"Paşınyan yenə də Azərbaycana səfər edib"
Dinarə Məmmədova: "Torpaqlar işğalda qalır, Paşınyan isə gəlir-qedir"
"Qubadlı rayonunun işğalından 27 il keçir. Rayon 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. Qubadlı rayonuna hər iki - Ermənistan və Dağlıq Qarabağ tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı terror törədilmişdir. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvalarından didərgin düşmüşdür. Yenə də biz bu gün Qubadlının işğal olunmasının 27-ci ilini qeyd edirik. Rayonlarımızın işğal günü yaxınlaşdıqca, “yenə də işğaldan danışaq, niyə Şəhidlərin ruhunu şad edə bilmirik?!” özümüzə suallar verəcəyik".
Versus.Az xəbər verir ki, bunu Qubadlının işğalının 27-ci ili ilə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyas (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova,
Dinarə Məmmədova qeyd edib ki, bu çətin sualların bir cavabı var - Torpaqlarımızı işğaldan azad etmək üçün yas saxlamaq yox, onu almaq lazımdır:
"BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Eləcə də Avropa Parlamentinin. İndi ermənilər öz hərəkətlərilə göstərirlər ki, bu onlar üçün “kağız parçasıdır”. Əgər BMT üzvü olan dövlətlər bu məsələyə müdaxilə etmirlərsə, öz qərarlarına hörmət etmirlərsə, deməli qəbul etdikləri qətnamələr onlar üçün da adi “kağız parças"ıdır. Onda belə çıxır ki, bu qərarlar, qətnamələr “başımızın altına yastıq qoymaq” kimidir. İndi ATƏT-in Minsk qrupunun nümayəndələri bölgəyə səfər etməlidirlər. Sual yaranır - niyə, nə dəyişib ki? Heç nə! Torpaqlar işğaldadır, hər gün ermənilər atəşkəsi pozurlar, Ermənistan prezidenti, baş naziri, müdafiə və digər nazirlər qondarma “DQR” səfər edirlər.
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”