Ramiz Mehdiyev radikal müxalifət lideri obrazında

11:49 03-09-2020 | icon 415 | Siyasət
Ramiz Mehdiyev radikal müxalifət lideri obrazında

Fuad Əliyev: "Ola bilər ki, vaxtilə himayə etdiyi müxalifət partiyalarının biri onu partiyanın lideri elan etsin"

 

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev sakitləşmək bilmir. Rəhbəri olduğu akademiyanın saytında bir-birinin ardınca sərt məqalələrlə çıxış edən R.Mehdiyev getdikcə radikal müxalifət lideri obrazına çevrilməkdədir. Bu baxımdan onun son məqaləsi xüsusilə diqqət çəkir.

 

Bu məqaləsinin ardından cəmiyyətdə “müxalifət onu düşərgəsinə buraxarmı, qucaq açarmı” kimi suallar yaranıb. Bu da təsadüfi deyil. Çünki indiyə qədər iqtidardan incik düşən, “vurulan”, yaxud komandasına asi çıxan məmurlara müxalifətin necə qucaq açdığının çox şahidi olmuşuq.

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev R.Mehdiyevi bütün vəzifələrindən istefa verməyə çağırdı:

 

“Açığı onun nə indiki, nə də keçmişdəki yazıları ilə maraqlanmamışam. Bu adam nə yaza bilər ki, cəmiyyətimizə faydalı olsun? Ona görə də vaxtımı mənasız yazılara itirmək istəmirəm. Ola bilər ki, vaxtilə himayə etdiyi müxalifət partiyalarının biri onu partiyanın lideri elan etsin. Amma müxalifətin vahid namizədi olması, ümumiyyətlə, inandırıcı deyil.  İndi zəmanə tamam başqa bir zəmanədir. Cəmiyyətimiz 30 il bundan qabaqkı cəmiyyət deyil. Onun mənim atamla şəxsi qərəzliyi olub, parlament seçkilərində haqqımı tanımamaq üçün tapşırıq verməsinə baxmayaraq, ona tutduğu bütün vəzifələrindən istefa verib, bu yaşda evdə oturub nəvə, nəticə ilə vaxt keçirməsini tövsiyə edirəm. Əlavə nəsə deməyə ehtiyac duymuram. Əsas odur ki, qanunun pozulmasına görə saxlananlar var, cərimələr ödənildi. Qanunun aliliyi qorundu. Nə yaşa, nə tutduğu vəzifəyə, nə də ki, keçdiyi yola görə güzəşt olunmadı. Bizim başqa problemlərimiz var”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr