"Hökumət daxilində bu siyasətə dəstək verənlər anlasınlar ki..."

16:08 17-09-2020 | icon 414 | Siyasət
"Hökumət daxilində bu siyasətə dəstək verənlər anlasınlar ki..."

Razi Nurullayev: "Ümid edirəm ki, Tofiq Yaqublu məsələsində cəmiyyəti razı salacaq qərar qəbul ediləcək"

 

"İlk öncə ondan başlayaq ki, Tofiq Yaqublunun azad edilməsində maraqlıyıq. Ümid edirəm ki, bu gün apelyasiya məhkəməsi Tofiq Yaqublu məsələsini ciddi araşdıracaq və cəmiyyəti razı salacaq qərar qəbul edəcək".

 
 
Versus.Az xəbər verir ki, bu sözləri bu gün Parlamentin İnsan Hüquqları Komitəsinin iclasında deputat Razi Nurullayev deyib.
 
 
Deputat bildirib ki, Tofiq Yaqublunun ətrafında yaranan səs-küy, məhkəmə instansiyasının cəmiyyəti narazı salan qərar qəbul etməsi birinci növbədə siyasi qüvvələr arasında çəkişməni, dartışmanı və ittiham-əsaslı mülahizələri dərinləşdirib. Onun sözlərinə görə, indiki dönəmdə bu heç də lazım deyil:
 
 
"Bu gün Dağlıq-Qarabağ ətrafında xalqımızın bilmədiyi ciddi proseslər gedir və belə bir məqamda bütün siyasi qüvvələrin, bütün vətəndaşların və bütün fərqli fikirlərin həmrəyliyinə ehtiyac yaranıb. Bu gün hər kəs Qarabağ üçün canından keçməyə, siyasi ambisyasından geri çəkilməyə, büdcəni oğurlamaqdan çəkinməyə və dürüst məmur əxlaqı ortaya qoymağa hazır olmalıdır. Kim etmirsə, bizdən deyil! Həbslə, qorxu yaratmaqla, güc göstərməklə nə tənqidi azaltmaq, nə söyüşü dayandırmaq, nə də etirazları səngitmək olur. Bu zaman keçib, indi yeni formata, yeni yanaşmaya və yeni dialoqa ehtiyac var. Dediklərim həm hökumət daxilində köhnə kustar üsullarla hakimiyyətə yarınmaq və faydalanmaq yolunu tutanlara, həm də xaricdə rahat kreslolarda oturub kameralar qarşısında kin-küdurət, nifrət və qanlı inqilablara çağırış edənlərədir".
 
 
R.Nurullayev qeyd edib ki, köhnə sovet, bolşevik təfəkkürünü yenidən ölkəyə gətirmək və tətbiq etmək dövlətçiliyimizə təhdiddir:
 
 
"Hökumət daxilində bu siyasətə dəstək verənlər anlasınlar ki, onlar dövlətə, Prezidentə xidmət etmirlər, əksinə ziyan vurmaqla məşğuldurlar. Katolikdən çox, katolik olmayın, lütfən!
 
Barışmaz müxalif qüvvə adı altında xalqa demokratik mübarizə əvəzinə, söyüş, təhqir və şəxsiyyəti alçaltma dərsi keçənlər də bizdən deyil. Onlar da hakimiyyət daxilində sabotaj yolu tutanlarla bərabər, Azərbaycan insanlarının ləyaqətli yaşayışına, öz taleyinə sahib çıxmasına maneçilik edənlər və düşmən kəsilənlərdir. Hər bir siyasi mübarizənin sonunda aydın görünən bir yol olmalıdır. Siyasaət uşaq oyuncağı deyil ki, onunla oynayasan, o, saat kimi mürəkkəb bir mexanizmdir ki, gərək başı çıxanlar qurdalasın, həvəskarlar və naşılar yox".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr