"Qurban Məmmədova qarşı olun, lakin..."

11:33 06-09-2020 | icon 636 | Siyasət
"Qurban Məmmədova qarşı olun, lakin..."

"Bu, gələcək munasibətlərdə aqressivliyi, qarşıdurmanı, qisası diktə edən siyasətdir"

 
 
 
"Bu gün Qurban Məmmədovun ailə üzvlərinin və ev əşyalarının çıxarılmasını ürək ağrısı ilə izlədim. XXI əsrdə münasibətlər sistemini tənzimləyən tək vasitə hüquqdur. Təəssüf ki, biz bunun şahidi olmuruq. Adamların siyasi mövqeyinə, yanaşmalarına görə ailə üzvlərinə sitəm etmək olmaz, zinhar olmaz..."
 
 
Versus.az xəbər verir ki, bu fikirləri Ümid Partiyasının sədri İqbal Ağazadə özünün "Facebook" hesabında paylaşıb. 
 
 
İ.Ağazadə bildirib ki, bu, gələcək munasibətlərdə aqressivliyi, qarşıdurmanı, qisası diktə edən siyasətdir:
 
 
"Durun, dayanın! Ölkəmizin gələcəyini düşünün. Ataların bəyənmədiyiniz, qəbul etmədiyiniz, hətta düşmən olduğunuz mövqeyinə görə balalara bədəl ödətməyin. Qurban Məmmədovun siyasətini, dediklərini, münasibətini qəbul etməyin, ona qarşı olun, əks təbliğat aparın, lakin ailəsinə, balalarına əl uzatmayın".
 
 
İ.Ağazadə bildirib ki, ona kimin hansı mövqedə olması, hansı qruplaşmayla necə münasibət saxlaması, hansı oyunlar oynaması onsuz da bəllidir. Lakin hər bir halda hər şeyi hüquq həll etməlidir, kimlərinsə yanaşması yox:
 
 
"Qurban Məmmədov hər kəs kimi məni də öz efirində aşağılayıb, satqın çıxardıb, bəzən qeyri-etik ifadədən də çəkinməyib. Lakin bu, heç birimizə əsas vermir ki, onun əmlakı üzərində qeyri-hüquqi qərar verək, övladlarını çölə ataq. Hamıya səslənirəm! Bu münasibətlər bizi qarşıdurmaya, qisasa sürükləyir. Azərbaycan üçün, vətənimiz üçün dayanın, durun, mövqeyinizdən geri çəkilin. Unutmayın ki, 21-ci əsrdəyik..."
 
 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr