“Bu əməliyyatları sülhə məcburetmə əməliyyatı da adlandırmaq olar”

13:07 28-09-2020 | icon 275 | Siyasət
“Bu əməliyyatları sülhə məcburetmə əməliyyatı da adlandırmaq olar”

“Biz Ermənistan- Azərbaycan qoşunlarının təmas xəttində yaranmış vəziyyətə görə beynəlxalq ictimaiyyətin ciddi narahatlığını başa düşürük. Bu narahatlığı Azərbaycan Respublikası özü dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdı”.

 

Versus.Az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

O bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün hər zaman böyük təhlükə olub:

 

“2016-cı ilin Aprel döyüşlərində, Tovuz hadisələrində və son hadisələrdə də biz bir daha bunun şahidi olduq ki, qəbul olunmuş ssenari üzrə Ermənistan tərəfi növbəti təxribatlarını həyata keçirir. Bu xüsusilə də Ermənistan Respublikasının qəbul etdiyi irticaçı və aqressiv xarakter daşıyan hərbi doktrinadan və milli təhlükəsizlik konsepsiyasından irəli gəlir ki, bunun mahiyyətində yeni müharibələr, yeni ərazilərin işğalı nəzərdə tutulur”.

 

H.Hacıyev onu da əlavə edib ki, ölkə başçısı ötən gün mövcud vəziyyətlə bağlı xalqa müraciət edib və Təhlükəsizlik Şurasının iclasını keçirib:

 

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suveren ərazilərində fəaliyyət göstərərək, Azərbaycanın müdafiəsini təşkil edir. Bu, müdafiə xarakterli olan əməliyyatlardır. Burada da əsas məqsəd təmas xəttinə yaxın, kompakt şəkildə yaşayan mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək və Ermənistanın bu kimi təxribatlarının qarşısını almaq üçün əks-həmlə tədbirləri həyata keçirməkdir. Hətta bu əməliyyatları sülhə məcbur etmə əməliyyatı da adlandırmaq olar. Bu yolla Ermənistan nəhayət ki, sülhə məcbur edilsin və danışıqlar prosesində də konstruktiv şəkildə iştirak etsin”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr