"Yəqin ki, nə vaxtsa bu təkliflərim də həyata keçəcək"

12:05 29-08-2020 | icon 1000 | Siyasət
"Yəqin ki, nə vaxtsa bu təkliflərim də həyata keçəcək"

Fuad Əliyev: "Türkiyə də Azərbaycan kimi, bu təşkilatın tam hüquqlu üzv olmaq istəyir"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a müsahibə verib.

 

Versus.Az həmin müsahibəni təqdim edir:

 

- Fuad müəllim, Azərbaycan və Rusiya Xarici İşlər Nazirlərinin keçirdiyi  brifinqdə, Lavrov Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusu almaq üçün etdiyi müraciəti dəstəkləyəcəyini bildirdi. Sizə elə gəlmir ki, bu məsələ artıq həll olunub?

 

- Lavrovun bu məsələni Ceyhun Bayramovla ilk görüşdə səsləndirilməsi məsələnin dolayısı ilə həll olunmuş kimi təsdiq edir. ŞƏT-lə bağlı fikirlərimi, 2008-ci ildə keçirilən prezident seçkilərində bildirmişdim. Prezidentliyə namizəd kimi, İctimai televiziyada öz çıxışlarımda bu məsələnin Azərbaycan üçün prioritet məsələ olduğunu qeyd etmişdim. Bu mənim siyasi-iqtisadi proqramımda öz əksini tapmışdı. Bu Azərbaycanın ictimai-siyasi həyatında yeni bir təklif idi. Və o dövürdə verdiyim bu təklifə görə demək olar ki, hər tərəfdən tənqid olunmuşdum. İllər keçəndən sonra 2015-ci il tarixində ŞƏT üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycan Respublikasına ŞƏT-də dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilmişdir. 2016-cı il tarixində isə, Pekin şəhərində ölkəmizlə ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini nizamlayan “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum” imzalanmışdır.

 

- Belə demək olar ki, prezidentliyə namizəd kimi seçicilərə təqdim etdiyiniz proqramın bir bəndi həyata keçir…

 

- (gülür) Niyə bir? Bir neçəsi. Misal üçün proqramda Xəzəryanı dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması təklifimdə həyata keçdi. Mən bu gün də hesab edirəm ki, Azərbaycanın üzv olduğu bir neçə beynəlxalq təşkilatlardan çıxmalıdır. Misal üçün, MDB və GUAM təşkilatlarda üzvlüyünü dayandırlmalıdır. Bu təşkilatların demək olar ki, bir adları qalıb. Belə halda niyə Azərbaycan hər il bu təşkilatlara üzvlük haqqı verməlidir? Bunları da 2008-ci ildə demişdim. Yəqin ki, nə vaxtsa verdiyim bu təkliflər də həyata keçəcək.

 

- İnşallah. Fuad müəlim, ŞƏT Azərbaycana nə verəcək?

 

- Şanxay Əməkdaşlıq Təşkilatı iqtisadi təşkilat olduğuna görə Azərbaycana iqtisadi baxımdan çox şey verə bilər. Baxın, Azərbaycanın neft-qaz kəmərləri Avropaya istiqamətlənib. Yəni ki, biz neftimizi, qazımızı Avropa ölkələrinə satırıq. Bu baxımdan bizim ehtiyat bazarımız olmalıdır. Necə ki, Avropa ölkələrin bu məsələdə seçimi var, bizim də olmalıdır. Bu seçim olmayanda biz Avropa ölkələrindən asılı vəziyyətdə oluruq. Bu iqtisadi asılacağımız, dolayısı ilə siyasi asılacağımıza çevrilir. Bunu da mən hesab edirəm ki, bizim üçün qəbul olunmazdır. Baxın, qardaş Türkiyə Qərblə münasibətləri pozmadan Avrasiya regionuna, ŞƏT-ə can atır. Türkiyə də Azərbaycan kimi, bu təşkilatın tam hüquqlu üzv olmaq istəyir. Niyə? Çünki Fransa və Almaniyanın Türkiyəyə Avropa İttifaqının tam üzvlüyü verilməməsi ilə bağlı qəti mövqeyini nəzərə alan Ankara alternativ əməkdaşlıq platformalar axtarmaq məcburiyyətindədir. Ona görə hesab edirəm ki, Azərbaycan üçün hər iki istiqaməti prinsipcə bir-birini istisna etmədiyinə görə, biz hər iki istiqamətin paralel inkişafında maraqlı olmalıyıq.

 

Versus.Az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr