"Çingiz müəllimə belə sözlər, belə davranışlar yaraşmır"

13:43 15-09-2020 | icon 492 | Siyasət
"Çingiz müəllimə belə sözlər, belə davranışlar yaraşmır"

Hafiz Hacıyev: "Ermənilər torpaqlarımıza Livan ermənilərini yerləşdirirlər, biz də axşama kimi bir-birimizi didirik"

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bir necə gün bundan öncə daha çox müzakirə olunan xalq yazıçısı Çingiz Abdullayevin “Facebook” profili vasitəsilə ölkədəki rus məktəblərinin bağlanmasına çağıran yerli millətçiləri tənqid edən statusuna münasibət bildirib. Partiya sədri həmçinin Ramiz Mehdiyevi də kəskin tənqid edib.

 

Versus.Az Analoq.az-a istinadən H.Hacıyevin açıqlamasını olduğu kimi təqdim edir:

 

- Çingiz Abdullayev mənim çox hörmət etdiyim, şəxsi münasibətlərim olduğu adamdır. Amma Çingiz müəllimin rusları belə tərifləməsini, az qala şam tutmasını qəbul edə bilmirik. Ümumiyyətlə Azərbaycandakı ziyalılarımızda səviyyə o səviyyə deyil.

Çingiz müəllimə belə hərəkətlər, belə sözlər, belə davranışlar yaraşmır. “Biz rusca bilməsək, gedib Moskvada ermənilərə qarşı mübarizə apara bilmərik”? Siz hansınız ermənilərə qarşı söz deyibsiz? Deyə bilməzsiz. Hamınızın quyruğunuz o tərəflərdədir.

Ruslar bizə Xocalını yaşadıb, “20 Yanvar” ı törədib. O vaxtı bunların heç birinin səsi çıxmadı. Bizim ziyalılarımızın nə vaxt səsi çıxacaq, bilmirəm. Bu cür adamların belə hərəkətləri,davranışları Azərbaycan millətinə utanc gətirir. Bu ziyalılara yad bir şeydir.

Azərbaycan hakimiyyətinin çox hissəsini “erməni”lər təşkil edir.Ramiz Mehdiyev Azərbaycanı zəbt etdiyi kimi, içimizdə olan ermənilər də ölkəmizi zəbt edib.

Akademiyada o qədər alim var, biri Ramiz Mehdiyevin bu oyunlarına qarşı çıxmır. Elə bil batıb, qırılıblar. Bu baxımdan biz o qədər kəskin deyilik.

30 ildir ermənilərin, onların dostlarının qohumlarının işğalı altında olan Azərbaycana münasibətini də görürük və təəssüf hissi keçiririk ki, xalqımız ziyalısız qalıb. Ziyalısız olan millət də necə olur, onu görürük. Yenə təkrar edirəm, onların qabiliyyəti Ramiz Mehdiyevin akademiyasina yığdığı akademiklərin səviyyəsi qədərdir.

Ümummilli lider Heydər Əliyevə xəyanət edəni saxlamaq nədən xəbər verir? Bunun atdığı addımlara hələ münasibət bildirilməyib. Güman edirəm ki,bildiriləcək.

 

- Hafiz müəllim, Ermənistanda rus məktəbləri də bağlanıb. Amma rus ziyalılarından biri oradakı məktəblərin bağlanmasına münasibət bildirməyib. Buna münasibət bildirmənizi istərdik.

 

- Mən Ermənistda böyümuşəm.Ermənilər şovinistdir. Ermənilərin bir sözu var, deyir, “hayes- hayem”. Amma biz bədbəxt millətik.

Qeyd etdiniz kimi Ermənistanda rus məktəblərini bağladilar, ruslara təzyiq göstərdilər, rusların bayrağını yandırdılar. Təzyiq göstərdikcə də ruslar geri çəkildi.Bir rus ziyalısı ermənilərin bu hərəkətlərinə görə münasibət bildirmədi.Amma biz yaltaqlana – yaltaqlana gedirik.

Ramiz Mehdiyev kimi akademiklərindən nə olasidi ki? Ermənilər daha təəssubkeş, daha qeyrətli (qeyrətlərinə tüpürəsən). Elə qeyrətləri də yoxdur.

Ermənilər 20 faiz torpaqlarımızı işğal edib Livan ermənilərini yerləşdiriblər. Kəlbəcərdə turbaza yaradıblar. O biri rayonlarda da həmçinin. Biz də axşama kimi bir-birimizi didirik, yeyirik. Ermənilər həmişə prinsipal olub, öz mövqelərindən çıxış ediblər. 30 ildir Ramiz Mehdiyev Azərbaycan ziyalısını bu hala salıb.

Ona görə bu gün taleyimizlə üz-üzə qalmışıq. Ziyalı deyilən zümrə yoxdur. Hamısı yaltaq, bir medala bir evə satılır.

Siz jurnalistlər, media nümayəndələri heç kimdən çəkinməyin,operativ ,dəqiq və qərəzsiz olun.

Düşdüyümüz bəlalardan çıxmaqdan üçün özümüzü öz dərdimizə qalaq. Ölkə prezidentinə yardım edək. Görək Qarabağ torpaqlarını bu namuzsuz ermənilərdən necə azad edirik.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr