MMP sədrindən Tofiq Yaqublu ilə bağlı XAHİŞ

12:53 05-09-2020 | icon 2359 | Siyasət
MMP sədrindən Tofiq Yaqublu ilə bağlı XAHİŞ

Hafiz Hacıyev: “Prezidentin Rəhim Qazıyevlə bağlı humanist qərarı Tofiq Yaqubluya da şamil olunsun”

 

“Rəhim Qazıyev yaşlı adamdır, ola bilər ki, emossiyalarını cilovlaya bilməyib, hardasa yerində olmayan bir söz deyib. Ona görə də düşünürəm ki, bu insanı türmədə saxlamaq düzgün deyildi. Mən onlayn televiziya və saytlar vasitəsilə cənab Prezidentimizdən xahiş elədim ki, bu adamı azadlığa buraxmaq lazımdır. Mən sevinirəm ki, mənim səsim eşidildi”.

 

Bu sözləri Versus.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

 

Bunu ölkədə barışığın təməlinin möhkəmlənməsi, Azərbaycanda siyasi partiyalarla aparılan dialoqa doğru atılan müsbət addım kimi dəyərləndirən partiya sədri təəssüflə qeyd edib ki, bəzi məmurlar prezidentin xalqla birləşməsinə, daha da sıx təmasda olmasına imkan vermək istəmirlər. Partiya sədrinin sözlərinə görə, bu mənada belə halları da anlayışla qarşılamalı və təmkin göstərməklə hər kəs öz münasibətini bildirməlidir.

 

“İstəməzdim ki, Tofiq bəy Kərimov Əli, Qəmbərov İsa kimi təxribatçıların güdazına getsin”

 

Hafiz Hacıyev Rəhim Qazıyevlə bağlı çıxarılan məhkəmə qərarının Tofiq Yaqubluya da şamil olunmasını arzu etdiyini deyib:

 

“Bu cür həbslərlə xalqla dövlət başçısı arasında belə konfliktin yaranmasına ehtiyac duymuram. Hesab edirəm ki, adıçəkilən siyasətçilərin ölkənin siyasi həyatına təsir etmək üçün elə də çücü yoxdur. Tutaq ki, Rəhim Qazıyev çöldə olsa nə edə bilər ki. Yaxud Tofiq Yaqublu çöldə olsa nə edəcək, yaxud içəridə olması bizə nə verə bilər. Düzdür, bizim siyasi baxışlarımız fərqlidir, amma Azərbaycan dövlətinin erməni faşistləri ilə üz-üzə qaldığı bir vaxtda, Rusiyanın ölkəmizə təpkisinin olduğu bir vaxtda Azərbaycan millətinin, dövlətinin birliyi daha vacibdir, nəinki, bir-birimizdən küsmək, bir-birimizi həbsə atdırmaq. Bu bizim millətə yaraşmır. Düşünürəm ki, cənab Prezidentin Rəhim Qazıyevlə bağlı etdiyi humanist qərarı Tofiq Yaqubluya da şamil olunsun. Tofiq Yaqublunun ailəsində ağır itkiləri olub. Amma gərək Tofiq Yaqublu da bundan sonra öz çıxışlarına sərhəd qoysun. Tofiq bəy həm də Qarabağ müharibəsində iştirak edənlərdən olub. Mən istəməzdim ki, Tofiq Yaqublu Kərimov Əli kimi təxribatçının, Qəmbərov İsa kimi provakatorun güdazına getsin. Onlar əslində sevinirlər ki, Yaqublu getdi bunların yeri genişləndi. Hər halda nə edibs, bu gün dövlət, millət naminə onu da bağışlamağa dəyər”.

 

H.Hacıyev vurğulayıb ki, bu gün dövlətimizə qarşı kifayət qədər təxribat aparanlar var. Bunun üçün Ramiz Mehdiyev, onun müxalifəti Kərimov Əli, Həsənov Cəmil kifayət edir.

 

“Görürsüz ana müxalifət necə Ramiz Mehdiyevin Ətrafında birləşib ona “Müdafiə komitəsi” yaradıblar”- deyən MMP sədri Prezidentin T.Yaqublunun ailə vəziyyətini nəzərə alıb humanist addım atmasını çox istədiyini bildirdi:

 

“Yəqin ki, Tofiq Yaqublu İsaların, Əlilərin, Cəmillərin onu da aldatdığını başa düşüb. İstərdim Prezident özünün səlahiyyətlərindən istifadə edib Tofiq Yaqublunun da azadlığa buraxılmasına kömək olsun. Mən hətta adı siyasi məhbus qoyulan insanların da azadlığa buraxılmasını arzu edərdim”.

 

MMP sədri  bütün bunlarla yanaşı bu gün Rəhim Qazıyevin ev dustaqlığına buraxılmasını önəmli hadisə hesab edib:

 

“Bulanıq sularda balıq tutmağa çalışanlar var”

 

“Hər halda müdafiə naziri olub, bunu da danmaq olmaz. Və hökumətin atdığı bu addım ruhlndırıcı addımdır. Mən Azərbaycan dövlətçiliyini həyatımdan üstün tutmuşam. Ölkədə qarışıqlıq yaratmaq istəyən insanlar var. Bu da yavaş-yavaş təmizlənir. Prezidentin “Biz xalqın xidmətçisi olmalıyıq” şüarının həyata keçirilməsinə imkan vermək istəmirlər. Rəhim Qzıyevin, Tofiq Yaqublunun da həbs edilməsində belə təxribat yaradan insanlar çoxdur. Çirkli adamlar həmişə istəyər ki, qarışıqlıq olsun, bulanıq sularda balıq tutmağa çalışanlar var. Ola bilər ki, Tofiq Yaqublu çılğın danışıb, amma axı bu gün ondan da sərt danışanlar var. Məsələn, Ramiz Mehdiyevin məşhur 4 məqaləsində dövlətimizə, dövlət başçısına od püskürməsi az əhəmiyyətlidirmi?”

 

MMP sədri hesab edir ki, Tofiq Yaqublunun azadlığa buraxılması dialoq mühitinin möhkəmlənməsinə təsir edəcək:

 

“Biz imkan verməli deyilik ki, Tofiq Yaqubludan istifadə edən radikal müxalifət ölkədə qarışıqlıq yaradıb, xarici ölkələr qarşısına çıxarsınlar. Bunlara qarışıqlıq yaratmağa imkan vermək lazım deyil”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr