"Erməni klanı Azərbaycan dövlətində at oynatmağa çalışır"
Hafiz Hacıyev: "Onların buradakı var-dövləti müsadirə olunaraq dövlətə qaytarılmalıdır"
Prezidentin keçmiş köməkçisi Əli Həsənovun Türkiyənin məşhur “Ersek” ürək-cərrahiyə klinikasında müalicə alması ilə bağlı mövzu hələ də gündəmdədir. Qeyd edək ki, adıçəkilən klinikadan Həsənov Əli Məhəmmədəli oğlu ad-soyadlı xəstənin qeydə alınmadığı bildirilsə də, Ə.Həsənov bunun düzgün məlumat olmadığını demişdi. Ardınca isə hazırda Ə.Həsənovun Türkiyənin Antalya bölgəsində yerləşən villasında ailəsi ilə bərabər istirahət etməsi barəsində də iddialar səsləndirilir.
Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, onlar Azərbaycan dövlətini və qanunlarını dolayıblar:
“Əli Həsənovun böyüyü Ramiz Mehdiyev və onun kürəkəni bir aydır ki, jurnalistləri, onları tənqid edənləri hədələyirlər. Ramiz Mehdiyev deyir ki, əlimdəkiləri açsam, yerlə göy bir olar. Bunlar haqqında təcili tədbirlər görülməlidir. Biz siyasətçilər dövlətimizi onlardan qorumaq üçün canımızı fəda etmişik. Onlar Antalyada dincəlirlər. Əli Həsənov və digərlərinin nəinki Türkiyədə, Yunanıstan və Kipr adalarında villaları var. Sizin və mənim kimi imkansız deyillər. Milyardlar yığıblar, bu gün də o pullarla insanlarımızla məzələnirlər. Onların məqsədi dövlət çevrilişi etməkdir. Burda oldular və başqa yerdə, nə fərqi var. Əllərindəki telefonla hər şeyi idarə edirlər, qanunları belə saymırlar”.
Hafiz Hacıyev qeyd edib ki, Ramiz Mehdiyev və onun ətrafı təcili həbs edilməlidir:
“Onlar nə vaxta kimi həbs edilməyib, bundan da artıq dövlətimizə xəyanət edəcəklər. Erməni klanı Azərbaycan dövlətində at oynatmağa çalışır. Lakin ölkə başçımızın əzmi sayəsində onlar arzularına çata bilmirlər. Ramiz Mehdiyev həbs olunmayana qədər əmin-amanlıq olmayacaq. Onlar hazırda xaricdən Azərbaycana təzyiq göstərirlər. Tutulmağa yaxın özlərini xəstəliyə vururlar. Utanmaz-utanmaz xaricdə oturub deyirlər ki, bizim sərvətlərimiz varsa, gedin götürün. Düşünürəm ki, onların Azərbaycanda olan var-dövləti, villaları, marketləri, otelləri varsa, müsadirə olunaraq dövlətə qaytarılmalı, özləri isə həbs edilməlidir”. /konkret.az/
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”