“Artıq ATƏT-in Minsk Qrupuna Azərbaycanın ehtiyacı yoxdur”

12:55 09-10-2020 | icon 391 | Siyasət
“Artıq ATƏT-in Minsk Qrupuna Azərbaycanın ehtiyacı yoxdur”

Rufiz Qonaqov: “Türkiyə istənilən formatda qurulan hər hansı birliklərdə bizim yanımızda dayana bilər”

 

Prezident İlham Əliyevin oktyabrın 7-də “Euronews” televiziyasına müsahibəsində Minsk qrupunun həmsədrlərinin fəaliyyətsizliyi ilə bağlı səsləndirdiyi fikirlər ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanaraq öz dəstəyini almaqdadır. Ölkə başçısı Minsk Qrupunda olan ABŞ, Rusiya və Fransa kimi həmsədr dövlətlərin prezidentlərinin dəfələrlə bəyanatlar verərək status-kvonu qəbuledilməz hesab etdiyini önə çəkməklə, eyni zamanda Ermənistanın buna məhəl qoymadığını bir daha bəyan edib. Prezident qətiyyətli şəkildə “indi Azərbaycan özü status-kvonu dəyişir və düşünürəm ki, bu, münaqişənin ən tez zamanda həlli istiqamətində mühüm addım olacaq.

 

Versus.Az xəbər verir ki, təhlilçi Rufiz Qonaqov açıqlamasında maraqlı nüanslara diqqət çəkib.

 

Politoloq R.Qonaqov bildirib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyinin və ləğv olunmasının önə çəkilməsi bu qurumun 27 ildir diqqət çəkən fəaliyyətsizliyinin məntiqi nəticəsidir:

 

“ATƏT-in Minsk Qrupu nəinki heç bir fəaliyyət göstərmədi, eyni zamanda işğlaçı və terrorçu ölkə olan Ermənistanı öz adı ilə çağırmadı. Əslində ATƏT-in Minsk Qrupuna mandat ona görə verilmişdi ki, onlar işğaçı tərəflə işğala məruz qalan tərəfi fərqləndirsinlər. Bu təşkilatlar nəinki bunu fərqəndirmir, işğalçıya imkan yaratdılar ki, onlar öz mənfur fəaliyyətlərini davam etdirsinlər. Lakin Minsk Qrupu öz mandatı ilə işğalçıya təzyiq görsərməklə münaqişəni həll edə bilərdi”.

 

Politoloq bu gün Minsk Qrupunda olan dövlətlərin əsl simasının rəsmi olaraq yırtıldığını qeyd edib:

 

“Bu gün bəlli olur ki, qrupda təmsil olunan Fransa dövləti bu məsələdə bitərəf mövqe tutmayıb və Ermənistanın mövqeyini dəstəkləyib. Eyni zamanda ABŞ və Rusiya da bu məsələdə Ermənistana qarşı hər hansı kəskin bir mövqe nümayiş etdirmədi. Ona görə də ATƏT-in Minsk Qrupunun artıq bundan sonra hər hansı bir fəaliyyət göstərməsi, ümumiyyətlə bundan sonra müzakirəsi məqbul deyil. Əgər bu qurum münaqişənin nizamlanması ilə bağlı heç bir fəaliyyət göstərmədisə, əksinə, gün münaqişə alovlanıbsa və Azərbaycan öz torpaqlarını hərb yolu ilə işğaldan azad etməyə məcburdursa, bu həm də ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyinə görədir.

30 ildir ki, biz Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal faktı ilə üz-üzə qalmışıq. 1 milyondan artıq qaçqınımız, 250 mindən artıq köçkünümüz var. Buna görə də ATƏT-in Minsk Qrupu bundan sonra hər hansı bir formada ona verilən mandatı ilə bölgədə nəinki fəaliyyət göstərə bilməz, mənə belə gəlir ki, bu çoxdan buraxılmalı idi. Azərbaycan ictimaiyyətinin ümumilikdə mövqeyi budur, Azərbaycan Prezidentinin də çıxışlarında beynəlxalq təşkilatlarla bağlı kəskin çıxışı bunu deməyə əsas yaradır”.

 

Politoloq ATƏT-in Minsk qrupunda dəyişimin edilməsi və Türkiyə dövlətinin həmsədr dövlət olaraq qrupda yer alması məsələsinin tez-tez səslənməsi ilə bağlı məsələyə artıq hadisələrin indiki gedişatı kontekstində baxılmalıdır. R.Qonaqov hesab edir ki, qardaş dövlətin Azərbaycanın problemlərinin həllinə yönəlik hər hansı bir qrumada olması təbii ki, arzuedilən və bizim üçün məqbul hesab olunur. Lakin hazırki dövrdə Azərbaycan Ordusunun qələbə əzmi ilə öz torpaqlarımzı işğaldan azad etməyə yönəlik əməliyyatları ümumiyyətlə ATƏT-in vasitəçilik missiyasını sıfıra endirdiyi üçün o qurumun müzakirəsi bir qədər qeyri-ciddi görünür:

 

“Bu gün Azərbaycan ordusu öz ərazisini düşməndən azad etmək üçün əks-hücum, anti-terror əməliyyatları aparır. Belə bir vəziyyətdə biz o gücdəyik ki, qısa bir zaman ərzində  torpaqlarımzı düşməndən təmizləyək. Artıq bir çox ərazilərimiz 10 gün ərzində düşməndən təmizlənib. Bu proses davam edir və ona görə də ATƏT-in Minsk Qrupuna artıq Azərbaycanın ehtiyacı yoxdur. ATƏT-in Minsk qrupu indiyə qədər nə etdi ki, bundan sonra da biz ona inanaq. Ona görə də ATƏT ədalətli mövqe tutmadı. Türkiyə qardaş ölkədir və bu dövlət istənilən formatlarda bizim yanımızda dayan bilər”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr