"Düşmən ölkə öz qurduğu "tələ"yə düşəcək"

16:34 16-09-2020 | icon 648 | Siyasət
"Düşmən ölkə öz qurduğu "tələ"yə düşəcək"

Əlisahib Hüseynov: "Ermənistanın avantürist planları "bumeranq effekti" ilə nəticələnə bilər"

 

"Bir yandan Livan və Suriya ermənilərinin, digər yandan PKK terrorçularının işğal olunmuş ərazilərimizdə yerləşdirilməsi zaman-zaman gündəmə gəlib və bu məsələ hal-hazırda da öz aktuallığını saxlamaqdadır. Ermənistan hakimiyyəti bu "kart"ı işə salmaqla məkrli oyunlara rəvac verir. Amma Ermənistanın hərbi-siyasi rəhbərliyi başa düşməlidir ki, onların məkrli oyunları, avantürist planları "bumeranq effekti" ilə nəticələnə bilər".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

 
 
Partiya sədri qeyd edib ki, düşmən ölkə öz qurduğu "tələ"yə düşəcək:
 
 
"Rəsmi İrəvanın Dağlıq Qarabağdakı xunta rejimi ilə əlbir olub PKK yaraqlılarını və erməni muzdlu döyüşçülərini işğal olunmuş ərazilərimizdə cəmləşdirməyə çalışması Türkiyə və Azərbaycana bölgədə birgə antiteror əməliyyatlarına başlamaq üçün tam hüquqi-siyasi əsas verir. Azərbaycan zatən ilk gündən də bu hüquqa malik idi. Lakin Suriya və Livan ermənilərinin Dağlıq Qarabağda yerləşdirilməsinin ardınca, indi də PKK militanlarının işğal olunmuş ərazilərimizə gətirilməsi Türkiyənin də məsələyə fəal şəkildə müdaxilə etməsinə zəmin yaradır. Paşinyan iqtidarının "məskunlaşdırma" adı altında həyata keçirdiyi bu mənhus planın Ermənistan üçün bədəli çox ağır olacaq".
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr