Əli Həsənov xəstəxanda olduğunu təsdiq edən sənədləri İCTİMAİLƏŞDİRDİ - FOTO

16:06 11-09-2020 | icon 1739 | Siyasət
Əli Həsənov xəstəxanda olduğunu təsdiq edən sənədləri İCTİMAİLƏŞDİRDİ - FOTO

“Məni tanıyan və haqqımda müfəssəl məlumat almaq istəyən vətəndaşlarımız bu yalan makinalarına inanmasınlar”

 

Əli Həsənov xəstəliyinin yalan olması ilə bağlı mətbuatda yayılan iddiaları açığa çıxaran növbəti gediş etdi. Keçmiş PA rəsmisi özünün facebook” hesabı üzərindən xəstəxanaya getmədiyi ilə bağlı ittihamlara aydınlıq gətirən və xəstəliyi ilə bağlı müayinə və müalicə olunmasını təsdiq edən sənədləri mətbuata təqdim etməklə, barəsində deyilənləri növbəti uydurma adlandırdı.

 

“Niyə camaat mənim sağlıq vəziyyətimin necə olduğunu bilməlidir ki...

 

20-26 avqust tarixlərində İstanbulda Siyami Ersek xüsusi ürək-damar xəstəxanasında keçdiyi müayinələrin və müalicənin bəzi detallarını ictimaiyyətə təqdim edən Ə.Həsənov sağlıq durumuyla bağlı əsas məlumatları özünün xüsusi sirri hesab etdiyi üçün sənədlərin əsas açıqlama yerlərini bilərəkdən bağladığını bildirib.

O, bu qədər ittihamlara məruz qaldığı halda sağlamlığı ilə bağlı bəzi məqamları sirr olaraq saxlamasının səbəblərini, “əməliyyat olunmağımla bağlı  xəstəxananın digər məlumatlarını özüm vermək istəmirəm. Niyə camaat mənim sağlıq vəziyyətimin necə olduğunu bilməlidir ki” - deyə, şəxsi məsələləri hələlik gizli saxlamağı üstün tutduğunu deyib.

 

İttihamlar kifayət qədər ciddidir və “qazan niyə daşır?”...

 

Prezident Admnistrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin Operativ Qərərgahın pandemiya ilə bağlı ölkədə tətbiq etdiyi sərt karantin rejiminə məhəl qoymadan avqustun 18-də nəvəsinə etdiyi məlum izazəsiz toy olayından sonra, avqustun 19-da səhhətində yaranan ciddi problemlər üzündən Türkiyəyə müalicəyə getdiyi iddia olunan  Prezident Admnistrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovla bağlı şok xəbərlərin başlıqları gündəmi zəbt etdi. Prezident Admnistrasiyasının vəzifəli şəxsləri ilə bağlı elə bir “həftəbecər” havası çalındı ki, bu gün də bitmək bilmir...

Belə ki, avqust ayının 18-də R.Mehdiyevin nəvə toyunun üzərindən onun özünə qurulan “toy”un səsi ayın 19-dan başlayaraq şöbə müdiri Ə.Həsənovun səhhətində ciddi problemlərin yaranması və təcili olaraq Türkiyəyə yola salındığı barədə məlumatların inkarı ilə duyuldu. İddialara görə, ölkəni R.Mehdiyevlə birlikdə yeyib-talayan Ə.Həsənov sən demə müalicə bəhanəsi ilə Azərbaycandan qaçıb Türkiyədə gizlənir. Hətta Ə.Həsənovun orada xəstəxanaya deyil, otelə yerləşdiyi yazılır. Ə.Həsənov isə Türkiyə səfəri ilə bağlı bəzi məqamlara aydınlıq gətirib və ona qarşı mətbuatda gedən, deyilən ittihamların yalan, iftira olduğunu bildirib. Ə.Həsənov “facebook” hesabında vaxtaşırı özünə qarşı olan ittihamları cavablayaraq bunun yanlışlığını, uydurma olduğunu qeyd edib. Əksər hallarda o, barəsində deyilənlərə fikir vermək istəmədiyini də yazıb. Amma ittihamlar kifayət qədər ciddidir və “qazan daşır”...

 

Əməliyyat olunmağımla bağlı  xəstəxananın digər məlumatlarını özüm vermək istəmirəm” - Niyə...?

 

Ə.Həsənov Türkiyəyə səfərinin xəstəliklə deyil, qaçışla bağlı olmadığını özünün “facebook” səhifəsində yazmaqla yanaşı, Versus.az saytının suallarına cavab olaraq xəstəxanaya getdiyini təsdiqləyən sənədləri təqdim edib.

Hansı ki, həmin xəstəxana arayışlarına əsasən Ə.Həsənovun xəstəxanada müəyyən müayinələrdən keçməsi, müalicə olunması təsdiqlənir.

 

Qeyd edək ki, Azərbayacan mediasında yer alan xəbərlərdə Ə.Həsənovun Türkiyənin məşhur “Ersek” Ürək-cərrahiyyə klinikasında müalicə aldığı barədə məlumatların təsdiqlənmədiyi qeyd olunmuşdu. İddialara görə, sözügedən klinikadan bildirilmişdi ki, orada Həsənov Əli Məhəmmədəli oğlu ad-soyadlı xəstə qeydə alınmayıb. Halbuki bir müddət əvvəl Ə.Həsənovun “Ersek” ürək-cərrahiyyə klinikasında bir həftəlik müalicə kursu qəbul etdiyi barədə məlumat yayılmışdı. Xəbərdə deyilirdi ki, keçmiş köməkçi müalicə kursunu bitirdikdən sonra xəstəxananı tərk edib. Lakin bir neçə gün sonra səhhəti qəfil pisləşib və o, yenidən “Ersek” klinikasına yerləşdirilib.

 

Nəyə görə, xəbərlərdə Türkiyənin sözügedən xəstəxanasının bu faktı inkar etdiyi yazıldı?

 

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun saytımıza təqdim etdiyi xəstəxana sənədləri göstərir ki, o, xəstəxanada olub. O zaman sual olunur: Nəyə görə, xəbərlərdə  Türkiyənin sözügedən xəstəxanasının bu faktı inkar etdiyi yazıldı? Məlumdur ki, Ə.Həsənov yayılan iddiaları böhtan adlandırıb və ayrı-ayrı vaxtlarda özünün “facebook” hesabında bəzi detallara aydınlıq gətirib və yalan yazdığını iddia etdiyi medianı ittihamlayıb:

 

“Hazırda Türkiyədəyəm və ikinci infarktdan sonra növbəti ürək əməliyyatına hazırlaşıram. Lakin bəzi xüsusi naqis “qələm əhli” mövcud vəziyyətimdən istifadə edərək dayanmadan mənim indiyə qədər dövlət qulluğunda gördüyüm işləri qaralamaq, xüsusi yalan məlumatlar uyduraraq məni xaricdəki antidövlət ünsürləri ilə bağlamaq və bununla da cəmiyyəti çaşdırmaq istiqamətində çirkin kampaniya aparırlar. Əslində, onlar şəxsimə qarşı belə kampaniyanı düz dörd ildir başlayıblar və bu işə keçən müddətdə xeyli güc və vəsait sərf ediblər”.

 

Əli Həsənov “Facebook” hesabında yazıb:

 

“Son zamanlar ağıllarına gələni yazırlar. Guya mən Ramiz Mehdiyev və Abdin Fərzəliyevlə birləşərək, dövlət çevrilişi etməyə çalışırmışam, guya neçə müddətdir ki, xaricdə gizlənərək Azərbaycan dövlətinə, şəxsən Prezident İlham Əliyevə, ailəsinə, yaxın ətrafına, o sırada da şəxsən mənə və ailəmə qarşı 1998-ci ildən bu yana çox çirkin mübarizə aparan Qurban Məmmədova və digər antidövlət mövqeli ünsürlərə dəstək vermişəm. Guya indi də qorxumdan ölkədən qaçaraq Türkiyəyə sığınmışam, Prezident Rəcəb Tayyib Ərdoğandan siyasi sığnacaq istəmişəm və sair. Necə deyərlər, yalanın biri bir qəpik! Bəri başdan bəyan edirəm ki, bunların hamısı ağ yalan və böhtandır”.

