Ədalət Vəliyev siyasi partiya sədrləri ilə onlayn görüşdü

18:58 03-10-2020 | icon 394 | Siyasət
Ədalət Vəliyev siyasi partiya sədrləri ilə onlayn görüşdü

Əlisahib Hüseynov: "Milli Həmrəyliyimizə eşq olsun, tezliklə Qələbə Günümüzü də birlikdə qeyd edərik"

 

"Bu gün Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə
əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin təşəbbüsü və sədrliyi ilə siyasi partiya rəhbərləri ilə “Milli həmrəylik – siyasi dialoqun nəticəsi” mövzusunda videokonfrans formatında görüş keçirilib. Söhbət sentyabrın 27-də səhər saatlarından etibarən işğalçı Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlamasının və nəticədə mülki əhalini, infrastruktur obyektlərini hədəf alaraq artilleriya atəşinə məruz qoymasının pislənildiyi, Ali Baş Komandanımıza və Ordumuza dəstəyin verildiyi birgə bəyanatı imzalayan 50 siyasi partiyadan gedir. Milli Həmrəylik Partiyasının (MHP) sədri olaraq mən də bu görüşdə iştirak etdim. Görüşə qatılan bütün həmkarlarımız öz çıxışlarında bu toplantının hazırki məqamda olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğuladılar və görüşün təşkilatçısı kimi Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə öz təşəkkürlərini bildirdilər. Sözügedən şöbənin fəaliyyəti həqiqətən də çox səmərəli və təqdirəlayiqdir. Hörmətli Ədalət Vəliyev partiyaların fəaliyyətinin canlandırılması və
onların ölkə əhəmiyyətli proseslərdə fəal rol almaları üçün böyük səy göstərir. Bugünkü toplantı da məhz bu baxımdan çox əhəmiyyətlidir".



Versus.Az xəbər verir ki, bunu keçirilən onlayn görüşlə bağlı açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib:

 

"Ölkədə istər siyasi dialoqun, istərsə də milli həmrəyliyin mövcudluğu ölkədə siyasi sabitliyin qorunub
saxlanmasında, iqtidar-müxalifət münasibətlərinin sivil məcraya yönəlməsində, eləcə də ümummilli
problemimiz olan Qarabağın işğaldan azad edilməsi üçün milli birliyə, ictimai-siyasi konsensusa nail
olunmasında mühüm rol oynayır. Məhz Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə ölkədə
yeni siyasi konfiqurasiyanın formalaşmasının nəticəsi olaraq ölkədə yuridik baxımdan mövcud olan bir
çox siyasi partiyalar bu ilin əvvəlindən artıq de-fakto olaraq da fəallaşdılar və cəmiyyət həyatında
yaxından iştirak etməyə start verdilər. Partiyalar ölkədə cərəyan edən proseslərdə iqtidarla birgə
məsuliyyəti bölüşməyə başladılar. Bu olduqca mühüm məqamdır. Məhz cəmiyyət qarşısında, xalq
qarşısında, tarix qarşısında məsuliyyətlərini dərk etdiklərinə görə 50 siyasi partiya birgə bəyanatla
Orduya, Ali Baş Komandana dəstək mövqeyini ortaya qoydu və hazırda da siyasi partiyaların bu
istiqamətdəki birliyi hesab edirəm ki, qənaətbəxşdir. Bu günkü toplantı da siyasi partiyaların ideoloji
fərqlərindən asılı olmayaraq Qarabağ məsələsində vahid mövqedən çıxış etmələrini ortaya qoydu.

Siyasi partiyalar da cəmiyyətin bir parçasıdır və cəmiyyətin formalaşdırdığı institutlardır. Və bu gün
cəmiyyət nəyə köklənibsə, social sifariş, social tələb nədirsə, siyasi partiyalar da o tələbə adekvat hərəkət
etməlidir, cəmiyyətin istəyinə uyğun fəaliyyət göstərməlidir. Əgər cəbhədə baş verən son olaylar bütün
cəmiyyəti birləşdiribsə, siyasi partiyalar da bu prosesdən kənarda qala bilməzdi. Bu gün siyasi
partiyaların vahid mövqedən çıxış etməsi, Ermənistanın işğalçı siyasətinə qarşı mübarizə aparan
Ordumuzu və Ali Baş Komandanımızı dəstəkləməsi bütün dünyaya, o cümlədən ATƏT-in Minsk qrupunun
həmsədrlərinə və ölkəmizə təzyiq göstərməyə çalışan bütün digər tərəflərə də xüsusi bir mesajdır ki,
müxalif və ya iqtidaryönümlü olmasından asılı olmayaraq ölkənin bütün əsas aparıcı siyasi partiyaları
Azərbaycan xalqı ilə, Ordu ilə və dövlət başçısı ilə birdir. Qoy hər kəs, o cümlədən Ermənistan hakimiyyəti
və Emmanuel Makron kimi ermənipərəst liderlər də bilsinlər ki, düşmənin hücumlarının, təxribatlarının
qarşısı sonuncu erməni əsgəri torpaqlarımızı tərk edənə qədər Azərbaycan Ordusu tərəfindən qətiyyətlə
alınacaqdır".



Əlisahib Hüseynov qeyd edib ki, bugünkü toplantıda iştirak edən siyasi partiyalar cəbhədə baş verən prosesləri də, beynəlxalq təşkilatların, həmsədrlərin və ayrı-ayrı dövlət başçılarının proseslərə münasibətini və mövqeyini də diqqətlə izləyir və nəticə çıxarırlar:

 

"Çox təəssüf ki, illərdir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail ola bilməyən və “kabab diplomatiyası” və ya “diplomatiya turizmi” ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri və digər nüfuzlu təşkilatlar, o cümlədən BMT-Baş katibi və ayrı-ayrı prezidentlər hazırda Azərbaycanı danışıqlara, atəşkəsə dəvət edən bəyanatlar verir və işğalçı ölkə ilə işğala məruz qalan ölkəni eyniləşdirirlər. Lakin biz bununla razılaşmır və bu cür “ikili standartlar” siyasətini birmənalı şəkildə rədd edirik. Bütün siyasi partiyalar beynəlxalq təşkilatların hazırki mövqeyini məhz bu cür dəyərləndirir.

Xüsusən də Fransa prezidenti Emmanuel Makronun bütün diplomatik və siyasi əndazələri aşan, eləcə də
beynəlxalq hüquqa zidd olan mövqeyi və açıqlamaları heç cürə qəbul olunan deyil. Hesab edirik ki,
Makron təcili surətdə bu cür qızışdırıcı və ədalətsiz mövqeyinə son qoymalı və təxribatçı açıqlamalar
verməkdən əl çəkməlidir. Bugünkü toplantıya qatılan siyasi partiyaların hər biri Fransa prezidentinin bu
ermənipərəst mövqeyini və həmsədr ölkənin statusuna zidd olan açıqlamalarını pislədi. Biz də Milli
Həmrəylik Partiyası olaraq Fransa prezidentinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin missiyasına
uyğun gəlməyən hazırki mövqeyinə etirazımızı bütün açıqlamalarımızda və çıxışlarımızda bildirmişik və
bununla bağlı ayrıca etiraz məktubumuzu da sözügedən ölkənin Bakıdakı səfirliyinə təqdim edəcəyik.

Bu gün baş tutan toplantıda çıxış edən bütün natiqlər Ali Baş Komandanımızın fikirlərinə dəstək olaraq
qeyd etdilər ki, bizim işimiz haqq işidir, çünki biz başqa bir ölkənin torpaqlarını işğal etməmişik. Əksinə,
bizim torpaqlar işğala məruz qalıb və bugünləri şanlı Ordumuz məhz Ermənistanın işğal altında saxladığı
torpaqlarımızı azad etmək üçün əks-hücum əməliyyatları aparır. Ali Baş Komandanımız işğalçıların
ərazilərimizdən təmizlənməsi ilə bağlı öz tarixi qərarını verib və biz hamımız onun qətiyyətli mövqeyini
dəstəkləyirik. Bizi bu yoldan heç kim və heç nə çəkindirə bilməz. Çünki Azərbaycan xalqının səbri artıq
tükənib. Biz 30 ilə yaxın gözlədik, problemin sülh yoluyla həlli üçün işğalçı ölkəyə və həmsədrlərə 30 illik
bir zaman fürsəti verdik. Lakin Azərbaycan xalqının, Azərbaycan rəhbərliyinin, Ali Baş Komandanımız
İlham Əliyevin sülhsevərliyini görməzdən gəldilər, dəyərləndirmədilər. Bundan sonra artıq düşmənə
güzəştə getmək fikrimiz yoxdur. Ali Baş Komandanımız da həm işğalçı ölkənin rəhbərinə, həm də bütün
beynəlxalq təşkilatlara tamamilə haqlı olaraq belə bir açıq mesaj verdi ki, Azərbaycan yalnız o halda
danışıqlara gedəcək ki, Ermənistanın işğalçı hərbi hissələri bizim ərazilərimizi dərhal və qeydsiz-şərtsiz
tərk edəcəklər. Əks təqdirdə isə, hər hansı bir saxta diplomatiyadan, mənasız danışıqlardan və “sülh”
imitasiyasından söhbət belə gedə bilməz.



Siyasi partiyaların bugünkü toplantısı ona görə əlamətdardır ki, hamımız bir nəfər kimi Ordumuzu və Ali
Baş Komandanımızı dəstəkləyirik. Mən bu cür vahid mövqedən çıxış etdiklərinə görə bütün
həmkarlarıma, partiya sədrlərinə öz təşəkkürümü bildirirəm. Milli Həmrəyliyimizə eşq olsun! İnşAllah
tezliklə Qələbə Günümüzü də birlikdə qeyd edərik!"


LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr