ALDP sədri cəbhəyə getməyə hazır olduğunu deyir
Fuad Əliyev: "Çağırış vərəqəsi alan partiya üzvlərimiz hərbi hissələrə gediblər"
Hazırda Azərbaycan Böyük Vətən savaşı aparır. Ölkədə hər kəsin diqqəti cəbhə xəttinə yönəlib. Belə bir şəraitdə müxalifətin fəaliyyəti də maraq doğurur.
Demokratik düşərgənin planları, siyasi fəaliyyətlərini davam etdirəcəkləri yaxud donduracaqları, eləcə də, cəbhəyə gedib ordumuza istər mənəvi dəstək vermək, istərsə də əsgər kimi döyüşmək planlarının olub-olmadığı ilə maraqlıdır.
Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev döyüşməyə hazır olduğunu bildirib:
"Hesab edirəm ki, siyasi fəaliyyəti dondurmaq əvəzinə, əksinə, fəaliyyəti gücləndirmək lazımdır. Misal üçün biz ALDP olaraq xarici ölkələrdə əməkdaşlıq etdiyimiz partiyalara Ermənistanın hərbi təxribatı ilə bağlı məlumat göndərmişik. Bu məlumatda ermənilərin etdiyi hərbi təxribat nəticəsində həlak olanlar haqqında, ordumuzun cavab əks-hücum nəticəsində işğaldan azad olan torpaqlarımız barəsində əməkdaşlıq etdiyimiz partiyaları məlumatlandırdıq. ALDP olaraq «Bizim Qarabağ» təşviqat xarakterli video-çarxını hazırladıq və bütün sosial şəbəkələrdə yaydıq. Artıq partiya üzvlərimiz çağırış vərəqəsini alaraq hərbi hissələrə gediblər. Mən də bir əsgər kimi torpaqlarımızı azad etmək üçün cəbhəyə getməyə hazıram. Hər bir vətəndaş Vətəni qorumaq üçün hazır olmalıdır".
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”