"Prezidentin Tofiq Yaqublu ilə bağlı xahişləri nəzərə alacağını düşünürəm"

19:47 07-09-2020 | icon 622 | Siyasət
"Prezidentin Tofiq Yaqublu ilə bağlı xahişləri nəzərə alacağını düşünürəm"

Fuad Əliyev: "Onun azadlığa buraxılması dialoq mühitinə də müsbət təsir edəcək"

 

"Hakimiyyət daxilində yenilənmə prosesi davam edir. Paralel olaraq Dövlət başçısının köməkçiləri cəmiyyət nümayəndələrilə görüşlər keçirirlər".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Son dövrlər hakimiyyətin siyasi partiyalar, QHT-lər, media nümayəndələri ilə keçirilən görüşlərindən danışan F.Əliyev bildirib ki, ALDP hər zaman dialoq tərəfdarı olub.

 

"Hakimiyyət daxilində yenilənmə prosesi davam edir. Paralel olaraq Dövlət başçısının köməkçiləri cəmiyyət nümayəndələrilə görüşlər keçirirlər. Artıq bir neçə görüş olub və demək olar ki, bəzi məsələlər müsbət həll olunub. Siyasi partiyaların qeydiyyat məsələsi, pandemiya dövründə onlayn qurultayların keçirilməsi kimi məsələləri misal çəkmək olar".

 

Bəzi müxalifət qüvvələrinin bu görüşləri normal qəbul etmədiyinə, onların görüşdə iştrak edənləri hakimiyyətlə işbirliyində olmaqda suçlamasına da toxunan F.Əliyev hesab edir ki, kimin nə dediyindən asılı olmayaraq, bu görüşlər cəmiyyət üçün çox vacibdir:

 

"Görüşlərdən imtina edənlərin mövqelərilə razılaşmasam da, onlara normal yanaşıram. ALDP olaraq hesab edirik ki, hakimiyyətlə dialoq mütləqdir. Çünki keçirilən görüşlərdə mən cəmiyyəti narahat edən problemləri, məmurların özbaşınalığı, vətəndaşların sosial və digər problemlər ətrafında fikir mübadiləsi aparıram. Əgər bu “işbirliyi” nəticəsində vətəndaşların problemləri həll olunursa, bunun nəyi pisdir. Hər halda, bizim bu məsələdə yanlış və yaxud haqlı olduğumuza cəmiyyət qiymət verəcək. Rəhim Qaziyevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması bu görüşlərin nəticəsi kimi qiymətləndirmək olar".

 


ALDP sədri eyni zamanda Rəhim Qaziyevin buraxılmasını, Tofiq Yaqublunun isə 4 il 6 ay həbs edilməsini yanlış hesab edir:

 

"Bu yanlış qərardır. Bildiyim qədər Tofiq bəyin səhhətində problemlər var, müalicə alırdı. İndi də bu qərara etiraz olaraq aclıq elan edib. Hesab edirəm ki, dövlət başçısı ona ünvanlanan çoxsaylı xahişləri və onun səhətində problemlərin olduğunu nəzərə alaraq əfv edəcək. Tofiq Yaqublunun azadlığa buraxılması dialoq mühitinə də müsbət təsir edəcək".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr