“Humanistlik vaxtı deyil, həssas bir dönəmdə yaşayırıq”

12:25 08-10-2020 | icon 1261 | Siyasət
“Humanistlik vaxtı deyil, həssas bir dönəmdə yaşayırıq”

Könül İsmayılova: “Baqdasaryana qutab, paxlava yedizdirəndə Dilqəmlə Şahbazı düşündülərmi?”

 

Bizi də bu humanistlik öldürəcək. Erməni bizim tarix boyu düşmənimiz olub və bu gün də düşməndir, nifrət etdiyimiz ünsürdür”.

 

Bunu Versus.Az-a açıqlamasında işğalda olan torpağımız azad edilərkən qaça bilməyən Aznif Baqdasaryanın təxliyə edilərək Bakıya gətirilməsinə və onun burada mətbuat konfransında çıxış etməsinə etiraz edən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.

 

Könül İsmayılova qeyd edib ki, illərdir erməni qarışığı olan, ermənipərəstlik nümayiş etdirən bəzi məmurlarla daxildə mübarizəmiz bitmək üzrəykən, baqdasaryanlar da peyda olmağa başlayır:

 

“İllərdir daxilimizdəki yüksək ranqlı lyuks yaşayışı olan bəzi məmurlardan güclə canımızı qurtarmaq istəyirik. Bu baqdasaryanları gətirib başımıza çıxaranda görəsən bir anlıq düşünən oldu ki, Dilqəmə, Şahbaza da paxlava, qutab yedizdirib, xoş davranırlarmı?”

 

MMP sədr müavini qeyd edib ki, humanistlik vaxtı deyil. Həssas bir dönəmdə yaşayırıq və ən azından şəhidlərimizin ailələri nəzərə alınmalıdır:

 

“Düzdür, dünyada bizim qədər humanist millət yoxdur. Müharibənin bu qızğın vaxtında erməni qadını ta Bakıyadək gətirib çörək verən ancaq bizim millət ola bilər. Özünü yazıq hala salıb zavallıca görkəmlə camaatımızın qarşısına çıxır. Ermənidir də, bilir ki, ürəyimiz yumşaqdır. Amma düz etmirik. Çünki artıq araşdırılıb ki, bu Baqdasaryan erməni döyüşçüsüdür. Onun sosial şəbəkədəki paylaşımlarından da azərbaycanlılara nifrəti açıq görünür. Bunun 15-20 yaşı yoxdur ki, deyək ki, günahı yoxdur, ermənilər anti-azərbaycan ruhda böyüdüblər. Hiss olunur ki, ömrü azərbaycanlılarla döyüşlərdə keçib. Erməni xisləti neçə yaşda olsa da öz mənfur xislətini büruzə verir. Mən çox istərdim ki, bu ermənini öz erməni qardaş-bacılarının yanına, Ermənistana yola salsınlar. Şəhid ailələrinin hisslərini də nəzərə alaq. Oğullarımıza güllə atan ermənini gətirib Bakıda gəzdirmək lazım deyil”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr