"Türkiyə-Azərbaycan qardaşlığı bizə inam verir ki, biz tək deyilik"
Fuad Əliyev: "Bu gün Azərbaycan tarixinin ən şərəfli günlərindən biridir"
15 sentyabr 1918-ci il Bakının erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixinin ən şərəfli günlərindən biridir.
Versus.Az xəbər verir ki, bu barədə Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev özünün "facebook" hesabında yazıb.
Fuad Əliyev yazır:
"1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi - Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bununla da Azərbaycanın dövlət müstəqilliyi tam qəbul oluna bilməzdi.
Belə bir şəraitdə özünün çox ağır durumuna baxmayaraq, Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi.
Osmanlı Türkiyəsi 1918-ci ilin öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu qarşısına qoyulan məqsədini uğurla başa çatdırmaqla Bakını işğalçılardan təmizlədi.
Türk əsgərlərinin qəhrəmanlığı və qanı bahasına Bakı və digər rayonlar azad olundu və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü.
Sovet hakimiyyətinin məhz bu günü, məqsədyönlü olaraq, tarixi saxtakarlıq etməsinə baxmayaraq Azərbaycan xalqı qardaş türk əsgərinin qəhrəmanlığını unutmayıb, bu günlərə qədər yaşadıb.
Hər il Bakıdakı Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir.
Bu gün də qardaş türk əsgəri Azərbaycan əsgəri ilə bir yerdədir. Türkiyə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə, işğalda olan Qarabağ torpaqlarını erməni separatçılarından təmizlənməyə köməklik etməyə hazır olduğunu bəyan edirlər.
Bu bizə inam verir ki, biz tək deyilik".
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”