“Qocaman müxalifət” yeni siyasi münasibətlər sistemini qəbul etmir

12:32 08-09-2020 | icon 385 | Siyasət
“Qocaman müxalifət” yeni siyasi münasibətlər sistemini qəbul etmir

Ötən həftənin ən maraqlı siyasi hadisələrindən biri iki yeni müxalifət partiyasının-Milli Cəbhə Partiyası və REAL Partiyasının dövlət qeydiyyatına alınması, ölkə prezidenti İlham Əliyevin bu münasibətlə həmin partiyaların rəhbərliyinə Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev vasitəsilə təbrik göndərməsi oldu.

Diqqətçəkən məqamlardan biri isə bu hadisədən sonra adıçəkilən partiyalara stajlı müxalifət partiyaları sayılan Müsavat və AXCP-nin sərt ittihamlar irəli sürməsi oldu. Müsavat Partiyasının başqanı Arif Hacılı artıq REAL adında müxalifət partiyasının olmadığını sosial şəbəkədə yazıb və bu təşkilatı hakimiyyətin siyasətinə xidmət edən təşkilat adlandırıb. AXCP-dən də buna bənzər fikirlər sosial şəbəkədə yazılıb, xüsusilə də Milli Cəbhə Partiyası ağır şəkildə aşağılanıb. Nəticədə 4 müxalifət partiyası arasında söz atışması yaranıb.

İki müxalifət təşkilatının qeydə alınmasına və Prezidentin bu münasibətlə onların rəhbərlərinə təbrik mesajı yollamasına bəzi müxalifət partiyaları niyə belə sərt münasibət göstərdi? Bir müxalifət partiyasının qeydiyyatdan keçməsi və bu vəsilə ilə ölkə rəhbərinin həmin partiyanın sədrinə təbrik ismarışı yollaması sivil rəftardır axı. Belə olduğu halda bu rəftarı, bu nəzakət jestini niyə qılınclayırlar?

Versus.az bir sıra partiya nümayəndələrinin açıqlamalarını təqdim edir.

 

 

Natiq Cəfərli: “Virus olmasaydı da, neft ucuzlaşacaqdı”

Natiq Cəfərli: “Ənənəvi müxalifət partiyaları sivil siyasi mübarizə mühitinin formalaşmasını istəmirlər”

REAL Partiyasının icraçı katibi Natiq Cəfərli “Yeni Müsavat”a bildirib ki, Azərbaycanda son 20-25 ildə iqtidardan da qaynaqlanan səbəblərə, müxalifətin də səhvlərinə görə siyasət meydanı qaranlıq döngələrlə, tinlərlə dolub: “Ona görə də kim kimlə nə iş görüb, hansı anlaşmalara gedib, hansı qaranlıq bağlantıları olub, bu kimi məsələlər siyasət səhnəsindən təmizlənməlidir. Siyasət düşmənçilik deyil, rəqabətdir. Biz Yeni Azərbaycan Partiyasını seçkilərdə udmağı hədəf götürmüşük. Bu, hakimiyyətə, həmin partiyaya düşmən olmaq deyil. Biz hakimiyyətə seçkilərlə gəlməyi hədəf götürən müxalif partiyayıq. Partiyanın dövlət qeydiyyatına alınması, ölkə Prezidentinin bu münasibətlə partiyaya təbrik mesajı göndərməsi ancaq pozitiv qiymətləndirilə bilər. Burada neqativ nə var?! Bu qədər absurda getmək olmaz axı! Ölkə siyasətində durulaşma, sivil münasibətlər yarada bilən addımlara o cür münasibət göstərmək ortaya suallar çıxarır. Məncə, ənənəvi müxalifət partiyaları sivil siyasi mübarizə mühitinin formalaşmasını istəmirlər. O partiyalar ki, onların illərlə hakimiyyətin müxtəlif qanadları və qrupları ilə qaranlıq əlaqələri olub, məhz o partiyaları ölkə siyasətində yeni situasiyanın yaranması ehtimalı çox narahat edir. Onlar sanki nifrətdən bəslənirlər, daim qaranlıq əlaqələrin mövcud olduğu siyasi mühitin olmasını istəyirlər. Çünki yeni dövrə uyğun ortalığa qoyacaqları platforma, proqram, baxış yoxdur. Özlərini siyasət aləmində ancaq qarşıdurma xəttində olmaqla göstərə bilirlər. Bizim isə platformamız, proqramımız, ideoloji təməl istiqamətimiz Azərbaycan seçicilərinin rəğbətini qazanıb ölkədə sivil yolla dəyişikliklərin mümkünlüyünü insanlara inandırmaq, sübut etməkdir. Görünür ki, bəziləri buna qıcıq olurlar. Hakimiyyətlə müxalifətin sivil münasibətləri onlara sərf eləmir. Çünki onlar həmişə gərginliklərdən bəslənən təşkilatlar olublar.

İndiki zamanda hakimiyyətin də üzərinə ciddi məsuliyyət düşür. O cür siyasi təşkilatlar və siyasətçilərlə qaranlıq əlaqələrin kökündən qazılıb atılması üçün ortalığa iş qoyulmalıdır".

Deputat Aydın Hüseynova ağır itki » Anews.az Azərbaycan xəbər portalı

Aydın Hüseynov: “Sözdə tez-tez bəyan edirlər ki, demokratiya istəyirlər, bir tərəfdən də demokratiyanın ən yaxşı nümunəsi sayılacaq addımlara qarşı çıxırlar”

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Hüseynov bildirib ki, iqtidar-müxalifət siyasi dialoqunun və siyasi partiyalarla sağlam əməkdaşlığın dərinləşməsinin nəticəsi olaraq, son 5 ay ərzində 6 siyasi partiya dövlət qeydiyyatına alınıb: "Həmin partiyaların sədrləri ilə Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev arasında görüşlər, müzakirələr keçirilib. Partiyaların təklifləri dinlənilib. Ən son olaraq qeydə alınan iki müxalifət partiyasının sədrlərinə prezident İlham Əliyevin təbrik mesajı göndərməsi isə bir müddətdir başlanan bu müsbət prosesin ən parlaq mərhələsi oldu. Cənab Prezidentin bu addımı ölkədə siyasi münasibətlər sisteminə çox ciddi bir yeniliyin, ənənənin əsasının qoyulmasıdır. Bu cür ənənələr bir neçə yüz illər tarixi olan oturuşmuş demokratik dövlətlərin siyasi münasibətlər sistemində mövcud olur. Cənab Prezident Azərbaycan siyasətinə bu cür müsbət bir töhfəni də verdi. Bir daha təsdiq olundu ki, Prezidentin aylar öncə bəyan etdiyi “ölkədə yeni siyasi konfiqurasiya qurulur” bəyanatı çox ciddi iradəyə əsaslanır. Biz hər keçən həftədə, ayda yeniliklərin, dərin sivil münasibətlər sisteminin qurulması istiqamətində addımların atıldığına şahidlik edirik. Ölkədə siyasi münasibətlərin müasirləşməsi, daha da demokratikləşməsi belə görünür ki, bəzi müxalifət adlanan təşkilatları və onların rəhbərlərini narahat edir. Onlar bir tərəfdən sözdə tez-tez bəyan edirlər ki, demokratiya istəyirlər, bir tərəfdən də demokratiyanın ən yaxşı nümunəsi sayılacaq addımlara qarşı çıxırlar. Görünür, onlara ölkədə siyasi münasibətlərdə gərginlik sərf edir. Normal münasibətlər qurulması yolunda olan müxalifət təşkilatlarının mövcudluğunu buna görə istəmirlər".

Elçin Mirzəbəyli: İlin sonunda bu göstəricilər daha yüksək olacaq

Elçin Mirzəbəyli: “Bu adamlar üçün dəyər deyilən anlayış yoxdur, Əli İnsanovla da, başqa korrupsionerlərlə də bir masa arxasında əyləşə bilirlər”

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli isə bildirib ki, təmsil olunduğu təşkilat 20 ilə yaxındır ölkədə etimadlı və sivil siyasi münasibətlərin formalaşdırılmasının vacibliyindən danışır və bu illər ərzində saysız-hesabsız böhtanın hədəfinə tuş gəlib. Vaxtilə hakimiyyətdə yüksək postlarda təmsil olunan insanlar və onların radikal düşərgədəki əlaltıları buna mane olmaq üçün əllərindən gələni ediblər, cəmiyyətdəki qütbləşməni dərinləşdirmək üçün min oyundan çıxıblar, Azərbaycan vətəndaşlarının ictimai-siyasi dünyagörüşündə bəsit ideoloji texnologiyaları ilə “səngər qazmağa” çalışıblar. Bu baxımdan da dövlət idarəçilik sistemində aparılan islahatlarla iş bitməməlidir. İctimai-siyasi münasibətlər sisteminin özü dəyişməli, dağıdıcı təfəkkürdən xilas edilməlidir: “Cəmiyyəti qütblərə parçalamaq üçün həm daxildə, həm də xaricdə çoxsaylı oyunlar quranlar isə bunu ilk növbədə mövqelərini qorumaq, daha gərəkli olduqlarını nümayiş etdirmək, daha çox qamarlamaq üçün ediblər. Hədəf öz maraqlarının müdafiəsi olub, dövlətin, hakimiyyətin yox! Çünki sivil, etimadlı siyasi münasibətlərin olduğu cəmiyyətlərdə belələrinə ehtiyac duyulmur. İqtidar və müxalifət partiyaları, fərqli siyasi baxışların daşıyıcıları çox rahat bir şəkildə istənilən məsələ ətrafında müzakirə aparır, dövlət və milli maraqlar naminə ortaq məxrəcə gələ bilirlər. Bu zaman həm radikalizm pərdəsi arxasında gizlənən ”beşinci kolon"un təmsilçiləri, həm də onların himayəçilərinin mövqeləri zəifləyir və siyasi sistemin gərəksiz bir parçasına çevrilirlər. Konkret fakta olan aqressiv reaksiya da məhz bu amildən qaynaqlanır.

Bu adamlar üçün dəyər deyilən anlayış yoxdur. Bunlar ideya, məslək adamı deyillər. Əli İnsanovla da, başqa korrupsionerlərlə də bir masa arxasında əyləşə bilirlər. Necə ki, biz bu günə qədər çirkli əməllərinə görə hakimiyyətdən qovulanların radikal düşərgədə özlərinə necə rahatlıqla yer tapdıqlarının şahidi olmuşuq. Eyni proses bu gün də davam edir"./Yeni Müsavat/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr