"Azərbaycanın sərhədləri pozulur niyə beynəlxalq hüquq və dövlətlər susur?"

13:00 09-10-2020 | icon 424 | Siyasət
"Azərbaycanın sərhədləri pozulur niyə beynəlxalq hüquq və dövlətlər susur?"

Fikrət Sadıqov: “Moskva istəməzdi ki, onun düşünülməmiş addımları Türkiyənin sərt mövqeyi ilə üzləşsin”

 

Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına verdiyi müsahibədə Ermənistanla Azərbaycan arasında gedən şiddətli döyüşləri şərh edərkən Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmasına baxmayaraq Rusiyanın bu münaqişəyə hərbi yolla müdaxilə edə bilməyəcəyini vurğulayıb. Bildirib ki, KTMT razılaşması çərçivəsində Ermənistan qarşısında müəyyən öhdəlikləri var, döyüşlər davam edir və bunlar Ermənistan ərazisində aparılmır. Rusiyanın sərgilədiyi bu mövqe müsbət dəyərləndirilməklə yanaşı  BMT TŞ və ATƏT-in Minsk qrupunun üzv dövlətinin Ermənistanın Azərbaycana qarşı apardığı bu müharibəni sadəcə kənardan izləməsi müsbət dəyərləndirilsə də, beynəlxalq hüququn standartlarına sığışmır.

 

Belə olduğu təqdirdə Azərbaycan Ermənistandan Azərbaycana yağdırılan bombaların hesabını kimdən və necə soruşmalıdır. Nə vaxta qədər Azərbaycan bombalardan müdafiə olunacaq və  yaxud region dövlətləri nə vaxta qədər Cenevrə Konvensiyasını pozan Ermənistanın işğalçı əməliyyatlarına sərt reaksiyasını verməyəcək, sadəcə izləyəcək?!.

 

Versus.Az xəbər verir ki, keçmiş diplomat, politoloq Fikrət Sadıqov məsələyə Rusiya-Azərbaycan, Rusiya-Ermənistan, Rusiya-Türkiyə münasibətləri kontekstində yanaşaraq maraqlı nüanslara diqqət çəkib.

 

F.Sadıqov bildirb ki, Rusiya Ermənistanın müttəfiqidir və onu silahla təmin edən bir dövlətdir. Bu proses uzun illərdir gedir və biz bunu uzun illərdir görürük:

 

“Reallıq odur ki, biz Ermənistan ərazisində döyüşmürük. Ermənistan torpaqlarımızı işğal edib və biz bu gün o torpaqları işğaldan azad etmək üçün erməni terrorçu qruplarına, hərbçilərinə qarşı öz torpağımızda döyüşürük. Biz dinc, sivil əhaliyə atəş atmırıq, lakin 1992-ci ildə Xocalıda soyqırım törədən cinayətkar Ermənistan bu gün də bizim mülki əhalimizin yaşadığı məkanları müxtəlif növ silahlardan atəşə tutrlar. Bu gün Goranboya, Daşkəsənə, Bərdəyə, Mingəçevirə, Naftalana, Abşerona, Yevlaxa Tovuza atılan raketlər, ballistik silahlar düşmənin heç bir hərbi qaydaya uymadan, heç bir beynəlxalq normalara cavab vermədən terrorçu davranışını müşahidə edirik”.

 

Politoloq belə bir vəziyyətdə də işğalçıya qarşı beynəlxalq ictimaiyyət tərəfindən heç bir təpkinin olmamasını xüsusilə diqqətə çəkməyi vacib bilib:

 

“Bizim hədəfimiz bəllidir, biz öz torpaqlarımızı düşməndən azad etmək istəyirik. Biz öz torpaqlarımızda vuruşuruq. Bu torpaqlar dünya tərəfindən, elə BMT-nin qətnamələrində də Azərbaycanın əraziləri kimi tanınıb. Biz tez-tez BMT-nin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı qəbul etdiyi 4 qətnaməni qeyd etməyə məcbur oluruq. Çünki bu qərarları qəbul edən beynəlxalq təşkilatın üzvü olan dövlət - Fransanın bizim məsələyə nə dərəcədə ədalətsiz yanaşmasını görürük. Eləcə də digər dövlətlər Azərbaycanın torpaqlarının işğal olunması ilə bağlı ədalətli mövqeyini dəstəkləməkdə xəsislik edirlər. Bu qətnamələr bu münaqişədə çox mühüm sənəddir. 1993-cü ildə qəbul olunmuş bu sənəddə açıq şəkildə deyilir ki, erməni qüvvələri Azərbaycan torpaqlarını tərk etməlidir. Bu, birmənalı şəkildə o sənəddə öz əksinu tapıb. Ona görə Rusiya başa düşür ki, Azərbaycan öz torpaqlarında vuruşur, beynəlxalq qətnamələr var və gedib başqasının torpağında qan tökmək istəmir”.

 

Politoloq bu mənada Putinin sərgilədiyi mövqeni tamamilə düzgün hesab edir. Hər halda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı nizamnaməsində deyilir ki, bu qurum Ermənistan sərhədlərində bir təhlükə yarandığı təqdirdə müdaxilə edə bilər.

 

F.Sadıqov Rusiyanın Ermənistanı müharibəyə təhrik etməsində KTMT-də əks olunan müəyyən incə məqamları da diqqətə aldığını deyib. Onun sözlərinə göğrə, KTMT-da Rusiyadan başqa Belarus, Qazaxıstan, Qırğızısatan da var və bu dövlətlər təşkilatın Azərbaycana qarşı müharibədə iştirakına razılıq verməz:

 

“Mən inanmıram ki, Qazaxısatanla Belarus bizə qarşı vuruşsun.  Belarusun, Qazaxıstanın prezidentləri vaxtilə Sarkisyana bu məsələ ilə bağlı bir təpki də göstərmişdilər və demişdilər ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır, burda Qarabağın adından çıxış etmə. Rusiaya da onu başa düşür ki, belə bir vəziyyətdə təkbaşına gedib erməniləri də müdafiə etməyin heç bir mənası yoxdur. Digər tərəfdən də Azərbaycan-Rusiya münasibətlərini də nəzərə almalıyıq. Bu iki ölkə prezidentlərinin arasında da müəyyən isti münasibət yaranıb. Bunu telefon danışıqları və müxtəlif görüşlər də təsdiq edir. Axırıncı müsahibələrində dövlət başçımız açıq şəkildə dedi ki, biz Rusiyanın məsuliyyətli mövqeyini müsqbət qiymətləndiririk”.

 

Keçmiş diplomat onu da vurğulayıb ki, Azərbaycanın öz sərhədlərinin təkcə müdafiə olunaraq qorumaması üçün incə diplomatik addımların atılması zəruridir. Onun sözlərinə görə, bu prosesdə çox incə bir məqam var:

 

“Ermənistan Azərbaycana qarşı təxribatlar törətməklə məşğuldur. Ermənistan Azərbaycanı vurur ki, Rusiyanı bu müharibəyə cəlb etsin. Biz bunu yaxşı başa düşürük. Bəzi hallarda işğalçı bizim əraziləri həm də Ermənistandan vurur. Biz onların cavabını veririk, susmuruq. Həmin nöqtələri susdururuq və bunu Moskva yaxşı bilir. Amma genişmiqyaslı müharibə baş vermir”.

 

Politoloq bildirib ki, indiki şəraitdə Azərbaycan Ermənistanın sərhədlərini keçib əks cavab verərsə, beynəlxalq təşkilatlar buna görə də bizi dəstəkləməyəcək. Çünki hətta indiki şəraitdə beynəlxalq təşkilatların ikilistandartlı münasibətləri ilə üz-üzəyik:

 

“Realllıq budur ki, biz KTMT-nın nizamnaməsini dəyişdirə bilmirik. Bu təşkilatın strateji maraqları da mövcuddur. Onun strateji maraqlarına qarşı heç bir şey edə builmərik. Amma əlbəttə ki, bir tərəfdən bizim diplomatyamız qabaqlayıcı addımlar atmalı, eyni zamanda çoxmanevrli siyasət aparmalıdır.  Təbii ki, biz həm özümüzü müdafiə edirik, eyni zamanda diplomatik yolla müxtəlif ölkələrlə ünsiyyət saxlayaraq bu məsələyə müəyyən aydınlıq gətiririk. Rusiya ilə münasibətləri yüksək səviyyədə saxlayırıq. Bu prosesdə diplomatlarımızdan çox şey asılıdır. Onu da yaddan çıxarmaq lazım deyil ki, son illərdə Türkiyə-Rusiya münasibətləri də burda müəyyən rol oynayır. Yəni Ankara da Rusiyaya müəyyən təzyiq göstərir.  Moskva istəməzdi ki, onun düşünülməmiş addımları Türkiyənin sərt mövqeyi ilə üzləşsin”. /hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr