin sonunda “Milli Həmrəylik Partiyası” (MHP) variantına üstünlük verdik. Bu yeni ad Qurultayımızda yekdilliklə qəbul edildi”.

 

“Hədəfə nail olmağın yolu məhz Milli Həmrəylikdən keçir”

 

Ə.Hüseynov hesab edir ki, Milli Həmrəylik adının cəmiyyətimizə ötürə biləcəyi mesajlar daha önəmli ola bilər. O, bunu bu gün ölkəmiz və xalqımız üçün həmrəylik amilinin hər zamankından daha vacib olması ilə əlaqələndirib:

 

“Azərbaycanlıların həmrəyliyi həm ölkəmiz üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün xüsusi əhəmiyyət kəsb edir. Milli həmrəyliyin bugün bizim üçün hava-su kimi vacibliyini, vaz keçilməz olduğunu məhz Ulu öndər Heydər Əliyevin sözləri ilə diqqətinizə çatdırmağımız yaxşı olar. Ulu Öndər demişdi: "Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir".

 

Partiya sədri bildirib ki, burda məqsəd məhz bir hədəfə vurmaqdan gedir. Bu gün hamımızın hədəfi dövlətçiliyimizi qorumaq, müstəqilliyimizi möhkəmləndirmək, Qarabağımızın işğldan azad edilməsinə nail olmaq, Güneydəki soydaşlarımızla əlaqələri genişləndirmək, dünya azərbaycanlılarını bir araya gətirmək, Türk Dünyası ilə münasibətlərimizi sıxlaşdırmaqdan ibarət olmalıdır:

 

Bu hədəfə nail olmağın yolu məhz Milli Həmrəylikdən keçir.  Dünya azərbaycanlıları arasında milli birliyi və həmrəyliyi təmin etmədən bu hədəflərə, bu amallara çatmaq, nail olmaq mümkün deyil. İndi azərbaycanlılar ölkəmizin haqq işini xarici ölkələrdə hər zamankından daha fəal surətdə təbliğ edirlər. Biz bunu Tovuz döyüşlərindən sonra xaricdə yaşayan həmvətənlərimizin “Qarabağ Azərbaycandır!” şüarı altında başlatdıqları Azərbaycan Ordusuna və dövlətimizə dəstək kampaniyasından da gördük. Və bunun özü də bir daha milli birliyin, həmrəyliyin, vəhdətin xalqımız və dövlətimiz üçün tarixin bu mərhələsində nə qədər vacib olduğunu göstərdi. Odur ki, biz də dövlətlə millətin vəhdətini, birliyini daha da gücləndirmək naminə həmrəylik ideallarını təbliğ etmək üçün partiyamızın adını Milli Həmrəylik Partiyası qoymağı qərara aldıq. Məqsədimiz milli həmrəylik ideallarını dəstəkləyən bütün soydaşlarımızı bir araya gətirməkdir.

Biz ənənəvi kursumuza sadiq qalacağıq. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətini dəstəkləməyə davam edəcəyik. Eyni zamanda biz həm cəmiyyətdə, həm də siyasi qütblər arasında barış, konsensus mövqeyindən çıxış edən partiyayıq. Biz konsruktiv müxalifətə normal yanaşırıq, radikal və dağıdıcı müxalifətçiliyi isə qəbul etmirik. MHP iqtidarla müxalifət arasında dialoqun və əməkdaşlığın tərəfdarıdır. Azərbaycanın tərəqqisi və gələcək taleyi siyasi qüvvələrin dialoqundan və vətəndaş həmrəyliyindən, milli həmrəylikdən asılıdır. Qarabağ probleminin həlli yolu da məhz milli həmrəylikdən keçir. Ümumi düşmənə qarşı mübarizədə bir olmalıyıq, həmrəylik göstərməliyik. Biz var gücümüzlə ölkədə həmrəylik mühitinin formalaşmasına çalışacağıq.

Biz belə hesab edirik ki, bu gün həmrəylik amili ölkədəki istənilən problemin həlli üçün və Azərbaycanımızı inkişafa doğru aparmaq üçün ən səmərəli və etibarlı siyasi vasitədir. Eləcə də “beşinci kolon”çulara qarşı mübarizəmizin kəsərli olması da cəmiyyətin və siyasi qüvvələrin nə dərəcədə həmrəy olmasından asılıdır. Biz bu həssas dönəmdə ölkədəki ictimai-siyasi sabitliyi pozmaq istəyən, cəmiyyəti parçalamağa çalışan qüvvələrə, Azərbaycanın milli  maraqlarına zidd çıxan "beşinci kolon"çulara qarşı ayıq-sayıq olmalı, birgə mübarizə aparmalıyıq”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr