O günə mümkün olan dərəcədə güclü çıxacağıq

12:54 16-09-2020 | icon 521 | Siyasət
O günə mümkün olan dərəcədə güclü çıxacağıq

Bu diqqət, təqdir ilk növbədə hansı məqam və amillərlə şərtlənir?

 

 

 

 

QƏNİRƏ PAŞAYEVA
/deputat,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri/

 

Azərbaycan Prezidentinin Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışındakı çıxışı həm yeni dərs ilinin başlanması, həm bu ilki dərs ilinin qeyri-adi ortamda başlaması etibarı ilə, həm də, çıxışda ehtiva olunan ismarınclar, təsbitlər, çağırışlar baxımından özünə diqqət tələb etməkdədir. Bəs bu diqqət, təqdir ilk növbədə hansı məqam və amillərlə şərtlənir?

 

Peşə Təhsil Mərkəzi Kimya Sənaye Parkının nəzdindədir; bu Parkda məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Ötən il ərzində Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib – bunun da 276 milyon manatlıq (təqribən 33%) bölümü ixrac olunub. 2020-ci ilin ilk 6 ayı içində 534 milyon manatlıq məhsul istehsalı ilə bu Parkın ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3%, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20% təşkil edib. Hazırda Parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub. Gəlin, etiraf edək ki, o qədər də böyük olmayan zaman içində belə göstəricilərlə çıxış etmək heç də sıradan hal deyil. Bu, düşünülmüş addımların bəhrəsi, elmin istehsalata tətbiqinin təzahürləri kimi diqqəti cəlb edir. Və məhz belə bir ortamda Peşə Təhsil Mərkəzinin mövcud olması özlüyündə məsələyə sistemli yanaşmanı, universallığı ifadə etməkdədir. Belə iç-içə fəaliyyət gələcəkdə məktəbdən istehsalata, istehsalatdan məktəbə keçidlərin – sözün geniş mənasında keçidlərin təminataını da ifadə etməkdədir. Sumqayıt bu gün nəinki respublikamızın, ümumən Güney Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənməkdədir. Cari il burada, böyük yatırımlarla araya-ərsəyə gəlmiş və daxili tələbatı təmin edəcək şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq.

 

Cənab Prezidentin vurğuladığı kimi, hazırda tikinti sektorunun qlobal pandemiyaya görə bir qədər tənəzzülə uğradığını bilirik; lakin artıq bu sektor dövlət dəstəyi ilə dirçəlir və respublikamız özünü yerli şüşələrlə təmin edə biləcək. Bu, özü bir başarı, uğur sayılmalıdır. Ümumiyyətcə, qlobal pandemiyadan irəli gələn özünütəcrid gerçəklikləri fonunda, daxili tələbatı mümkün olduğunca yerli məhsullarla təmin etmək daha vacib və dərin məzmun daşıyır. Ölkədə harada idxaldan asılılıq daha böyükdürsə və əvəzlənməsi mümkündürsə, həmin sahələrə diqqət göstərilməsi təxirəsalınmaz xarakter daşımalıdır.

 

Cənab Prezidentin nitqindən çıxan mühüm nəticələrdən biri kimi bu təsbiti də fərqləndirmək istərdim.

Kimya Sənaye Parkının nəzdində olmaq etibarı ilə bir Peşə Təhsil Mərkəzinin açılışında qeyri-neft sektorunun inkişafı məsələsinə toxunulmasını özəlliklə dərin məzmunlu hesab edirəm. “Çünki bu gün tədiyyə balansının müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma çalışmalıyıq ki, bu amili kənara qoymaqla, ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır.” – bunlar cənab Prezidentin sözləridir. Biz bu gün Sumqayıt Kimya Sənaye Parkının timsalında bir təsisatın respublikamızın yeni­ləşməsinə, güclənməsinə verdiyi töhfələri aydın görürük. Burada aşınmış avadanlıqların, könəlmiş texnologiyaların, sıradan çıxmış – istehsalat (iş yeri) ünvanlığını(mahiyyətini) itirmiş müəssisələrin sıfırlandırılmasını – “yük” olmaqdan çıxarılmasını fərq edirik; burada həm də, ekoloji fəlakətin önlən­məsi, torpaqların istifadəsiz qalmaqdan qurtarılması da qeyd edilməlidir.

 

İstərdim, başqa bir məqama da diqqət yetirək. Bu da, yatırımlardan danışarkən, xaricdə yaşayan azərbaycanlı iş adamlarına çağırışla bağlıdır – dövlət başçımız həmvətənlərimizi Azərbaycana vəsait qoymağa dəvət etdi:

“Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar”. Dünyanın dörd yanında imkanlı həmvətənlərimiz var, yaşadıqları, işlədikləri ölkələrdə nüfuz sahibləridir, o ölkələrdə irihəcmli vergilər verirlər, qazanırlar, qazandırırlar. – Bu, əlbəttə, qürur­verici haldır – həmvətənlərimizin bilik və bacarığını göstərir, ayrı-ayrı ölkələrdə azərbaycanlı mənini təsdiq edir, adımızı ucaldır; lakin dövlət başçısı səviyyəsində çağırış varsa, deməli, Vətənə yatırım qoymağın da, burada qazanıb, qazandırmağın da qayğısına qalmaq lazımdır. – Bu, artıq bir milli vəzifə xarakteri daşıyır, desək yanlış olmazdı. Elə bilirəm, dünya azərbaycanlıları, iş adamlarımız cənab Prezidentin çağırışına əməli addımlarla cavab verəcək. Beləliklə, nəzdində Peşə Təhsil Mərkəzinin açılış olan Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibətlə fərqlənir.

 

Cənab Prezidentin özünün də vurğuladığı kimi, bununla bir neçə strateji hədəfə nail olunur: -Tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq; -Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq; -Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaq. Elə bilirəm, hamılıqla belə bir fikrə şərik çıxarıq ki, 2020/2021 tədris ili hazırlıqları da daxil olmaqla, qlobal pandemiya dönəmində respublika həyatının inkişaf tempini ən azı sabit saxlamaq və mümkün olduğunca inkişaf etdirmək dövlət-xalq birliyinin təntənəsi kimi özünü göstərir. Bu tədris ili ərəfəsində tam komplektləşdirilmiş bir neçə yeni məktəb istifadəyə verildi, neçə məktəb təmir və ya bərpa edildi, neçə məktəbin imkanları, o cümlədən şagird tutumu genişləndirildi və s. Pandemiya da bitəcək, həyat normallaşacaq və düşünülmüş dövlət siyasəti nəticəsində, o günə biz mümkün olan dərəcədə güclü çıxacağıq. Dövlətimiz var olsun!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr