Şoyqunun Bakıya səfərindəki yarış bəhanəsi

10:28 28-08-2020 | icon 440 | Siyasət
Şoyqunun Bakıya səfərindəki yarış bəhanəsi

Fuad Əliyev: "Azərbaycan regionda baş verəcək ciddi dəyişikliklərə hazır olmalıdır"

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun “Dəniz kuboku” müsabiqəsinin açılış mərasimində Bakıya səfəri və burada keçirdiyi görüşlər geniş müzakirələr doğurub. Xüsusilə, son bir ayda Azərbaycanla Rusiya arasında məlum silah qalmaqalı fonunda bu səfər ətrafında ən müxtəlif fikirlərə rast gəlinir. Çoxları hesab edir ki, müdafiə nazirinin yarışla bağlı gəldiyi barədə deyilənlər o qədər də inandırıcı deyil. Şoyqunun başqa səbəblərdən Bakıya gəldiyi ehtimal olunur.

 

Versus.Az xəbər verir ki, Rusiya müdafiə nazirin Bakıya səfərinə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev yarışın bəhanə olduğu qənaətindədir.

 

ALDP sədri bildirib ki, hər il ”Dəniz kuboku" müsabiqəsi artıq ənənəvi olaraq Azərbaycanda keçirilir. Amma bu il tam başqa formatda oldu:

 

"Dörd ölkədən ikisi - İran və Qazaxıstan COVİD-19-a görə bu müsabiqədə iştirakdan imtina etdilər. Prinsipcə, Azərbaycan və Rusiya da imtina edə bilərdilər. Amma nədənsə etmədilər. Hesab edirəm ki, Ermənistanın Tovuz istiqamətində təxribatı nəticəsində Azərbaycan ordusu tərəfindən layiqli cavab alması, ordumuza dəstək üçün yüz minlərlə soydaşımızın həmrəylik nümayiş etdirməsi, hər bir azərbaycanlının döyüşə getməyə hazır olması, bir sıra ölkələrin təxribata görə Ermənistanı qınamaları, Türkiyə rəsmilərinin açıq və net şəkildə bəyanatları, Dövlət başçısı İlham Əliyevin Putinə zəng etməsi, Kremlin Ermənistanın silahlandırılması məsələsinə aydınlıq gətirməsinin istənilməsi Rusiyaya bu dəfə məsələnin ciddi olduğunu anlatdı. Göründüyü kimi, Tovuz döyüşlərindən sonrakı 50 gün ərzində Rusiya rəsmilərinin həm Tovuz hadisələri, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aktivliyi müşahidə olunur".

 

Fuad Əliyevin fikrincə, Şoyqu “Dəniz kubokuna” görə Bakıya gəlməyib. Çünki hər il bu yarış onun iştirakı olmadan keçirilib:

 

"Nəzərə alsaq ki, Şoyqu Bakıya səfərdən qabaq İrəvana gedib, deməli, bu səfər daha çox siyasi xarakter daşıyır. Görünür, onun regiona təcili gəlməyi Azərbaycan və Ermənistan rəhbərlərinə Putinin bu məsələlərə dair fikirlərini çatdırmaqdır. Şoyqunun Bakıda Rusiyanın Ermənistanı silahlandırmasına dolayısı yolla don geydirməyini də nəzərdən qaçırmamalıyıq. Rusiyanın Cənubi Qafqazdakı siyasəti bizə bəlliir. Hesab edirəm ki, regionda ciddi dəyişikliklər olacaq və Azərbaycan ona hazır olmalıdır".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr