Əli Həsənov Aslan İsmayılovun iddialarına cavab verdi
Prezidentin sabiq köməkçisi və PA-nın keçmiş şöbə müdiri, hazırda səhhətindəki problemlərlə bağlı Türkiyədə müalicədə olan Əli Həsənov sosial şəbəkələrdə adının hallandırılmasına, konkret olaraq vəkil Aslan İsmayılov tərəfindən səsləndirilən ittihamlara tuş gəlməsinə cavab olaraq Feysbukda status paylaşıb.
Versus.az xəbər verir ki, Ə.Həsənov həmin qeydlərində 25 il fasiləsiz çalışdığı dövlət qulluğundan- Prezident Administrasiyasındakı işimdən 10 aydır ayrıldığını yazaraq, bildirir ki, səhhətinin imkan verdiyi dərəcədə yenə ölkə Prezidentinin siyasi kursunu dəstəkləyən məqalələr yazır, FB hesabımda statuslar paylaşır.
Hazırda Türkiyədə olduğunu, keçirdiyi ikinci infarktdan sonra növbəti ürək əməliyyatına hazırlaşdığını qeyd edən sabiq şöbə müdiri "bəzi xüsusi naqis qələm əhli”nin mövcud vəziyyətimdən istifadə edərək ona qarşı "çirkin kampaniya" apardıqlarını vurğuayır.
Ə.Həsənov yazır: "Son zamanlar ağıllarına gələni yazırlar. Guya mən Ramiz Mehdiyev və Abdin Fərzəliyevlə birləşərək, dövlət çevrilişi etməyə çalışırmışam, guya neçə müddətdir ki, xaricdə gizlənərək Azərbaycan dövlətinə, şəxsən Prezident İlham Əliyevə, ailəsinə, yaxın ətrafına, o sırada da şəxsən mənə və ailəmə qarşı 1998-ci ildən bu yana çox çirkin mübarizə aparan Qurban Məmmədova və digər antidövlət mövqeli ünsürlərinə dəstək vermişəm. Guya indi də qorxumdan ölkədən qaçaraq Türkiyəyə sığınmışam, Prezident R.T.Ərdoğandan siyasi sığnacaq istəmişəm və s. Necə deyərlər, yalanın biri bir qəpik!"
Barəsində yazılanların hamısını "ağ yalan və böhtan" adlandıran Həsənov qeyd edir ki, o, siyasi həyata Heydər Əliyevçi kimi qədəm qoyub, 30 il bu əqidəyə qulluq edib, bundan sonra da yolunu və məsləyini dəyişmək fikrində deyil.
Ə.Həsənov sözünün sonunda vicdanlı şəxslərdən belə bir xahiş edir: "İmkan verin özümə və ailəmə bəs edəcək dərdlərimlə baş-başa qalım!"
Qeyd edək ki, Aslan İsmayılovun qalmaqallı statusu, irəli sürdüyü iddialar aşağıdakı kimiydi:
"Ramiz Mehdiyev - Əli Həsənov cütlüyünün sıradan çıxdığını heç kim fikirləşməsin. Bunlar sona qədər müqavimət göstərəcəklər, çünki bu Xalqa, Dövlətə vurduqları ziyanın fərqindədirlər.
Bu günlər Əli Həsənovun, Qurban Məmmədovun, Rauf Arifoğlunun və bu mafiyanın digər üzvlərinin İstanbulda yığışması heç də təsadüfi deyil. Özü də bunu gizlətmirlər. Hələ bir çoxları özlərindən asılı olmayan səbəblərdən ora gedə bilməyiblər. Əlavə olaraq onu da bildirim ki, elə bu dəqiqələrdə Ə.Həsənov nəyin bahasına olursa olsun Almaniyaya, orada əvvəldən yerləşdirdiyi qohumlarının və mafiya üzvlərinin yanına qaçmaq istəyir. Mən hələ başqa paytaxtlarda gizli fəaliyyət göstərənləri demirəm.
Bu gün hamımız Dövlətimizin və Xalqımızın yanında olmalı və Azərbaycan adlı Dövlətin düşmənlərinin tam ifşa olunmasına çalışmalıyıq! Məhz bunlar bu gün var gücləri ilə ölkədə gedən dəyişiklikləri əngəlləmək və bütün imkanları ilə baş verən müsbət işlərə kölgə salmaq istəyirlər".
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”