“Ermənilər itirdikləri mövqeləri geri qaytarmaq cəhdlərin qarşısı alınıb”

12:03 29-09-2020 | icon 665 | Siyasət
“Ermənilər itirdikləri mövqeləri geri qaytarmaq cəhdlərin qarşısı alınıb”

“İşğal olunan torpaqlarımızın azad olunması istiqamətində Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı davam etdirilir”.

 

Versus.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov bu gün keçirilən brifinqdə məlumat verib.

 

O bildirib ki, Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi texnikası və obyektləri məhv edilib:

 

“Səhər saatlarından Ermənistanın Vardinis rayonu ərazisindən Azərbaycanın Daşkəsən ərazisi artilleriya atəşinə tutulub. Bununla bağlı Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülüb və görüləcək. Ermənistan qüvvələri cəbhənin Füzuli, Cəbrayıl, Ağdərə və Tərtər istiqamətində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərsə də, Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq, düşmənin bütün cəhdlərinin qarşısını alıb”.

 

A.Eyvazov Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş əzmi və mənəvi psixoloji vəziyyətinin yüksək olduğunu diqqətə çatdırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür