"Ramiz Mehdiyevin 5-ci məqaləsi bir xanımın adı ilə çap edilib"
Hafiz Hacıyev: “Kaspi təhsil mərkəzi Əli Həsənovun deyil, əslində Ramiz Mehdiyevin olub”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Kaspi" təhsil mərkəzinin Əli Həsənova deyil, Ramiz Mehdiyevə məxsus olmasıbarədə maraqlı məlumat verib.
Versus.Az xəbər verir ki, konkret.az-a bununla bağlı açıqlama verən partiya sədrinin sözlərnə görə, tək Kaspi təhsil mərkəzi deyil, başqa məktəblər də var ki, birbaşa Ramiz Mehdiyevin tapşırığı ilə yaranıb:
“Əli Həsənovun var-dövlətinin hamısının üstü açılacaq. Onların hər birini Ramiz Mehdiyevin köməkliyi ilə əldə edib. Ramiz Mehdiyev, Əli Həsənov və onların hər biri FETÖ-nun, yəni 5-ci kalonun üzvləridir. Bu gün onlar dövlətə xəyanət etmiş insanlardır. Dövlətin içində dövlət yaratmaq istəyirdilər, onun da üstü açılıb. Hər ikisi də bu gün dirəniş göstərirlər. Ramiz Mehdiyevin 5-ci məqaləsi bir xanımın adı ilə çap edilib. Bu barədə ciddi proses gedir. Onlar təcili həbs edilməsə, ölkədə qarışıqlıq olacaq. Ona görə də Ramiz Mehdiyev təcili qandallanmalıdır".
H.Hacıyev onu da qeyd edib ki, Abel Məhərrəmov dayanmadan qərbi azərbaycanlılarla görüşlər keçirib Ramiz Mehdiyevə tərəfdaş yığmağa çalışır:
"Bütün bu insanların hər biri dövlətə xəyanət edib, ölkəmizə qarşı koalisiya yaratmağa çalışırlar. Hüquq mühafizə orqanları onlar barəsində ciddi araşdırma aparılmalıdır. Çünki onlar FETÖ, Rusiya kəşfiyyatı və ermənilərlə münasibətdədirlər”.
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”