ALDP Azərbaycan qanunlarına dair təkliflər paketi hazırlayır
Fuad Əliyev: "Sənədlər Prezident Administrasiyasına, Milli Məclisə və beynəlxalq təşkilatlara təqdim olunacaq"
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının onlayn iclasını keçirib.
Versus.Az xəbər verir ki, iclasda ictimai-siyasi vəziyyət müzakirə edilib.
Partiya sədri ALDP üzvlərinə karantin dövründə tətbiq olunan sanitar-epidemioloji qaydalara riayət etməyin vacibliyindən danışıb:
“Karantin vaxtı sentyabrın 30-na gədər uzadılıb. Buna baxmayaraq, müəyyən yumşalma baş verib, məktəblər açılıb. Payız aylarında qrip tipli xəstəliklərin çoxalmasını nəzərə alsaq, karantin qaydalarına riayət edilməsi mütləqdir, daha da diqqətli olmalıyıq. Hər bir partiya üzvü bu aylarda da məsuliyyətini artırmalıdır. Ona görə indi tətbiq olunan qaydalara riayət etsəniz, özünüzü və ailənizi təhlükələrdən qorumuş olacaqsız”.
Daha sonra vətəndaşların karantin dövründə rastlaşdığı problemlər, partiyanın Azərbaycan qanunlarına dair təkliflərin verilməsi müzakirə olunub:
“Bu günə qədər minlərlə vətəndaşın üzləşdiyi problemlərlə bağlı müraciətlərini qəbul etmişik və bu davam olunur. Bu müraciətləri müvafiq orqanlara çatdırmışıq və əksər problemləri müsbət həll etmişik. Bir neçə məsələni ümumiləşdirib iqtidar-müxalifət görüşündə müzakirə etmişik. Artıq mənə məlumat verilib ki, partiyamızın Azərbaycan qanunlarına dair bir neçə təklif, layihə işləri yekünlaşmaq üzrədir. Bunlara “Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər, Bakı şəhər Mer seçkilərinin keçirilməsi nəzərdə tutan layihələrdir. Sənədlər Prezident Administrasiyasına, Milli Məclisə və beynəlxalq təşkilatlara təqdim olunacaq”.
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”