 

Ə.Həsənovun sosial şəbəkədə paylaşdığı daha bir statusda barəsində deyilən ittihamları qərəzli sayıb:

 

“Diqqətinizə çatdırıram ki, indiyə qədər mənim bu məsələlərə, haqqımda uydurulan yalan və böhtanlara, sehirli nağıllara susqunluq nümayiş etdirməyimin əsas səbəbi sadəcə onunla bağlıdır ki, indiyə qədərki həyatımda heç zaman ətrafımda baş verən bu tipli pislik və naqisliyin saf və təmiz iç dünyamı qaralamasına imkan verməmişəm və bundan sonra da vermək fikrində deyiləm. Bir də haqqımda  yazılan o qara-qura yazılara cavab verməməyimin səbəbi onunla bağlıdır ki, mənim indiyə qədər yaşadığım məsuliyyətli və gərgin məmur həyatının, məşğul olduğum içtimai-siyasi fəaliyyətin həqiqətləri və dəyər ölçüləri o qədər dərin və mənalı bir reallıqdır ki, onu qiymətləndirmək üçün həmin o səviyyəsiz cızma-qaraların altına imza qoyan naqis insanların nə bəsid təfəkkürü, nə pozuq məntiqi, nə də ki, kasad dil qabiliyyəti onu ifadə etməyə yetərli deyil!”.

 

Göründüyü kimi, Ə.Həsənov ona qarşı bütün iddia və ittihamların yalan olduğunu, kimlərinsə ona qarşı qaralama kampaniyası apardığını deyir. Yəqin ki, bu cür ciddi ittihamlar istintaq araşdırması ilə aydınlığa çıxa biləcək. Lakin bütün bunların fonunda sual yaranır: Niyə bu proses baş verir. “Od olmayan yerdən tüstü çıxmaz”sa və yaxud əgər ittihamlar yalandırsa, o zaman niyə meydan qızışır? Ə.Həsənov bu qədərmi təhlükəli, qorxulu imiş. Yaxud, o kimdir ki, “cəhənnəmə gedərkən Ə.Həsənovu da özünə yoldaş seçib? Yaxud, “yalandır”-deyirsizsə, bir insanı səbəbsiz yerə bu qədər ittiham etmək necə mümükün ola bilər… əgər həqiqətən də yersiz ittihamdırsa… … bütün bunlar sosial sferadan hər gün verilən suallardır və cavabını gözləyir

 

"Qayıdım ölkəmizə hər bir suala aydınlıq gətirəcəyəm”

 

Ə.Həsənov Versus.Az-a bildirib ki, indiki sağlıq durumu ona bu qədər sualları araşdırıb ortaya çıxarmaq imkan vermir:

 

“O xəstəxana adından yayılan məlumat, guya hansısa adı bəlli olmayan “Ərsək daşa”-a istinadən yayılıb. Əslində uydurulub. Allah salamatçılıq versin, qayıdım ölkəmizə hər bir suala aydınlıq gətirəcəyəm”.

 

“Nə qədər bunların yalanlarını təkzib etmək olar?”

