"Anna Akopyanın silahlanmış şəkilləri heç də sülhdən xəbər vermir"

13:52 21-09-2020 | icon 1094 | Siyasət
"Anna Akopyanın silahlanmış şəkilləri heç də sülhdən xəbər vermir"

Dinarə Məmmədova: "Ermənilərin yadına salmaq lazımdır ki, Ermənistan ərazisi qədim Azərbaycan torpağıdır"

 

"Son aylar Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın son dərəcədə aktiv fəaliyyəti istər-istəməz diqqəti cəlb edir. Ümumiyyətlə birinci ledilərin nə işlə məşğul olduqları həmişə maraqlı olub".

 

Versus.Az xəbər verir ki, bu fikirləri erməni baş nazirin həyat yoldaşının silahlanmış vəziyyətlərdə qadınlarla birlikdə sərgilədiyi döyüş hazırlığına münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova deyib.

 

Dinarə Məmmədova qeyd edib ki, araşdırmalara görə, demək olar ki, birinci ledilərin əksəriyyəti humanitar məsələlərlə məşğuldular, müxtəlif fondların rəhbərləri olurlar, sosial proqramlarda iştrak edirlər. Kasıb ailələrə, yaşlı insanlara, ailəsiz olan uşaqlara yardım kampaniyalar təşkil edib köməklik edirlər. Onun sözlərinə görə, bu, hardasa qadının ana missiysından irəli gəlir:

 

"Çünki ana olmaq qadının təyinatıdır, missiyasıdır. Ananın baş yaylığı sülh, əmin-amanlıq rəmzidir. Çətin məqamlarda ananın örpəyi yerə səriləndə böyük bir davanın qarşısı alınır. Əsl ehtiram, hörmət rəmzidir bu adətlər. Amma Anna Akopyanın silah əlində olan şəkillərinə baxanda heç də sülh yada düşmür. 

Baxmayaraq ki, Anna Akopyan “Qadınlar sülh uğrunda” təşəbbüsünün müəlifidir, “Qadınlar sülh uğrunda” təşəbbüs irəli sürərək, qondarma “DQR” 45 günlik hərbi təlimlər keçirmək istəyir. Nəzərdə tutulan təlimlərdə 18-27 yaşlı qadınların iştrak edəcək. Bu bir daha onu göstərir ki, Ermənistan militarizm siyasətini həyata keçirir. Bu onun və Ermənistanın baş nazirin Azərbaycana hədə-qorxu bəyanatları göstərir ki, Ermənistan qeyri-rəsmi sülh danışıqlarından çıxıblar. 

Bununla bağlı, Dövlət başçısı İlham Əliyev AZTV, İTV və REAL TV  müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə aid çıxışında bildirib. Dövlət başçısı “Ermənistanla faktiki olaraq danışıqlar getmir. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir” –deyib. Dövlət başçısının “Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək” bəyanatı bizə ümid verir ki, işğalda olan torpaqlarımız yaxın bir zamanda azad olunacaq".

 

D.Məmmədova dünən, Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatının (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən növbəti dəfə məhv edilməsi xəbərinə də toxunub. ALDP sədr müşaviri fikirlərini dövlət başçısının çıxışıyla əsaslandırdı:

 

""Ermənilər bilməlidirlər ki, istənilən təxribatın qarşısı alınacaq. Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur” deyən dövlət başçısı, Qarabağ torpaqlarımızı işğaldan azad olunandan sonra, gələcək planlarına işarə edir. Ermənilərin yadına salmaq lazımdır ki, Ermənistan ərazisi qədim Azərbaycan torpağıdır. Təzyiq altında verilən “qardaş” payı nə vaxtsa geri gayıdacaq".

 

PƏRİ
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr