Hafiz Hacıyev: “Dövlətimizin imicinə zərbə vuran insanların heç biri azadlıqda qalmamalıdır”
“Ramiz Mehdiyev xaricdəki blogerlərin hamısını maliyyələşdirib söyüş kampaniyasının başında duran adamdır. Ona görə də xaricdəki blogerlərin axtarışa verilməsi qərar düzgün qərardır”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədri R.Mehdiyevin ətrafında olan adamların da cəzalandırılmasının vacibliyini vurğulayıb:
“Bu gün ən birinci Ramiz Mehdiyev özü həbs edilməlidir. Məsəl var deyir ki, “ilana zəhər verən kərtənkələ olub”. Deməli, həmişə bunları Ramiz Mehdiyev qızışdırıb. Bütün bunları mən neçə ildir mətbuata açıqlamamda deyirəm. Ramiz Mehdiyev xaricdəki blogerlərin hamısını maliyyələşdirib söyüş kampaniyasının başında duran adamdır. Ona görə də xaricdəki blogerlərin axtarışa verilməsi qərarı düzgün qərardır. Azərbaycan dövlətinin imicinə zərbə vuran insanların heç biri azadlıqda qalmamalıdır. Bu gün RamizMehdiyevin azadlıqda qalması Azərbaycan xalqı üçün təhqirdir. Bunlar birləşib günü-gündən vəziyyəti gərginləşdirirlər. Kürəkəni İlham Əliyevin həbsdən çıxan kimi media nümayəndələrini hədələməsi və başqa şeylərə eyham vurmasının şahidi oldunuz. Ramiz Mehdiyev son xəyanət dolu dörd məqaləsiylə Azərbaycan xalqına od püskürdü. Bunun da əlaltıları o qədər çoxdur ki, hakimiyyətdə və parlamentdə olanların səksən faizi Ramiz Mehdiyevin adamlarıdır. Birinci başdan başlamaq lazımdır, Ramiz Mehdiyevin milyonları üzə çıxıb və niyə bunlar onun əlindən alınmadı? Arvadının adına neçə min hektar torpaq sahəsi var, niyə əlindən alınmamalıdır? Yəni burdan başlamaq lazımdır".
Abel Məhərrəmov haqqında əlində ciddi məlumatlar oluğunu və onun qərbi azərbaycanlılar arasında ciddi iş apararaq R.Mehdiyevlə komanda olaraq hakimiyyətə gələcəkləri barədə məlumatlı olduğunu deyən H.Hacıyev iddia edir ki, bunların hamısı bir komandadır və Azərbaycan dövlətinə xəyanət etməyə imza atan insanların əlləri kəsilməlidir:
"Düşünürəm ki, bu gün nə qədər ki, Ramiz Mehdiyev azadlıqdadır və milyardları əlindən alınmayıb, ölkədə heç vaxt sabitlik olmayacaq. Ramiz Mehdiyevin adamlarının hamısı cəzalandırılmalıdır”.
Xatırladaq ki, Orduxan Bəbirov, Qurban Məmmədov və Tural Sadıqlı beynəlxalq axtarışa verilib. /Moderator.az/
Versus.Az