“Hafiz Hacıyevin vaxtilə dediklərini təkrarlayırlar”

15:00 01-09-2020 | icon 772 | Siyasət
“Hafiz Hacıyevin vaxtilə dediklərini təkrarlayırlar”

Könül İsmayılova: “Məlum toy məsələsi haqlı olaraq, vətəndaşlarımızın hiddətinə səbəb olur”

 

Xəbər verdiyimiz kimi, Operativ Qərargah karantin müddətini daha bir ay uzadıb. Əhalinin narazılıqla qarşıladığı bu xəbərdarlıq ətrafında müzakirələr gündəmi tutmaqdadır. Hesab edilir ki, başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da karantin qaydaları tamamilə yumşaldılmalıdır. Bəs siyasilər məsələyə necə yanaşır?

 

Məsələ ilə bağlı Versus.Az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova vətəndaşların narazılığı ilə hardasa razılaşdığını bildirib.

 

Sədr müavininin sözlərinə görə, əslində insanları karantin müddətinin uzadılması deyil, bəzi vəzifəli şəxslərin belə bir dönəmdə onlardan fərqli olaraq öz istirahətlərindən, toy-nişan, şənlik məclislərindən qalmadıqları qıcıqlandırır:

 

"Ramiz Mehdiyevin nəvəsinin toy məclisi haqlı olaraq, vətəndaşlarımızın hiddətinə səbəb olub. Bu hadisənin ardınca başqa məmurların da şənlik mərasimlərinin görüntüləri yayıldı. Hələ daha kimlərin qaydaları pozduğunun şahidi ola bilərik. İndiyədək səbrlə karantin qaydalarını gözləyənlər bundan sona təbii ki, aqresivləşəcək. Çünki birincisi, qayda statusundan asılı olmayaraq hər kəsə aiddir. İkincisi, 190 manat yardıma ehtiyacı olan insanlara zəngin həyatını nümayiş etdirmək nə deməkdir axı? Belə imkan gücündəsinizsə, hərəniz 5-6 ailənin dolanışığını təmin edin, bu da olsun sizin dövlət başçısının koronavirusla mübarizə çağırışına dəstəyiniz. Amma siz neynirsiz, əksinə, dövlətin işinə kölgə salırsınız”.

 

Könül İsmayılova bildirdi ki, MMP sədri Hafiz Hacıyev illərdir hakimiyyətdə olan bu insanların əməllərindən, dövlətə, onun başçısına xəyanətindən danışır, fəaliyyətini demək olar ki, onlarla mübarizəyə kökləyib:

 

“Baxırsan ki, bu gün hər kəsin dili açılıb, sən demə bunlar da Ramiz Mehdiyev və digər məmurlar haqqında faktlar bilirmişlər. Bəs bu vaxta qədər niyə susurdular? Niyə Hafiz Hacıyev danışanda ona dəstək vermək əvəzinə susması üçün əlinizdən gələni edirdiniz, haqsızsan deyirdiniz? İndi sizin dedikləriniz nədir guya, Hafiz Hacıyevin vaxtilə dediklərini təkrarlayırsınız”.

 

Könül xanım karantin qaydalarını pozan vəzifəlilər cəzalandırılmadıqları halda vətəndaşların narazılığının artacağının da qaçılmaz olduğunu vurğuladı:

 

“İnsanlarımız görməlidilər ki, qaydalar da, cəzalar da hər kəs üçündür. Hətta mən deyərdim ki, sadə vətəndaşlar qaydaları pozanda cərimələndikləri halda, vəzifəlilər nəinki cərimələnməli, işdən çıxarılmalıdılar. Çünki sadə vətəndaşlar qanun-qaydaları bilməmiş ola bilərlər, amma hakimiyyət nümayəndələri qaydanı pozubsa, deməli bilərəkdən ediblər, deməli bilərəkdən dövlətin adına xələl gətirmək istəyirlər”.

 

K.İsmayılova bütün baş verənlərə rəğmən vətəndaşlara bir az da səbirli olmağı tövsiyyə etdi:

 

“Bu qədər səbrlə pandemiyanın bitməsini gözləmisiz, bir az da gözləyin. Unutmayın ki, özünüzün və yaxınlarınızın sağlamlığı sizin əlinizdədir. Hansısa məmurun, hakimiyyət nümayəndəsinin məsuliyyətsizliyi sizi yayındırmasın. Gəlin bu pandemiya bəlasından az itkilərlə çıxmaq üçün həmrəy olaq”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr