"Ermənistan ordumuzu durdura bilmir, dinc əhalini hədəfə almaqla çarə arayır"

12:56 04-10-2020 | icon 389 | Siyasət
"Ermənistan ordumuzu durdura bilmir, dinc əhalini hədəfə almaqla çarə arayır"

İqbal Ağazadə: "Düşmənlərimiz ölkəmizdə panika, qorxu mühiti, həyəcan və təlaş yaratmağa çalışır"

 

Ümid Partiyasının sədri İqbal Ağazadə Ermənistan silahlı qüvvələrinin Gəncə, Beyləqan, Bərdə, Şəmkir və digər sərhəddən uzaq ərazilərin raket atəşinə tutulması xəbərləri ilə bağlı "facebook" üzərindən Azərbaycan xalqına müraciət edib.

 
 
Versus.Az İqbal Ağazadənin həmin müraciətini təqdim edir:
 
 
"Əziz həmvətənlər.
 
Müzəffər ordumuz Ermənistanın uzun illər işğalda saxladığı əraziləri azad etdikcə düşmən azğınlaşır. Mülki əhalini, cəbhə bölgəsindən uzaq şəhər və rayonlarımızı atəşə tutur, ölkədə panika, qorxu mühiti, həyəcan və təlaş yaratmağa çalışır.
 
 
Azərbaycan xalqının birlik və bərabərliyi, vahid mövqemiz, siyasi və mənəvi bütövlüyümüz düşməni sarsıdır. Bu addımlarıyla düşmən dinc əhali arasında təşviş yaratmaq, haqq işimizi durdurmaq niyyəti güdür.
 
 
Hər kəsə səslənirəm!
 
Vətən müharibəsi aparırıq. Düşmən hiyləgər və qəddardır. Nə hiyləgərlik birliyimizi pozmalı, nə də qəddarlıq bizi qorxutmalıdır. Yersiz həyəcan və təşvişə ehtiyac yoxdur.
 
 
Gəncə, Beyləqan, Bərdə, Şəmkir və digər sərhəddən uzaq ərazilərin raket atəşinə tutulması onun göstəricisidir ki, Ermənistan ordumuzu durdura bilmir, dinc əhalini hədəfə almaqla çarə arayır.
 
 
Hamını birliyə, qardaşlığa, Vətən qarşısında məsuliyyətli olmağa çağırıram.
 
 
Heç kim həyəcanlanmasın, qorxmasın, möhkəm olsun, birliyimizi qorusun.
 
 
Qarabağ Azərbaycandır!"

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr