"Azərbaycan Avropa Şurasına üzv olandan sonra, bu təşkilatda ermənipərəst güvvələr fəallaşdılar" - MÜSAHİBƏ

11:11 02-09-2020 | icon 440 | Siyasət
"Azərbaycan Avropa Şurasına üzv olandan sonra, bu təşkilatda ermənipərəst güvvələr fəallaşdılar" - MÜSAHİBƏ

Fuad Əliyev: "Fikrimcə, anti-terror əməliyyatlara başlanması, bütün cəmiyyətin istəyi ola bilər"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev "Baku News"-a müsahibə verib.

 

Versus.Az həmin müsahibəni təqdim edir:

 

- Fuad müəllim, beynəlxalq təşkilatların son olaylardan sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe ədaləti əks etdirirmi?

 

- Bizim səylərimiz nəticəsində beynəlxalq təşkilatların əksəriyyəti münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar veriblər. Dağlıq Qarabağla bağlı məsələdə bütün dünya Azərbaycanın mövqeyini dəstəkləyib, ərazi bütövlüyümüzü tanıyıb. Dünyanın nüfuzlu təşkilatları münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasıyla bağlı bəyanatlar veriblər, mövqe bildiriblər.

 

- Amma Avropadakı bəzi dairələr Azərbaycanla bağlı öz hesabatlarında qərəz və qeyri-obyektivliyə yol verir.

 

- Mən deməzdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Avropa dövlətlərinin qərəzli mövqeləri olsun. Bu ölkələr BMT üzvüdürlər və Ermənistanın işğalçı dövlət olduğuna, Azərbaycanın işğal etdiyi torpaqlarından silahlı qüvvələrin çıxarılması ilə bağlı 4 qətnamənin qəbulua səs veriblər. İkincisi, Azərbaycanın bir çox ölkələrlə ikitərəfli formatda imzaladığı strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit olunub. Amma düzdür, vaxtaşırı bəzi beynəlxalq təşkilatlar bəyanatlar verirlər. O da əsasən insan haqları və seçkilərlə bağlı olur.

 

- Bəs Avropa Şurası? “Susmaq razılığ əlamətidir” belə deyirlər.

 

- Avropa Şurasının Azərbaycanla münasibətləri, bu başqa bir söhbətdir. Ermənilərin dünyada güclü lobbisi var. Bu təşkilatlar illər boyu fəaliyyət göstərdiyi ölkələrdə Azərbaycan və Türkiyəyə qarşı iş görürlər. Azərbaycan Avropa Şurasına üzv olandan sonra, bu təşkilatda ermənipərəst güvvələr fəallaşdılar. Bu faktdır. Azərbaycana qarşı ikili standart, qərəzli mövqe nümayiş etdirib. Ermənilərin Tovuzda təxribati ilə bağlı susmaqları, bizə olan qərəzli münasibətin sübutudur.

 

- Belə olan təqdirdə biz daha nə etməliyik ki, bizə qarşı belə qeyri-obyektiv münasibət olmasın?

 

- Mənim fikrimcə, Azərbaycan belə qurumlarla və hətta erməni mövgeyindən çıxış edən ölkələrlə ikili münasibətlərə yenidən baxmalıdır. Bunlar bilməlidirlər ki, Dağlıq Qarabağ münaqişəsində neytrallığı qoruyub beynəlxalq prinsipləri, qəbul olunan qanunları, BMT-nin 4 qətnaməsini hər şeydən üstün tutub işğalçı Ermənistana qarşı siyasi və iqtisadi təzyiqlər etməlidirlər. Biz isə, bütöv bir cəmiyyət olaraq, Dağlıq Qarabağ məsələsində dövlət başçısına dəstək verməliyik. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, sülh danışıqları müsbət nəticə verməzsə və ermənilər beynəlxalq hüquq norma və prinsiplərinə sayqısızlıqlarını nümayiş etdirib işğalçılıq siyasətini davam etdirərlərsə, o zaman hərb yolunun seçilməsi məcburiyyətində qalacağıq. Mənə elə gəlir ki, anti-terror əməliyyatlara başlanması, bütün cəmiyyətin istəyi ola bilər.

 

- Fuad müəllim, toy qalmaqalı davam edir. Sanki cəmiyyətimiz indi “bal ayı”-nın qurtarmasını gözləyir ki, bunun sonu necə olacaq. Sizcə nə baş verir?

 

- Bu mövzu ilə bağlı mən və partiyanın rəsmiləri ilk gündən açıqlamalar vermişik. Əlavə nesə deməyə ehtiyac duymuram. Əsas odur ki, qanun pozulmasına görə saxlananlar var, cərimələr ödənildi. Qanunun aliliyi qorundu. Nə yaşa, nə tutduğu vəzifəyə, nə də ki, keçdiyi yola görə qüzəşt olunmadı.Bizim başqa problemlərimiz var. Pandemiya bilinmir ki, nə vaxt qurtaracaq. İqtisadiyyatımızı fikirləşməliyik. Kiçik və orta biznesin inkişafı ilə məşqul olan adamları fikirləşməliyik ki, onlara necə kömək edək. Az təminatlı ailələri fikirləşməliyik. Bunlar qanunu pozaraq öz toyunu edib, “bal ayı”-nı yaşayırlar. Minlərlə subaylımız, hansılar ki, ailə qurmaq istəyirlər, onlar nə etsin? Bunları fikirləşmək lazımdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr