"Müdafiə Nazirliyində kadr dəyişiklikləri mütləqdir" - VİDEO
Fuad Əliyev: "Bunlar köhnə təfəkkürlu insanlardı, fikirləşirlər ki, oğurladıqları pulla nəsə edə bilərlər"
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-un “Açıq Söhbət” verlişin qonağı olub.
Versus.Az xəbər verir ki, verlişdə ictimai-siyasi vəziyyət müzakirə olunub.
Fuad Əliyevin fikrincə, Ermənistan rəhbərliyinin son bəyanatları onu göstərir ki, ermənilər bu hərbi ritorikalarla yeni işğala, müharibəyə hazırlaşıblar:
“Bizim ordumuz bunun qarşısını ala biləcək və ermənilərə layiqincə cavab verəcək. Biz, bu ölkənin vətəndaşı olaraq səfərbərliyə hazır olmalıyıq. Vətəni qorumağ hər bir vətəndaşın borcudur”.
Aparıcının Müdafiə Nazirliyində kadr dəyişikliyinə ehtiyac olduğunu, cəmiyyətdə Baş Qərargah rəisi Nəcməddin Sadıqovun istefası tələbləri sürüldüyü suallarına Fuad Əliyev belə cavab verib:
“Müdafiə Nazirliyində kadr dəyişiklikləri mütləq lazımdır. Bir vəzifədə illərlə otururlar. Bu müasir dövrü köhnə təfəkkürlə idarə etmək olmaz. Müharibəni aparmaq üçün müasir texnikanı bilmək lazımdır. Və orduda gənc və bilikli zabitlərimiz var. Onları qabağa çəkmək lazımdır”.
Nəcməddin Sadıqovun istefayə göndərilməməsi ilə bağlı deyilənlərə münasibət bildirən ALDP sədri bununla razılaşmadığını deyib:
"Dövlət başçısı istənilən məmuru vəzifədən çıxara bilər və bunu edir də. Cəmiyyətdə illər boyu deyirdilər ki, Ramiz Mehdiyev işdən çıxararıla bilməz. Amma gördüz ki, Ramiz Mehdiyevin simasında istənilən məmur işdən çıxarıldı. Sadəcə, Nəcməddin Sadıqovun casus olmağı ilə bağlı deyilən fikirlərlə bağlı heç bir fakt ortalıqda yoxdur. Yəqin ki, hansisa bir ciddi fakt olsa dövlət başçısı buna reaksiya verər.”
F.Əliyev müsahibəsində təhsillə bağlı məsələlərə də toxunub. Bildirib ki, yeni tədris ilinə Təhsil nazirliyi hazırlıqsız başlayıb:
"Evlərdə internet problemi, şagirdlərin bəzilərində kompyuterlərin olmaması, onlayn dərslərə telefonla qoşulanların olduğunu bildirib. ALDP sədrin sözlərinə görə, bu tədris sistemi özünü doğrultmadı. Mən hələ 2008-ci ildə iştrak etdiyim prezident seçkilərində demişdim ki, biz Sovet dövründə olan təhsil sisteminə qayıtmalıyıq. O təhsil sistemi bizim hamımıza bilik və savad verib. O dövrdə bu qədər savadsız şagird və tələbə olmayıb.” "Tarix kitablarında “Arsax” yazılmasını təxribat olduğunu və bu məsələni Dövlət Təhlükəsizliyi tərəfindən araşdırılmalıdır ki, kim belə təxribat materialları çapa verib. Onları məsuliyyətə cəlb etmək lazımdır.”- Fuad Əliyev bu məsələyə kəskin şəkildə fikir bildirib.
ALDP sədri “Təbib”in yaradılması və Səhiyyə Nazirliyilə parallel fəaliyyət göstərilməsini “analoqsuz ölkə” olduğumuzu bir daha sübut etdiyini qeyd etdi.
Hakimiyyətin kadr islahatlarına toxunan Fuad Əliyev bildirib ki, “bu kadr islahatlarını axıra qədər aparmaq lazımdır, yarımçıq yox. Yaşlı məmurlar bu yaşda vaxtlarını uşaqlariyla, nəvələriylə keçirməlidirlər, vəzifələrdə yox. Misal üçün götürək Elmlər Akademiyasını. 70-80 yaşından yuxarı olanlar bu yaşa gədər nə iş görüblər ki, bu yaşdan sonra görsünlər? Nə elmi bir iş, tətqiqat aparıblar bu günə kimi? Heç nə. Elmlər Akademiyasının nəzdində İnstitutlar var. Bunlar hansı elmi işlərlə məşquldurlar? Büdcənin pulları gedir, amma elm inkişaf etmir. Gənc alimlərə yol açılmalıdır. Onlar üçün şərait yaradılmalıdırlar ki, xaricə getməsinlər”.
“Dövlətdən oğurluq edən məmurların siyasətə gəlməsi, siyasətə təsiri və Azərbaycanda qarışıqlı vəziyyətin olduğu” suallarına ALDP sədri belə cavab verib:
“Siz qeyd etdiyiniz kimi, bunların hamısı oğrudular və oğurluq edənlər nə fayda verə bilər vətəndaşa, Vətənə. Heç nə. Bunlar köhnə təfəkkürlu insanlardı, fikirləşirlər ki, oğurladığı pullarla nəsə edə bilərlər, hakimiyyətə diktə edə bilərlər. Hamı bilməlidir ki onlar revanşizm fikirlərlə yaşayırlar, hakimiyyətə gəlib qisas alsınlar. Amma xalq onlara heç vaxt dəstək verməyəcək. Ölkədə qarşıdurma yaratmaq istiyənlər bilməlidirlər ki, biz, ALDP onlara imkan verməyəcəyik, xalq onlara imkan verməyəcək. Biz partiya olaraq hakimiyyətə iddialıyıq. Və hakimiyyət gəlməyin bir yolu var - bu da demokratik seçkilədir.”
Video-müsahibəni təqdimedirik:
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”