XİN erməni nazirin cavabını verdi

11:50 15-09-2020 | icon 260 | Siyasət
XİN erməni nazirin cavabını verdi

"Erməni nazirin müsəlman ölkələri ilə dostluqdan bəhs etməsi cəfəngiyatdır"

 

"Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın Misir Ərəb Respublikasına səfəri çərçivəsində səsləndirdiyi fikirlər, yüz minlərlə müsəlman azərbaycanlını qanlı etnik təmizləməyə məruz qoyaraq evlərindən didərgin salan, Xocalıda bir gecədə 613 mülki şəxsi yalnız azərbaycanlı və müsəlman olduqları üçün qəddarlıqla qətlə yetirən, Azərbaycanın işğal olunmuş ərazilərində müsəlman irsini məhv edərək, məscidləri talan edən bir ölkənin rəsmisinin riyakarlığının bariz nümunəsidir".

 

Versus.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında bildirilib. 

 

"Dövlət siyasətinin ideoloji əsasını terrorçuluq təşkil edən Ermənistan 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycana qarşı terror əməliyyatlarından geniş istifadə edib. Azərbaycan ərazisində sərnişin avtobusları, qatarları və Bakı metrosunun partlayışı ilə müşahidə olunan 30-dan çox terror aktı nəticəsində 2000-dən çox mülki şəxs həlak olub.

 

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun ilhaqında terror vasitələrindən geniş istifadə edən Ermənistanın, hərbi əməliyyatlara xarici ölkələrdən, xüsusilə Yaxın Şərq bölgəsindən olan terrorçu muzdluları cəlb etməsi məlum bir faktdır. Sonradan bu terrorçuları dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın əsl siması elə ASALA terror təşkilatının rəhbərlərindən olan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında birbaşa iştirak edən qatı terrorçu Monte Melkonian kimilərinin nümunəsində özünü göstərir.

1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib. Qardaş Türkiyənin 24 diplomatı erməni terrorçuluğunun qurbanı olub.

Bütün bu sadalananlar fonunda təcavüzkar Ermənistanın xarici işlər nazirinin müsəlman ölkələri ilə dostluq və sıx əməkdaşlıqdan bəhs etməsi, regional və qlobal təhlükəsizlikdən danışması cəfəngiyatdan başqa bir şey deyildir.

Təcavüzkar Ermənistanın saxta və cəfəng iddialarını və bəyanatlarını qətiyyətlə rədd edir, bu ölkənin BMT TŞ-nin 1993-cü il tarixli qətnamələri, eləcə də İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qəbul etdiyi çoxsaylı qətnamələrə əməl etməsini tələb edirik", XİN-dən bildirilib. 

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr