"Prezidentin müxalifət partiyası sədrini təbrik etməsi təqdirəlayiqdir"

14:13 05-09-2020 | icon 854 | Siyasət
"Prezidentin müxalifət partiyası sədrini təbrik etməsi təqdirəlayiqdir"

Əlisahib Hüseynov: "Siyasi münasibətlərin tam sivil müstəviyə keçməsi prosesinin şahidi olacağıq"

 

"Azərbaycanda yeni siyasi münasibətlər formalaşır. Bu fonda dövlət başçısının aparıcı müxalifət partiyalarından birinin sədrini təbrik etməsi olduqca təqdirəlayiq haldır".

 
 
Versus.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədovu partiyanın qeydiyyatı münasibəti ilə təbrik etməsinə münasibət bildirən Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
 
 
 
Bu barədə məlumatı partiyanın rəsmi "Facebook" səhifəsindən oxuduğunu vurğulayan Əlisahib Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin təbrikini İlqar Məmmədova Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev çatdırıb:
 
 
"Bu hadisəni siyasi partiyaların qeydiyyatı sahəsində baş verən müsbət dəyişikliklər baxımından həqiqətən də önəmli siyasi gəlişmə hesab etmək olar. Partiyalarla dövlətin münasibətləri keyfiyyətcə yeni mərhələyə keçir. Yeni siyasi konfiqurasiyanın formalaşması artıq öz müsbət nəticələrini verməkdədir. Yaxın aylarda ölkədə siyasi münasibətlərin tam sivil müstəviyə keçməsi istiqamətində önəmli proseslərin şahidi olacağıq".
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr