"Ceyhun Bayramovun Dağlıq Qarabağla bağlı kəskin fikirləri oldu"
Fuad Əliyev: "Keçmiş nazir Qarabağla bağlı belə fikirlər səsləndirməmişdi"
Avqustun 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri başlayıb. C. Bayramov ilk olaraq Kremldə naməlum əsgərin məzarı önünə əklil qoyub. Daha sonra nazir Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evinə yollanıb.
XİN rəhbərimiz rusiyalı həmkarı Sergey Lavrovla təkbətək görüşüb. Görüşdə XİN rəhbərləri ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini, Dağlıq Qarabağ problemi də daxil olmaqla regional və beynəlxalq gündəliyin əsas aspektlərini müzakirə edəndən sonra mətbuat konfranı keçiriblər.
Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovun keçirilən mətbuat konfransındakı fikirlərinə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin sözlərinə görə, mətbuat konfransında nazirin çıxışı və sonra da suallara cavabları çox uğurlu olub:
“Özünü itirmədən, həyəcan keçirmədən, öz fikirlərini tam aydın deyə bildi. Hətta elə sözlərindən istifadə edirdi ki, heç ruslar özləri danışıqlarında, mətbuat konfranslarında o sözlərdən istifadə etmirlər. Bu onu göstərir ki, Ceyhun Bayramov rus dilini çox dərin bilir".
Fuad Əliyev qeyd edib ki, uzun illər təhsil naziri olmasına baxmayaraq, C.Bayramovun özünün davranışı, çıxışı əsl diplomat səviyəsində olub:
"Və ən əsası, Ceyhun Bayramovun Dağlıq Qarabağla bağlı kəskin fikirləri oldu. Mənim yadıma gəlmir ki, keçmiş xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsilə bağlı belə fikirlər səsləndirsin, xüsusilə də Moskvada olarkən".
ALDP sədri jurnalistlərə iradını da vurğulayıb:
"Sualların əksəriyyəti Ceyhun Bayramova verildi. Mənim fikrimcə, suallar daha çox Lavrova verilməli idi. Misal üçün Dağlıq Qarabağla yanaşı, Azərbaycan-Türkiyə hərbi blokunun yaranması təkliflərinə dair onun fikirləri bizim üçün maraqlı olardı”.
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”