“Xalqı dilənçi gününə salırlar”
Qismət Allahverdiyev: “Bu məmurlara “gözün üstə qaşın var” deyən yoxdur”
“Hakimiyyətdə də parazit məmurlar təmizlənməlidir. Belə götürəndə söyüşü hakimiyyət özü söydürür özlərinə. Ölkə Prezidenti kimi vəzifəyə gətirirsə, çətini kresloda oturub özlərini rahatlandırana kimidir, çönüb xalqa düşmən kəsilirlər”.
Bunu Versus.Az-a son vaxtlar gündəmdən düşməyən “5-ci kolon”un əməlləri, söyüş blogerlərinin beynəlxalq axtarışa verilməsi və vətəndaşları incidən məmur özbaşınalığı ilə bağlı açıqlamasında MMP Tərtər rayon təşkilatının sədri Qismət Allahverdiyev bildirib.
Qismət Allahverdiyev təəssüflə vurğulayıb ki, dövlətçiliyə, dövlət başçısına sağlam mövqedən xidmət edənlərin əməyi nədənsə dəyərləndirilmir:
“Kimlər ki, prezdentin siyasi kursunun əksinə işləyir, əsas vəzifələri də elə onlara verirlər. Vəzifəsini düzgün icra etməyənlərə barələrində bu qədər şikayətlər olunsa da, sanki “gözün üstə qaşın var” deyən yoxdur. Özü də bu adamlara mükafatı şəxsən Prezdentin özü təqdim edir. Çünki o adamların ölkə başçısına təqdimatı da düzgün çatdırılmır. Partiyamızın sədri Hafiz Hacıyevin də dediyi kimi, Prezident təkdir, ətrafındakılar ona kömək etmirlər”.
Qismət Allahverdiyev bildirib ki, son vaxtlar gündəm elə qarışıb ki, kimin kim olduğu sadə insanları çaş-baş salıb:
“Bu ölkədə baş verən bu talançılıqda, rüşvətxorluqda və korrupsiyada kimdir günahkar? Xalqı dilənçi gününə salırlar. Nə burda işləməyə, nə də kənardan işləyib, qazanıb ölkəyə gətirməyə imkan vermirlər. Prezdent ölkə siyasətində bir təmizlənmə edib hakimiyyətdəki “5-ci kolon” ünsürlərini, xalqı dövlətdən narazı salan məmurları layiq oluqları cəzaya məhkum etsə, bu narahat, narazı insanlar da rahat həyatlarını yaşayardı. Xalqla dövlət arasındakı uçurum götürülməsə, çox böyük fəlakətin olması qaçılmazdır. Bunun qarşısının alınmasında daim Prezidentə dəstək olan, mənfurları ifşa etib kimliklərini ölkə başçısına göstərən sədrimiz Hafiz Hacıyevin yanındayıq və MMP Tərtər rayon təşkilatı olaraq sonadək də bu mübarizədə onunlayıq”.
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”