 

Ə.Həsənov məsələ ilə bağlı özünün “facebook” səhifəsində bu gün də geniş açıqlama verib:

 

“Açığı deyim ki, son zamanlar sağlamlığımda yaranmış ciddi problemlərdən daha çox məni ciddi narahat edən məsələ ölkəmizin informasiya məkanında KİV adı altında fəaliyyət göstərən “yalan makinası” nın geniş meydan sulaması və içtimai rəyi vicdansızcasına çaşdırmasıdır. Demək olar ki, içi mən qarışıq ölkə içtimaiyyətinin yaxşı tanıdığı, dövlət idarəçilik sistemində uzun müddət xidmət göstərmiş, hazırda isə bu və ya digər səbəblər üzündən vəzifəsini tərk etmiş insanlar haqqında hər gün hansısa qondarma “məlumat” yayaraq saxta gündəm yaratmağa çalışırlar. Yalan və böhtanın həddi-hüdudu yoxdur. Mənimlə bağlı demək olar ki, hər gün nəsə uydurub şəklimi də əlavə etməklə yayırlar və insanları çaşdırmağa çalışırlar. Bilmirəm, əgər onların çörəyi bu yalan makinasından çıxırsa, ailə-uşaqlarını göz önünə gətirərək, bunu da anlamağa çalışaram. Amma bir məsələ var ki, bunlar ölkə içtimaiyyətinin doğrunu bilmək haqqını tapdalayırlar. Nə qədər bunların yalanlarını təkzib etmək olar?

 

Bir aya yaxındır ki, mənimlə bağlı yaydıqları yalan və böhtanları beş dəfə təkzib etmişəm. Amma bunların “sehirli fantaziyaları” bitmək bilmir ki, bilmir! İndi də mənim şəxsi həyatımla bağlı öz çirkin yalanlarını tirajlamaqla özlərinə çörək qazanırlar. Yazırlar ki, mən Türkiyəyə müalicəyə deyil, dövlətimdən qaçaraq, guya siyasi sığınacaq almağa gəlmişəm, heç bir xəstəxanada filan olmamışam və sair.

Açığı deyim ki, mən yalnız şəxsimə aid olan sağlamlıq vəziyyətim haqqında kiməsə geniş məlumat və hesabat vermək fikrində deyiləm. Sadəcə bunların yalan makinası olduğunu və içtimaiyyəti davamlı olaraq aldatdığını sübut etmək üçün sonuncu yalanlarını təkzib edən bəzi sənədlərin başlığını diqqətinizə təqdim etmək istəyirəm.

 

2013-cü ildə keçirdiyim geniş infarktdan sonra Almaniyada iki açıq ürək əməliyyatına məruz qaldığımı hər kəs bilir. O dövrdən başlayaraq mən hər il iki dəfə ya Berlində, ya da İstanbulda yoxlamadan keçirəm. İstanbulda mənim həkimim Siyami Ersek ürək-damar xəstəlikləri dövlət xəstəxanasının kardiologiya şöbəsinin dosenti Yalçın Velibeydir. Davamlı olaraq 7 ildir ki, mən onun yanına gəlirəm, əgər o tövsiyyə edirsə, başqa klinikalardakı digər mütəxəssislərə də baş çəkirəm. Bu dəfə də mən vəziyyətimlə bağlı bu klinikaya gəlmişəm, bir həftə boyu hər gün kardioloji yoxlamada olmuşam, axşamlar klinikanın mövcud vəziyyətini də nəzəra alaraq, yaxınındakı hoteldə gecələmişəm. Sonrakı müalicəm və daha hansı klinikada ürək klapanı üzrə mütəxəssis professorla görüşməyim və sair haqqında danışmağı artıq hesab edirəm.

 

Abu-Dabidəki Klivlend xəstəxanasına gedəcəm”

 

Hazırda Abu-Dabidəki Klivlend xəstəxanasına getmək üçün bəlli zamanı gözləyirəm. Bütün bunlar haqqında mən mütəmadi olaraq müvafiq kanallarla ölkə başçısına da məlumat vermişəm.

Beləliklə, qoy məni tanıyan və haqqımda müfəssəl məlumat almaq istəyən vətəndaşlarımız Azərbaycandakı bu yalan makinalarına inanmasınlar”.

 

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr