“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

16:01 22-09-2020 | icon 1420 | Siyasət
“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Riyaz Sarıkahya: “Bizim üçün Kərkük nədirsə, Qarabağ da odur”

 

İraq Türkməneli Partiyasının başqanı, İraq Türkmənlərinin lideri Riyaz Sarıkahya son günlər  ermənilərin hücumlarının artması, işğal olunan Qarabağda Suriya, Livandan gətirilən, eləcə də PKK terrorçularınıb təlimləri ilə bağlı bəyanat yayıb.

 

Versus.Az xəbər verir ki, Bəyanatda deyilir:

 

“Tarixi Azərbaycan torpaqlarını işğal edən ermənilər yenidən qardaşlarımıza qarşı müharibə çağırışları edirlər. Bunun sübutu Suriyadan, livandan olan terrorçular, eləcə də PKK terrorçularının Qarabağda keçirdikləri təlimlərdir. Biz İraq türkləri, İraq Türkməneli Partiyası olaraq, dünyanın gözü qarşısında Qarabağı terror yuvasına, terror qruplaşmasına çevirən Ermənistanın Azərbaycana qarşı soyqırım siyasətini, Azərbaycan torpaqlarını işğal faktıni qətiyyətlə qınayırıq. Terror qruplaşmalarını bir an öncə Azərbayca ərazilərindən geri çəkməyi tələb edirik.

 

İraq Türkməneli Partiyası olaraq bəyan edirik ki, bu gün bütün İraq Türkmənləri Azərbaycanın yanındadır. Azərbaycan Ordusunun Qarabağı düşməndən azad etmək gücündə olduğunu bilirik. Türkmən insanları, Türkmən oğulları Azərbaycandan çavab gözləyir. Biz hamımız bir nəfər kimi Azərbaycan torpaqlarının, Qarabağın işğalı üçün döyüşməyə və şəhid olmağa hazırıq. Ora bizim atalarımızın, babalarımızın vətənidir. Azərbaycan adlı vətən, torpaq uğruna çan vermək şərəfdir. Təki vətən sağ olsun”.

 

Riyaz Sarıkahya onu da xüsusi olaraq vurğulayıb ki, bu gün Xocalı soyqırımına görə beynəlxalq tribunal qarşısında cavab verməli olan olan Ermənistan və onun terrorçu rəhbərləri öz sahiblərinə arxalanaraq yenidən müharibəyə hazırlaşırlar:

 

“Şox təəssüf ki, bu gün dünyanı bir qrup güc və ikili standartlar idarə edir. Əgər belə olmasaydı, ermənistan və onun terrorçu rəhbərləri Xocalı soyqırımına görə beynəlxalq tribunal qarşısına çıxarılardılar. Düzdür, Xocalıda vəhşicəsinə qətl edilən, diri diri torpağa basdırılan, başı kəsilən, dərisi soyulan, gözləri çıxarılan insanlarımızın, süngüyə keçirilən körpələrimizin qatillərinin cəzası hələ bu dünyada yoxdur. Ölüm hökmü belə, o cəlladlar üçün bir mükafat olardı”.

 

Riyaz Sarıkahya bir daha bildirib ki, İraq türkmənləri Qarabağın işğaldan azad olunması üçün hazırdır:

 

“Kərkük bizim üçün nədirsə, Qarabağ da odur. Günü bu gün Qarabağın azadlığı, torpaqlarımızın geri qaytarılması üçün Azərbaycana yola çıxmağa hazırıq. Təəssüf ki, 30 ilə yaxın bir müddətdə yuxarıda da qeyd etdiyim kimi İnsan hüquqlarından, ərazi bütövlüyündən danışan beynəlxalq təşkilatlar  bu vəziyyətə sadəcə seyriçi qaldılar, Azərbaycan torpaqlarının işğalı faktına göz yumdular”.

 

Bəyanatının sonunda İraq Türklərinin lideri Riyaz Sarıkahya, dünən Tovuzda ermənilərin hücumu nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, kiçik çavuş Məmmədov Elşənin dünyasını dəyişməsindən kədərləndiyini bildirib və ailəsinə başsağlığı verib.

 

Ağanisə Sultan
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr