Elman Nəsirov: "Prezident İlham Əliyevin ətrafında daha sıx və monolit birlik nümayiş etdirməliyik"
"Bu reallığı qəbul edə bilməyən beynəlxalq qüvvələrin və onların miskin əlaltısına çevrilmiş daxili qaragüruhçu seqmentin naqis planlarını alt-üst etmək üçün indi daha güclü milli həmrəyliyə sahib olmalıyıq".
Versus.az xəbər verir ki, bunu millət vəkili Elman Nəsirov özünün Feysbuk hesabında yazıb. E.Nəsirov bildirib ki, dövlət iki halda beynəlxalq güclərin təzyiq obyektinə çevrilir. Birinci hal dövlət zəif olanda baş verir. Həmin dövlətin ilk növbədə ərazi bütövlüyü və suverenliyi böyük təhlükə altına düşür.
Millət vəkili keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən anoloji vəziyyəti misal olaraq qeyd edib:
"İkinci hal, nə qədər paradoksal səslənsə də, dövlət güclü olanda labüdləşir. Son 17 il ərzində ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, ugurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı olan Prezident İlham Əliyevin ətrafında daha sıx və monolit birlik nümayiş etdirməliyik. Bu, zamanın çağırışıdır!".
Versus.az