MMP ölkənin BİRİNCİ XANIMInı təbrik etdi
“Bu xalqın, bu dövlətin rifahı üçün gördüyünüz bütün işlərin uğurlu nəticəsini görəsiz”
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO və İSESCO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, gözəl ana və insan - Mehriban xanım Əliyevanın doğum günüdür.
Versus.Az xəbər verir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu münasibətlə özünün və partiya üzvləri adından ölkənin birinci xanımını təbrik edib.
MMP-nin İdarə Heyətinin, Qadınlar Şurasının, rayon və şəhər təşkilatlarının, Gənclər təşkilatlarının qoşulduğu təbrikdə bildirilir:
“Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və İSESCO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva cənab Prezident İlham Əliyevin ən etibarlı silahdaşıdır. Xalqın öz dövlət başçısına və onun etibarlı silahdaşına necə güvəndiyini görməkçün cənab Prezidentə və hörmətli Mehriban xanıma seçkilərdə, sosioloji sorğularda verilən səslər, onlara ünvanlanan saysız-hesabsız təşəkkür, minnətdarlıq məktubları, mətbu çıxışlar misalında da görmək mümkündür. Mehriban xanımı doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, işlərində uğurlar arzulayırıq.
Əzizimiz Mehriban xanım, qoy həyat həmişə üzünüzə gülsün. Bu xalqın, bu dövlətin rifahı üçün gördüyünüz bütün işlərin uğurlu nəticəsini görəsiz. Allah sizə yardımçı olsun.”
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”