Hafiz Hacıyevdən Oqtay Əsədovun qudasıyla bağlı İDDİA

13:08 16-09-2020 | icon 858 | Siyasət
Hafiz Hacıyevdən Oqtay Əsədovun qudasıyla bağlı İDDİA

"Samux rayon icra başçısı xalqa zülm edir"

 

“Onlaq ancaq çalışırlar ki, xalq arasında narazılıq yaratsınlar. Bunu da Azərbaycanda cənab prezident çox gözəl görür və ona görə də bu adamların vəzifədən getməsi onlar üçün böyük hədiyyə olardı”.

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
 
 
Partiya sədri bu gün vəzifədən çıxarılacaq icra başçılarının fəaliyyətinin yoxlanmasının vacibliyini vurğulayıb:
 
“Artıq ölkədə kadr islahatları başlayıb, cənab prezident bunu ardıcıl şəkildə həyata keçirir. Bu kadrların da səksən faizi Ramiz Mehdiyevin adamlarıdır. Özünüz də şahidisiniz ki, Ziya Məmmədovun da kadrları Ucarda vəzifədədir. Ramiz Mehdiyevin qoyduğu insanların hamısı vəzifədədir və saxtakarlıqla məşğuldurlar, ölkədə gedən inkişafa uyğunlaşa bilmirlər və ancaq təxribatla məşğul olurlar. Onlaq ancaq çalışırlar ki, xalq arasında narazılıq yaratsınlar. Bunu da Azərbaycanda cənab prezident çox gözəl görür və ona görə də bu adamların vəzifədən getməsi onlar üçün böyük hədiyyə olardı. Onların hər birinin fəaliyyəti yoxlanılıb həbs edilməlidir. Rayonlara ayrılan pulları R.Mehdyevlə birlikdə yeyiblər və hətta zəng vurub deyiblər ki, yediyiniz pulun 60-70 faizini geri qaytarın. Məsələn, vaxtilə Salyanın icra başçısı T.Kərimova göstəriş vermişdilər ki, pulu geri qaytar, o, pulu geri qaytarmadığı üçün başına oyun açdılar".
 
 
Bu gün rayonların əksəriyyətində narazılıq, haqsızlıq, camaatın torpaq sahələrinin əlindən alınması hallarının mövcudluğundan danışan H.Hacıyevin fikrincə, xalqla dövlət arasında bu cür narazılıq salan məmurların hamısı həbs edilməlidir:
 
 
"Onları belə buraxsaq, yığdıqları milyardların hesabına gedib yaşayacaqlar. Həmin adamlar yığdıları pulları dövlət çevrilişinə xərcləriylər və hər biri də müəyyən media qruplarında dövlət başçısının əleyhinə əks-təbliğat aparırlar. Bizim Samux rayon təşkilat rəhbərinin məktublarını ortaya qoysaq, görərsiniz ki, rayonun icra başçısı xalqa necə zülm edir. Ölkə başçısı keçən dəfə çıxışında dedi ki, “Hansı rayona gedirəm soruşuram deyirlər ki, hər şey əladır. Amma sonra baxırsan ki, heç də belə deyil”. Bu icra başçıları rayonun girişini bəzəyib ölkə başçısı gələndə ona göstərirlər. Amma gedin görüm kəndlərdə vəziyyət necədir. Elə kəndlər var ki, nə yolu, nə qazı, nə də işığı var. Ölkə başçısı bu işlərə pul ayırıb, amma hamısını özlərinə xərcləyiblər. Ramiz Mehdiyevin əlində milyardlarla pulu var və o, bu pulla xalqı küçələrə çıxarıb dövlət başçısının əleyhinə qaldırmaq istəyir. Bu torpaq, vətən hamımızındır, ürəyim yandığı üçün bunları deyirəm. O, icra başçılarından soruşmaq lazımdır ki, siz maaşla bu qədər mülkləri necə əldə etmisiniz? İcra başçıları vətəndaşların problemləri ilə maraqlanmırlar. Biz çalışmalıyıq ki, bu cür işlərlə başımızı qatmayaq və türk ordusunun iştirakıyla Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün dövlət başçısının yanında olaq”.
 
 
Xatırladaq ki, Beyləqan, Lerik, Tovuz, Astara, Samux və Qəbələnin icra başçılarının vəzifədən azad ediləcəyi bildirilir. Onların bəzilərinin hətta həbs olunması ehtimalının da böyük olduğu deyilir. /Moderator.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr