"Minsk qrupu İşğalçı ölkəyə təsir mexanizmlərindən istifadə etmir"

10:53 26-08-2020 | icon 527 | Siyasət
"Minsk qrupu İşğalçı ölkəyə təsir mexanizmlərindən istifadə etmir"

Fuad Əliyev: "Bu, Ermənistanın Azərbaycana qarşı növbəti uğursuz təxribat cəhdidir"

 

"ATƏT-in Minsk qrupu avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətməyə cəhdinə rəsmi reaksiya bildirməlidir".


Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.


Partiya sədri qeyd edib ki, bu, ermənilərin ilk təxribat cəhdi deyil. Hər zaman belə təxribatlar olub və Ordumuz tərəfindən düşmən susdurularaq geri çəkilmək məcburiyyətində qalıb:
 
 
“Ordumuz düşmənin hər bir təxribatının, hücumun qarşısını almağa qadirdir. Bunu işğalçı Ermənistan və onun havadarları unutmasınlar. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə həll olunması üçün bütün imkanlarını işə salıb. Ermənistan isə hərzaman təxribat törətməklə Azərbaycanın səhrəd zonasında yaşayan mülki vətəndaşlarını belə gətlə yetirir. Təəssüflər olsun ki, münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürən Minsk qrupu hələ də bu təxribatlara göz yumur. İşğalçı ölkəyə təsir mexanizmlərindən istifadə etmir”.

 
Fuad Əliyev bildirib ki, erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyanın əsir götürülməsinə rəsmi İrəvanın reaksiyası gülüş hədəfinə çevrilib. İrəvan iddia edir ki, guya o, hava şəraiti ilə bağlı yolunu azıb:
 
 
“Ermənistan həmişə təxribatlarını ört-basdır etmək istəyib. Hətta əsgər ölümlərini belə valideynlərindən gizlətməyə çalışıb. Lakin hər dəfə də ifşa olunub. Bundan başqa diversiya-kəşfiyyat qrupunun komandirinin üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi əşyaların aşkarlanıb və ictimaiyyətə təqdim edilməsi, eyni zamanda Ermənistanın sosial şəbəkələrində saxlanılmış Qurgin Alberyanın dəyişdirilməsi ilə bağlı təkliflərin irəli sürülməsi bir daha saxlanılan hərbçinin onlar üçün kifayət qədər əhəmiyyətli şəxs olduğunu aydın göstərir”.

 
ALDP sədrinin fikrincə, avqustun 23-dəki təxribat Tovuz hadisələrindən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti uğursuz təxribat cəhdidir. Mahiyyət etibarilə sabotaj, diversiya və terror məqsədi daşıyan bu aksiyanın əsas hədəfi Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin kazarmaları və hərbçilərimiz olub:
 
 
“Lakin Azərbaycan hərbçilərinin ayıq-sayıqlığı, peşəkarlığı nəticəsində düşmənin bu aksiyasının qarşısı alınıb, Ermənistan hərbçiləri itki verərək qorxaqcasına geri qaçmağa məcbur olublar. Ermənistan tərəfindən yaralanan və ölənlərin olduğu bildirilir. Ermənistan hakimiyyəti digər hərbi əməliyyatlar - 2016-cı ilin aprel döyüşləri, 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu sitiqamətində hərbi əməliyyatlar zamanı olduğu kimi, yenə də ölən və yaralananlar barədə məlumatı gizlətməyə çalışıb”.

 
F.Əliyev qeyd edib ki ki, bundan sonra da Azərbaycan əlini yanına salıb gözləməyəcək və Ermənistanın təxribatlarına, atəşkəs rejiminin pozulmasına adekvat reaksiya verəcək. /Avrasiya.net/
 
 
Qeyd edək ki, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürülüb.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr