"İraq Türkləri olaraq Azərbaycanın yanındayıq"

18:08 03-10-2020 | icon 679 | Siyasət
"İraq Türkləri olaraq Azərbaycanın yanındayıq"

Seyit Muhtar Musəvi: "Tezliklə Azərbaycan Ordusunun Qarabağı azad edəcəyinə, qalib olacağına inanırıq"

 
 

İraq parlamentinin deputatı, Mosul Türkmən millət vəkili Seyit Muhtar El Musavi ermenilərin Azərbaycan torpaqlarını işğal etməsi ve son günlər düşmənin mülki əhalini hədəf alması ilə bağlı bəyanat yayıb.

 
 
Versus.Az xəbər verir ki, bəyanatda deyilir:
 
 
"30 ilə yaxındır ermənilər Azərbaycanın tarixi torpaqlarını, Qarabağı işğal ediblər. Qardaş Azərbaycan uzun illər səbr göstərdi, münaqişənin danışıqlar yolu ilə həll olunmasının tərəfdarı oldu. Təəssüf ki, ikili standartlar sözügedən məsələdə də özünü açıq şəkildə göstərdi. Bundan istifadə edən ermənilər atəşkəs dövründə də Azərbaycana qarşı hücumu davam etdirdilər. Bu gün isə biz İraq türkləri olaraq Azərbaycanın haqq davasında onun yanındayıq. Azərbaycan torpaqlarını geri almaq üçün elə öz torpağında antiterror əməliyyatları keçirir. Təəssüf ki, ermənilər həmişə olduğu kimi, yenə öz çirkin xislətlərinə sadiq qalaraq mülki insanları hədəf alırlar. Bu isə bütün beynəlxalq sənədlərdə, konvensiyalarda yolverilməzdir. Türkmənlər olaraq ürəyimiz Qarabağla, Azərbaycanla döyünür və hər gün soydaşlarımız üçün dua edirik. Düşmən xain hücumlarını şiddətlə qınayırıq. Tezliklə Azərbaycan Ordusunun Qarabağı azad edəcəyinə, qalib olacağına inanırıq"
 
 
Ağanisə Sultan
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr