Yasəmən Qaraqoyunlu: "Əgər istəyirsinizsə, onda mənə dəstəyinizi əsirgəməyin"
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlu özünün "Facebook" hesabında yeni partiya yaratmaq ideyasını paylaşıb.
Versus.Az xəbər verir ki, Yasəmən Qaraqoyunlu Azərbaycan xalqına suallarla mürəciət ünvanlayıb.
Müraciəti olduğu kimi təqdim edirik:
"Əziz İrəvan Türk Cümhuriyyəti xalqı, Qaraqoyunlular, Göyçəlilər.
Qaraqoyunlu, Qızılbaş, Avşar, Qacar, Azərbaycan Xalq Cümhuriyyəti dövlət gələnəyinin dövlətimizdə təmsil olunmasını istərdinizmi.
İrəvan Türk Cümhuriyyətinin qurulmasını istərdinizmi?
Bütöv Azərbaycanın qurulmasını istərdinizmi?
Turanın qurulmasını istərdinizmi?
Türkiyə Azərbaycan konfederasyonunun qurulmasını istərdinizmi?
Bütün bu ideyaları reallaştıra biləcək bir partiyanın qurulmasına nə deyirsiniz?
Bəs o partiyanın başqanı kimi sizin davanızı aparmama nə deyirsiniz?
Bu davaların Parlamentdə aparılmasını səslənməsini istərdinizdimi?
Əgər istəyirsinizsə, onda mənə dəstəklərinizi əsirgəməyin".